Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1984-1994-cü illərdə Bakı şəhər 21 saylı orta məktədə təhsil almış, 1994-cü ildə ATU-nun II müalicə profilaktika fakultəsinə qəbul olunaraq 2000 ci ildə bitirmiş və həmin ildən ATU-nun Onkologiya kafedrasında baş laborant vəzifəsinə qəbul edilmiş, 2007-ci ildə “Peritonarxası sahə şişlərinin diaqnostikası, müaliəsi və proqnozunun optimalaşşdırılması” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adı almış və 2007- ci ildən ATU Onkoloji klinikada assistent vəzifəsinə seçilmişdir. 2018- ci ildə ATU Onkoloji Kafedrasında dosent vəzifəsinə qəbul edilmiş və elə həmin ildən indiyə kimi o kafedranın dosentidir. 2009 cu ildə Almaniya Federativ Respublikası Borstel şəhərindəki yay Onkoloji məktəbinin treyninqində iştirak etmiş, həmin il sentyabr-dekabr aylarında Berlin Vivantes Neukoln Klinikasında əməkdaşlıq proqramında iştirak etmişdir. 2011- ci il sentyabr –dekabr aylarında Türkiyə Respublikası Samsun On Dokuz Mayıs Universitetində medikal onkologia üzrə təkmilləçdirmə kursunun iştirakçısı olmuşdur. 25-dən çox elmi tezis və məqaləsi var. Hazırda ATU Onkoloji Klinikanın kimyəvi dərman müalicəsi şöbəsində çalışır.

Akademik fəaliyyət

Dosent, ATU, Onkologiya kafedrası, 2018-hal-hazıradək.

Assistent, ATU, Onkologiya kafedrası, 2007-2018

Baş laborant, ATU, Onkologiya kafedrası, 2000-2007

Təhsil

Onkologiya ixtisası, Tibb üzrə fəlsəfə doktoru, ATU, 2002-2007.

Müalicə işi ixitsası üzrə tibb təhsili, Azərbaycan Tibb Universiteti, II müalicə profilaktika fakultəsi – 1994-2000

Peşə və pedaqoji inkişaf

17.10.2025- 21.10.2025 – ESMO Konqressi - 2025, Berlin, Almaniya Federativ Respublikası

23.04.2025- 26.04.2025 – “Qazaxıstan Respublikasında onkoloji yardımda yeni üfüqlər”-beynəlxalq elmi-praktiki konfrans, Astana, Qazaxıstan Respublikası

09.09.2022 – 13.09.2022 ESMO Konqressi – 2022, Paris, Fransa

27.09.2019- 01.10.2019 – ESMO Konqressi – 2019, Barselona, İspaniya

19.10.2018- 23.10.2018 – ESMO-2018 Konqressi, Münxen, Almaniya Federativ Respublikası

08.09.2017 – 12.09.2017 – ESMO 2017 Konqressi – Madrid, İspaniya

Sentyabr – Dekabr 2011, Onkologiya medikal onkoloq ixtisasartırma kursu, Samsun, Türkiyə Respublikası

Sentyabr – Dekabr 2009, Onkologiya ixtisasartırma kursu, Berlin, Almaniya

Nailiyyətlər (adlar)

2007-ci ildə “Peritonarxası sahə şişlərinin diaqnostikası, müaliəsi və proqnozunun optimalaşşdırılması” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adı almışdır.

Elmi araşdırma sahəsi

Peritonarxası sahə şişləri, süd vəzi xərçəngi, yumurtalıqların bədxassəli şişləri, ağciyər xərçəngi, yumşaq toxuma şişləri, mədə xərçəngi, yoğun bağırsaq xərçəngi

Məqalə
  1. Клинико – статистические и патоморфологичес-кие подходы в диагностике остеомедулярных опухолей. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mina Müzəffər qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuşbeynəlxalq elmi konfransın materialları, 25-26 sentyabr, 2020, Bakı,  səh. 148-152
  2. Osteosarkomalrın klinik, statistik və makro-mikroskopik tədqiqatı. Nəzəri, klinik və ekperimental morfologiya jurnalı, Bakı, cild 1, N2, 2019, s. 35-40
Üzv olduğu qurum

ESMO (Avropa Medikal Onkologiya Cəmiyyəti) - 2012

ASVXMA(Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası ) 2024

Tibb üzrə elmlər doktoru

2007 ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi