Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Mən, Əliyeva Sevinc Ələmdar qızı, 1985–1991-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə təhsil almışam. 1991–1992-ci illərdə 1 saylı xəstəxanada həkim-interna kimi fəaliyyət göstərmişəm. 1993–1998-ci illərdə Xanlar Rayon Xəstəxanasında həkim-terapevt kimi çalışmışam. 2001–2009-cu illərdə ATU-nun Daxili Xəstəliklər kafedrasında baş laborant vəzifəsində işləmişəm. 2009-cu ildən indiyədək həmin kafedrada assistent vəzifəsində çalışıram.

Akademik fəaliyyət

1998–2001-ci illərdə ATU-nun Daxili Xəstəliklər kafedrasında aspirantura təhsili almışam. 2001–2009-cu illərdə Daxili Xəstəliklər kafedrasında baş laborant kimi çalışmışam. 2009-cu ildən indiyədək ATU-nun III Daxili Xəstəliklər kafedrasında assistent kimi fəaliyyət göstərirəm.

Təhsil

1985–1991 — ATU, müalicə işi

1998–2001 — ATU, aspirantura

Peşə və pedaqoji inkişaf

“Təhsilin əsasları” fənni əsasında hazırlanmış müasir pedaqogika və psixologiya üzrə bir aylıq təlim kursu sertifikatı. Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Respublikası Təhsil Nazirliyi (Bakı, 05.05.2011).

Nailiyyətlər

2006 — Tibb üzrə fəlsəfə doktoru (PhD)

Elmi töhfə

1. Qeyri-spesifik xoralı kolitli xəstələrdə həzm sisteminin yuxarı şöbəsinin vəziyyəti // Azərbaycan Tibb Jurnalı, 2000, №2, s.57–60. Həmmüəlliflər: A.A. Hidayətov, İ.A. Həsənov.

2. Qeyri-spesifik xoralı kolitli xəstələrdə mədə-bağırsaq traktının yuxarı şöbəsinin patologiyasının endoskopik metodlarla aşkar edilməsi // Aspirantların və gənc alimlərin VI elmi konfransı, Bakı, 2000, s.184–185.

3. Qeyri-spesifik xoralı kolitli xəstələrin klinik-endoskopik xüsusiyyətləri // Professor T.A. Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi konfrans, Bakı, 2001, s.125–126.

4. Qeyri-spesifik xoralı kolitli xəstələrdə mədə-bağırsaq traktının yuxarı şöbəsinin zədələnmələri // Klinik Tibb, Moskva, 2003, №5, s.40–43. Həmmüəllif: A.A. Hidayətov.

5. Xoralı kolitli xəstələrdə mədə-bağırsaq traktının yuxarı şöbəsində morfoloji dəyişikliklər // Azərbaycan Onkologiya və Əlaqəli Elmlər Jurnalı, 2003, №2, s.110–112. Həmmüəllif: A.A. Hidayətov.

Sosial töhfə

Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin üzvü