Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Bakı şəhər 46 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2000-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2006-cı ildə II Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə təhsil aldığı dövrdə Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi konfranslarda aktiv iştirak etmiş, məruzələrlə çıxış etmiş və I dərəcəli diplomlarla təltif olunmuşdur. Tələbə olduğu dövrdə yerli və xarici toplularda tezisləri dərc edilmişdir.  Universiteti bitirdikdən sonra A.T. Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserində “Onkologiya” ixtisası üzrə internatura kursunu keçmiş və həkim-onkoloq ixtisasına yiyələnmişdir. Səfərova Samirə  11.01.2021-ci ildə Universitetinin Onkologiya kafedrasında baş laborant vəzifəsinə təyin edilmiş, 2022-ci ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək assistent, 2025-ci ilin yanvar ayından hazırkı vaxta qədər dosent  vəzifəsində çalışır. 10 iyun 2021-ci il tarixində “Uşaqlıq cismi xərçənginin diaqnostikası və proqnozunda elektron mikroskopik müayinənin əhəmiyyəti” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Müalicə işi, stomatologiya ixtisasları üzrə Azərbaycan, rus və ingilis dillərində tədris aparır. 50-dən çox elmi işin müəllifidir, 20-dən çox yerli və beynəlxalq elmi forumlarda məruzələrlə çıxış etmişdir. TEC-in 2022, 2023, 2024, 2025-ci illərdə keçirilən konfranslarında rəhbərliyi altında yerinə yetirilən tələbə elmi işləri müxtəlif dərəcəli diplomlara layiq görülmüşdür

Akademik fəaliyyət
  1. 2005-2006 Semaşko adına 1 saylı şəhər klinik xəstəxanası - Tibb bacısı
  2. 2006-2007 Bakı şəhəri Onkoloji Dispanseri - Onkologiya ixtisası üzrə internatura
  3. 2008-2020 ATU-nun Onkoloji Klinikası - Həkim onkoloq
  4. 2021-2022 ATU-nun Onkologiya kafedrası - Baş laborant
  5. 2022-2025 ATU-nun Onkologiya kafedrası - Assistent
  6. 2025-hal-hazıradək ATU-nun Onkologiya kafedrası - dosent
Təhsil

1.1990-2000 46 nömrəli məktəb

2.2000-2006 ATU II müalicə-profilaktika fakültəsi

3.2006-2007 A.T. Abbasov adına Bakı şəhəri Onkoloji Dispanseri, İnternatura

 

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru “Uşaqlıq cismi xərçənginin diaqnostikası və proqnozunda elektron mikroskopik müayinənin əhəmiyyəti” mövzusunda dissertasiya işi

 

 

Peşə və pedaqoji inkişaf
  1. Koç University School of Medicine, Türkiyə Respublikası, İstanbul şəhəri “Research Methodology in Health Sciences Course (Level A)”, “Research Methodology in Health Sciences Course (Level B)” 2014
  2. “CAUCASUS” Karl Storz İnternational Training Center, Gürcüstan respublikası, Tibilisi şəhəri “Laparoscopic Treatment in Oncogynecology” təlimi 2015
  3. Российский Национальный Исследовательский Медицинский Университет им. Н.И.Пирогова, кафедра акушерства и гинекологии педиатрического факультета “Гистероскопия и гистерорезектоскопия” 2016
  4. “CAUCASUS” Karl Storz İnternational Training Center, Gürcüstan respublikası, Tibilisi şəhəri, “Advanced laparoscopic surgery in gynecology” 2016

5,Zekai Tahir Burak Kadın Hastalıkları ve Doğum Eğitim ve Araşdırma Hastanesi, Türkiyə Respublikası, Ankara şəhəri, “Laparatomiya, laparoskopik tibbi cərrahiyyə kursu” 2017

6,CAUCASUS” Karl Storz İnternational Training Center, Gürcüstan respublikası, Tibilisi şəhəri, “Advanced laparoscopic surgery in gynecology” 2019

7,Montenegro İnstitut Za Javno Zdravlje crne gore Podgorica-a kursu – Krusevac 2023

Elmi araşdırma sahəsi

“Uşaqlıq cismi xərçənginin diaqnostikası və proqnozunda elektron mikroskopik müayinənin əhəmiyyəti” mövzusunda dissertasiya işi ilə aşağıdakı yeniliklərə nail olmuşdur:

  1. Uşaqlıq cismi adenokarsinomaların eyni zamanda həm morfoloji, həm də elektron-mikroskopik görüntüsü ətraflı təhlil ediləcəkdir. Elektron mikroskopiya üsulunun köməyi ilə ultrastruktur səviyyədə endometrinin bədxassəli dəyişiklikləri zamanı hüceyrə və toxuma arxitektonikasının pozulması, xüsusən də hüceyrə kontaktlarının reorqanizasiyası, neovaskulyarizasiyanın formalaşmasının xüsusiyyətləri barədə  məlumatlar əldə olunacaq.
  2. Əldə edilən göstəricilər atipik vəzli hiperplaziya zamanı tədqiq edilərək, qeyd edilən patologiyanın toxuma- və sitospesifik görüntüsü təhlil olunacaq, müqayisəli diaqnostik alqoritm qurulacaqdır.
  3. Dissertasiya işinin nəticələri uşaqlıq cismi xərçəngi olan xəstələrdə bu patologiyanın differensial diaqnostikasını, müalicəsini və proqnozlaşdırılmasını asanlaşdıra bilər.

Onkoginekoloqların, cərrahların və morfoloqların işində praktiki əhmiyyətə malik ola bilər.

Kitab

Əmiraslanova Ə., QuliyevaT., Səfərova S., Cəfərzadə F. “Onkologiya I hissə (genetika və klinika)” adlı dərslik, 220 sh.

Багирова Ш.Г., Сафарова С.И., Абдиева С.В., Керимова Г.И., Гиблалиева Н.Г., Джафарова И.У., Полипы шейки матки и методы их комплексного лечения, Еврозийский Онкологический Журнал, 2025, том 13, №4, стр. 345-346

Məqalə
  1. Endometrial adenokarsinomaların kliniki, instrumental, morfoloji səciyyəsi, Azərbaycan Tibb Universitetinin 90 illiyinə həsr olunmuş“Təbabətin aktual problemləri 2020” beynəlxalq elmi konfrans materialları. Bakı - 2020. s. 258-260.
  2. Мультидисциплинарный подход в дифференциальной диагностике новообразований человека: интерфейс «клинические параметры – ультраструктура клеток» при интраэпителиальной неоплазии и раке эндометрия, Евразийский Онкологический журнал, Минск – 2021. №1, стр. 16-30.
  3. Clinico-morphological characteristics of pathological processes in the endometrium of patients at the premenopausaland postmenopausal periods, Theoretical & Applied Science, №10 (102), 2021, Philadelphia, USA, pages 913-917.
  4. Прогностиечские показатели атипической гиперплазии эндометрия, Tibb elmləri doktoru, ə.m.x., şöhrət ordenli professor Bəybala Xudkar oğlu Abasovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 2023, səh. 186-187.
  5. Radiation theraphy during cervival cancer, Elmi İş, Beybəlxalq elmi jurnal, cild: 17, sayı: 3, Bakı, 2023, səh. 59-63.
  6. Cancer diseases of the maxillofacial region, Elmi İş, Beybəlxalq elmi jurnal, cild: 17, sayı: 3, Bakı, 2023, səh. 107-112 Endometrial cancer, İnternational Scientific Symposium “Actual Problems of Turkology” dedicated to the 150th anniversary of the birth of Turkish poet Mehmet
  7. Akif Ersoy, author of the National Anthem. Proceedings Book. The 27th of August 2023, Stockholm / Sweeden, p. 304-308
  8. Uşaqlığın xərçəngönü xəstəlikləri, risk amilləri, profilaktikası, Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, rüblik elmi-praktik jurnal, 2024, №4, səh. 85-87.
  9. Endometrial adenokarsinomaların kliniki, instrumental, morfoloji səciyyəsi, Sağlamlıq jurnalı, elmi-praktik jurnal. Böyük alim, qayğıkeç müəllim, mahhir cərrah, professor Bəhram Məmmədrəsul oğlu Aşurovun 80 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları, №3, 2023, səh. 58-62
  10. Yüksək diferensiasiyalı endometrial adenokarsinomaların elektron-mikroskopik səciyyəsi, Professor Zərifə Ağarza qızı Zeynalovanın adan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2023, səh. 135-136.
  11. Tamoksifen qəbul edən postmenopozal dövr qadınlarda endometriumun histeroskopik və histoloji tədqiqatlarının təhlili, Azərbaycan Onkologiya Jurnalı, 2024, №2, səh.89-92
  12. Reprudiktov yaşda olan qadınlarda endoçerviksin dövri dəyişiklikləri, Azərbaycan Tibb Jurnalı, rüblik elmi-praktik jurnal, 2024, №1, səh.79-84
  13. Risk of endometrial cancer, IX-İnternational European Conference on İnterdisciplinary Scientific Research. January 19-21, 2024 / Valencia, Spain
  14. Diagnostics of endometrial hyperplasia and endometrial cancer using electron microscopy, Международный научно-практический журнал Репродуктивное здоровье, 2024, том 14, №6, стр. 779-784
  15. Uşaqlıq cismi xərçəngi diqnozlu xəstələrdə fibromiomaların rastgəlmə tezliyi və xəstəliyin gedişi, Azərbaycan Təbabətinin müasir nailiyyətləri, №1, 2025, səh. 168-171
  16. Роль различных факторов риска в развитии рака шейки матки и подходы к его диагностике и профилактике (обзор литературы), Евразийский онкологический журнал, 2025, том 13, №2, стр. 186-193
  17. The importance of electron microscopic examination in diagnostics of endometrial cancer, World of Medicine and Biology / №4(90), 2024, p. 118-123 

Психоэмоциональноесостаяние больных раком тела матки, Azərbaycan Tibb Jurnalına çapa qəbul edilib

Daxili qrantlar
  1. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 2013-cü ilin Gənc Alim və Mütəxəssislərin 2-ci qrant müsabiqəsinin rəhbəri və qalibi,
  2. 2015-ci il üçün əsas qrant müsabiqəsinin iştirakçısı və qalibi

 

 

Üzv olduğu qurum
  1. Azərbaycan Onkoloqlar Cəmiyyəti
  2. Amerika Klinik Onkologiya Cəmiyyəti və Klinik Onkologiya Assosiasiyası
  3. Avropa Tibbi Onkologiya Cəmiyyəti
  4. Avropa Ginekoloji Onkologiya Cəmiyyəti
  5. Avropa Onkologiya Məktəbi
  6. Türkiyə Yüksək Təzyiqli Baxım Mütəxəssisləri Dərnəyi
  7. Rusiya Klinik Onkologiya Cəmiyyəti
  8. Rusiya Gənc Onkoloqlar Assosiasiyası
  9. IMZA cəmiyyətlərinin üzvüdür.