İbadulla Ağayev
Professor
İbadulla Ağayev

orcid 0009-0004-1081-905X


orcidEpidemiologiya və biostatisitika kafedrasının müdiri


orcid [email protected]

Bioqrafiya

Ağayev İbadulla Əliağa oğlu 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin bitirmişdir. 1973-1974-cü illər 2 saylı Bakı şəhər Klinik Xəstəxanasında internatura keçdikdən sonra Bakı şəhərində təcili tibbi yardım stansiyasında səyyar həkim vəzifəsində  işləmişdir. 1975-1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasında saat hesabı müəllim işləmişdir.  1976-cı ildə müsabiqə yolu ilə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına assistent seçilmişdir.

Ağayev İ.Ə. 1979-cu ildə “Azərabyacan SSR-nin şimal –şərq hissəsində Leptospirozun yayılması”mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildə müsabiqə yolu ilə kafedraya dosent vəzifəsinə seçilmişdir.  1991-ci ildə “İntensiv iqtisadi inkişaf şəraitində leptospirozun təbii, antropurgik və epidemik ocaqlarının qarşılıqlı əlaqəsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etdikdən sonra 1992-ci ildə kafedranın  professor vəzifəsinə seçilmişdir.  1992-ci ildən bu günə qədər  epidemiologiya  və biostatisitika kafedrasının müdiridir.

Ağayev İ.Ə. Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.28 “Epidemiologiya. Mikrobiologiya  və gigiyena “ ixtisası üzrə Dissertasiya Şurasının  sədridir. O , Azərbaycan Tibb Universitetinin epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyalarının sədri olmuşdur.1992 –ci ildən 2020-ci ilə qədər Səhiyyə Nazirliyinin baş epidemioloqu olmuşdur. 1999-cu və 2006-cı illərdə Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.1999-cu ildən Rusiya Təbiət Elmləri Akademiyasının, 2001-ci ildən isə Beynəlxalq eko-enerji akademiyasının üzvü seçilmişdir. 2000-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının İ.P.Pavlov adına gümüş medalı ilə təltif olunmuşdur. 2000-ci ildə Azərbayjan Respublikasının Prezidentinin fərmanı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2007-ci ildə Azərbayjan Respublikasının Prezidentinin sərəncamı  ilə əməkdar elm xadimi  fəxri adına  layiqgörülmüşdür.

Akademik fəaliyyət

1975-1976-cı illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasında saat hesabı ödənilməklə müəllim

1976-1982-cı illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasının assistenti

1982-1992-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasının  dosenti

1992-ci ildə Azərbaycan Tibb Universitetinin epidemiologiya  kafedrasının professoru

1992-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin epidemiologiya  və biostatisitika kafedrasının müdiri

Təhsil

1991 - Tibb elmləri doktoru  Azərbaycan Tibb Universiteti, Bakı ş.

1976-1979 - Tibb elmləri namizədi. Qırmızı Əmək Bayraq ordenli Tbilisi Dövlət Tibb İnstitutu, Tbilisi

1967-1973 - ali təhsil  N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutu

1956-1966 - orta məktəb  Muğangəncəli kənd orta məktəbi

Nailiyyətlər (adlar)

2007-ci ildə Azərbayjan Respublikasının Prezidentinin sərəncamı  ilə əməkdar elm xadimi 

2000-ci ildə Azərbayjan Respublikasının Prezidentinin fərmanı ilə əməkdar müəllim fəxri adı

Kitab

  1. Агаев И.А., Ханбутаева С.Н., Гусейнова А.С. "Медицинская арахноэнтомология." Учебно – методическое пособие. Баку, 1994, с. 1 - 40.
  2. Ağayev İ.Ə. Tağı Ələkbər oğlu Tağızadə (anadan olmasının 80 illiyi).  Biblioqrafiya,  Bakı:2003, 141s.
  3. Ağayev İ.Ə., Quliyeva E.M., Niftullayev M.Z. və b. Ümumi epidemiologiyadan test tapşırıqları. Tədris – metodik vəsait, Bakı:2003, 80 s;  
  4. Ağayev İ.Ə., Quliyeva E.M. və başq. Protozoy xəstəliklər üzərində epidemioloji nəzarətin təşkili, Tədris metodik vəsait, Bakı, 2006, s. 1- 52;
  5. Агаев И.А., Кулиева Э.М. Джафарова Х.Г. и др. Дезинфекция. Учебно-методическое пособие для студентов медицинского университета, Баку: 2006 г.;
  6. Ağayev İ.Ə., Quliyeva E.M., Tağıyeva F.Ş., Xələfli X.N., Jəfərova X.H., Xanbutayeva S.N., Hüseynova Ə.S.  Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı:2008, s.1-208;
  7. Aqhayev I.A., Khalafli K.H., Taqiyeva F.Sh. Epidemiology for foreign students of Medical University, Baku:2009, 169 p;
  8. Ağayev İ.Ə., Xələfli X.N. Helmintozların  diaqnostikası və profilkatikası. Metodik tövsiyyələr, Bakı, 2009, s.1-63;
  9. Ağayev İ.Ə.,Xələfli X.N., Tağıyeva F.Ş. Qurd və protozoy invaziyalar üzərində epidemioloji nəzarət. Ali tibb təhsili alan xarici tələbələr üçün tədris-metodik vəsait, Bakı:2009, 58 s.;
  10. Ağayev İ.Ə.,  Xələfli X.N., Tağıyeva F.Ş. Dezinfeksiya,dezinseksiya,deratizasiya. Ali tibb təhsili alan xarici tələbələr üçün tədris-metodik vəsait, Bakı:2009, 66 s;
  11. Ağayev İ.Ə., Abdullayev X.İ.,Məmmədov S.M. və b. Malyariya üzərində Epidemioloji nəzarətin təşkili.Metodik tövsiyyələr, Bakı:2010 , 117 s.;
  12. Ağayev İ.Ə., Xələfli X.N., Tağıyeva F.Ş. Epidemiologiya. Müalicə profilaktika, pediatriya və stomotologiya fakültələrinin tələbələri üçün dərslik, Bakı, 2011, 351s.;
  13. Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti. Bakı, 2016, 71 s.;
  14. Ağayev İ.Ə., Xələfli X.N., Tağıyeva F.Ş., Ağayeva A.İ., Vəkilov V.N., Rüstəmova H.C., Məmmədov M.Q. Epidemiologiya. Milli rəhbərlik. Bakı: “Təbib” nəşriyyatı, 2022 il, 719 s.;
  15. Ağayev İ.Ə., Xələfli X.N., Tağıyeva F.Ş., Vəkilov V.N., Rüstəmova H.C., Ağayeva A.İ. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti. Bakı: “Təbib” nəşriyyatı, 2022 il, 205 s.

Məqalə

Ibadulla Aghayev, Flora Taghiyeva, Vagif Vakilov, Shalala Aliyeva, Peri Isagova. Characteristics of teaching the epidemiology of chronic  diseases and disabilities // NATURE AND SCIENCE International Online Scientific Journal. Impact Factor: 2.509. Baku, 2024 / Volume: 6, Issue: 6 / 5-9


orcid DOI

Məqalə

Ağayev İbadulla, Tağıyeva Flora, İsaqova Pəri, Şıxəliyeva Əzimə, Hüseynova Zəminə. Parazitologiya fənninin tədrisinə dair// ELMİ İŞ Beynəlxalq Elmi Jurnal. Bakı, 2024,  Cild: 3,  Sayı: 8, səh. 37-42 İmpakt Faktor: 2.717.


orcid DOI

Məqalə

İbadulla Ağayev,  Xatirə Xələfli, Məhərrəm Niftullayev, Leyla Əhmədzadə,  Dəstə Qasımova. Xəstəxanadaxili infeksiyaların qarşısının alınması  yolları və mübarizə tədbirləri  // TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal. ISSN: 2707-1146, e-ISSN: 2709-4189, İmpakt Faktor: 2.101. 2023,  Cild: 5 Sayı: 12, s.7-11.


orcid DOI

Məqalə

İbadulla Ağayev,  Xatirə Xələfli, Məhərrəm Niftullayev, Bayram Əsədov, Dəstə Qasımova. Ürəyin işemiya xəstəliyinin inkişafinin risk amilləri // TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal. ISSN: 2707-1146, e-ISSN: 2709-4189, İmpakt Faktor: 2.101. 2023, Cild: 5 Sayı: 11, s.7-11.  https://doi.org/10.36719/2707-1146/38/7-11   


orcid DOI

Məqalə

İbadulla Ağayev,  Xatirə Xələfli, Bayram Əsədov, Dəstə Qasımova. Ürək-damar xəstəliklərinin profilaktikasi // Təbiət və elm, Beynəlxalq elmi jurnal, İmpakt Faktor: 2.101, I biologiya və aqrar elmlər üzrə beynəlxalq elmi konfrans materialları,  2023, 30 noyabr, s.7-10  https://doi.org/10.36719/2707-1146/2023/I   


orcid DOI

Məqalə

Ağayev İ.Ə., Əhmədov S.B. Hərbi qulluqçular arasında vərəm epidemik prosesinə təsir göstərən amillər. // Təbiət və elm beynəlxalq elmi jurnal,  Bakı 2021 , c. 3, N1.  s.4-11;

Агаев И.А., Кулиева Э.М. Инфекционные болезни и урбанизация. //  İnfeksion xəstəliklərin aktual problemləri. Yarımillik elmi-praktik jurnal, Bakı, 2020,  №1, s.55-58;

Агаев И.А., Кулиева Э.М, Шихалиева А.В. Экологические детерминанты геогельминтозов. // Sağlamlıq-elmi  praktiki jurnal, Bakı, 2019, №-1, s. 10-213;

Ağayev İ.Ə., Cəfərova X.H., Vahabov E.F., Tağıyeva F.Ş. Unudulmuş infeksiyaların qayıtma təhlükəsi. //  Sağlamlıq”-elmi-praktiki jurnal, Bakı, 2018 , №5, səh.194-199;

Ağayev İ.Ə., Xasıyeva A.B. Reprudiktiv yaşlı qadınlarda Bakterial vaginozun mikrobioloji dəyərləndirilməsi. // “Sağlamlıq”, Elmi-praktiki jurnal, Bakı, 2018, №6, s.66-71;

Ağayev İ.Ə., Rüstəmova H.C. Abşeron rayonunda enterobiozun üzrə epidemioloji vəziyyətin qiymətləndirilməsi // Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı, 2017, s.186-189;

Daxili qrantlar

2008-2011 – ci il -  Global Fondun “Davamiyyətli  malyariya  nəzarəti  və  profilaktikasi uğrunda  yeni təşəbbüslər” AZE - 708 - G04 - M  saylı sazişə əsasən (“Qrant Sazişi”)   layihəsi. Global Fondun  QİÇS, Vərəm və Malyariya əleyhinə geyri mənfəət təşkilatı , Bakı.

Üzv olduğu qurum

1. 1999-cu ildən Rusiya Təbiət Elmləri Akademiyasının üzvü

2. 2001-ci ildən isə Beynəlxalq eko-enerji akademiyasının üzvü

Tibb üzrə elmlər doktoru

1.Vəkilov Vaqif  Nazim oğlu-   Azərbaycan Respublikasında fövqəladə hallar zamanı sanitariya-gigiyenik və əksepidemik qurumların təşkilinin elmi əsasları. Bakı, 2006

2. Xələfli Xatirə Novruz qızı- Azərbaycan ərazisində bağırsaq nemetodozlarının gedişinin epidemiooju, kliniki və mikrobioloji xüsusiyyətləri

Tibb üzrə fəlsəfə doktoru

1.Hüseynov H.Ə. Heyvandarlığın intensivləşdirilməsinin teniarinxozun şəhər ocaqlarında epidemik prosesin fəallaşmasına təsiri və onların sağlamlaşdırılması üzrə tədbirlərin səmərələşdirilməsi. Bakı, 1994

2.Xələfli X.N. Şəhər şəraitində intensiv miqrasiya proseslərinin əhalinin helmintofaunasına təsiri və bağırsaq helmintozlarının profilaktikasının epidemioloji əsasları (Bakı şəhəri timsalında). Bakı, 1999

3.Qədimov H.H. Bakı şəhəri şəraitində bağırsaq eşerixiozlarının epidemiologiyasının xüsusiyyətləri və epidemioloji nəzarət üzrə tədbirlərin səmərələşdirilməsi. Bakı, 1999

4.Vəzirova S.R.  Hiperurbanizasiya proseslərinin şəhər şəraitində lyambliozun epidemiologiyasına təsiri,onun diaqnostika və profilaktikasının səmərələşdirilməsi. Bakı, 2000

5.Məmmədov R.M. Ağız-boşluğu protozoozlarının diaqnostikası, klinik-epidemioloji aspektləri və profilaktikası. Bakı, 2000

6.Tağıyeva F.Ş. Abşeron yarımadası ərazisinin şiqelyozlara görə epidemioloji rayonlaşdırılması. Bakı, 2001

7.Ağamalıyeva A.T. Bakı şəhərində salmonelyoz törədicilərinin etioloji və epidemioloji cəhətdən qiymətləndirilməsi, onların antibiotiklərə rezistentliyi və bu xəstəliklərin profilaktikası sisteminin səmərələşdirilməsi. Bakı, 2001

8.Həsənova S.İ. Bağırsaq yersiniozu zamanı epidemioloji nəzarət sistemində dezinfeksiya tədbirlərini rolu. Bakı, 2001

9.Qasımov C.L. Xronik irinli orta otitin tibbi-sosial aspektləri, uşaqlarda aktiv aşkar edilməsi,müalicəsi və xəstələrin reabilitasiyası. Bakı, 2001

10.Əfəndibəyli Y.F. Qaçqın düşərgələrində leptospirozların etiologiyasının və epidemiologiyasının xüsusiyyətləri və onların profilaktikası üzrə tədbirləri sistemi. Bakı, 2003

11.Təhməzli Q.İ. Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi. Bakı, 2003

12.Çobanov K.Ə. Bakı şəhəri şəraitində şəhərətrafı donuzçuluğun intensivləşdirilməsi zamanı balantidiazın profilaktikasının epizootoepidemioloji əsasları. Bakı, 2003

13.Yusubova S.S. Müasir Bakı şəhəri ailələrinin qnoseologiyası və bağırsaq parazitozları onların sosial statusunun və sağlamlığının markerləri kimi. Bakı, 2004

14.Səmədova Z.M. Bakı şəhəri şəraitində leptospiroz ocaqlarında boz siçovullarla mübarizə metodları və monitorinqin metodik əsaslarının işlənib hazırlanması. Bakı, 2004

15.Qafarov K.Q. Bakı şəhərində parodontun iltihabi xəstəliklərinin epidemioloji xüsusiyyətləri və etioloji strukturu,onların konservativ müalicəsinin və profilaktikasının səmərələşdirilməsi. Bakı, 2004

16.Həsənli S.A. Sidik-cinsiyyət trixomoniazının sosial-epidemioloji əhəmiyyəti,onun diaqnostikası və müalicəsinin səmərələşdirilməsi. Bakı, 2004

17.İbrahimov H.İ. Bakı şəhərinin yaşlı əhalisi arasında ağız boşlugu kandidozunun yayılması və stomatoloji xəstəliklərin kompleks terapiyasına antimikotiklərin daxil edilməsinin klinik pato¬genetik cəhətdən əsaslandırılması. Bakı, 2004

18.Cəfərova T.F. Hamiləliyin gedişinə və nəticəsinə genital herpesin ağırlaşdırıcı təsiri. Bakı, 2004

19.Əzimov E.H.  Azərbaycan Respublikası ərazisində təbii və antropurgik ocaqlarda leptospirozların epidemik təzahürlərinin müasir xüsusiyyətləri. Bakı, 2005

20.Süleymanova K.T. Xlamidiya infeksiyası fonunda hamiləliyin gedişi və klinik-epidemioloji aspektləri. Bakı, 2005

21.Emamyari G.A. Azərbaycan İİV-infeksiyasının klinik-epidemioloji xüsusiyyətləri və bu infeksiya üzərində epidemioloji nəzarətin təşkilinin elmi əsasları. Bakı, 2006

22.Əsədov B.N. Əmək qabiliyyətli əhali arasında ürəyin işemik xəstəliyinin profilaktikası sisteminin optimallaşdırılmasının prospektiv-epidemioloji  cəhətdən əsaslandırılması (Sumqayıt şəhəri timsalında). Bakı, 2007

23.Orucova F.H. Qadınlarda cinsiyyət üzvlərinin qarışıq virus in¬fek¬siyalarının ultrasəs semiotikasının epidemioloji cəhətdən qiymətləndirilməsi. Bakı, 2008

24.Ustun N.M. Совершенствование системы эпидемиологического надзора за зоонозными инфекциями в Азербайджане.  Bakı, 2011

25.Məmmədov S.T. Qoşunlarda şigelyozlar üzərində epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi. Bakı, 2012

26.Əsgərov Ə.A. Kəskin bağırsaq infeksiyaları zamanı bağırsaq mikroflorasının vəziyyəti və rekonvalessentlərin reabilitasiyası dövründə disbiozun korreksiyası. Bakı, 2012

27.Əliyev R.R. Quba-Xaçmaz iqtisadi rayonunda baş beyni insultunun və onun risk amillərinin yayılmasının  və nəticələrinin xüsusiyyətləri. Bakı, 2013

28.Babaxanov İ.S. Daxili işlər nazirliyinin bel-oma lokalizasiyalı ağrı sindromu olan əməkdaşlarında nevroloji və psixoloji pozğunluqların epidemiologiyası. Bakı, 2016

29.Rüstəmova H.C. Abşeron yarımadasında rast gələn müxtəlif helmintozlar üzərində epidemioloji nəzarət və onların klinik-epidemioloji xüsusiyyətləri. Bakı, 2018

30.Axundova T.İ. Lyambliozla birlikdə rast gələn viruslu B hepatitinin epidemioloji xüsusiyyətləri və klini-laborator diaqnostikası. Bakı, 2018

31.İsgəndərova J.R. Gözlərin toksoplazmozla zədələnmələrinin epidemiologiyası, regionar hemodinamikasının və kliniki-immunoloji müayinələrinin xüsusiyyətləri. Bakı, 2021

32.Sadıqova N.A. Enterovirus infeksiyası tərəfindən törədilən uveitlərin klinik-epidemioloji aspektləri. Bakı, 2021

33.İskəndərli V.B. Gözün mikozlarının klinik-laborator diaqnostikasına, müalicəsinə və profilaktikasına dair müasir yanaşmalar. Bakı, 2021