Elman Vahabov
Dosent
Elman Vahabov

orcid 0009-0003-3910-7809


Google Scholar VAL9LAgAAAAJ&hl=en


orcidEpidemiologiya və biostatistika kafedrası


orcid [email protected]

Bioqrafiya

Vahabov E.F. 1974-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsini fərqlənmə dipolmu ilə bitirmişdir.

İnstitutu bitirdikdən sonra təyinat üzrə Azərbaycan elmi-tədqiqat tibbi parazitalogiya və tropik təbabət institutuna  ETTP və TT göndərilmiş, orada bir il baş laborant, 1975-1988-ci illərdə kiçik elmi işçi vəzifəsində işləmişdir.

1980-1984-cü illərdə Moskvada Y.İ.Marsinovski adına tibbi parazitologiya və tropik təbabət institutunun məqsədli qiyabi aspirantı olmuşdur.

1986-cı ildə tibb elmləri namizədi elmi dərəcəsi almışdır.

1988-ci ildən 1992-ci ilə qədər Elmi-tədqiqat epidemiologiya, gigiyena və peşə xəstəlikləri institutunda ( ET EG və PX) kiçik elmi işçi, baş elmi işçi, 1990-1992-ci illərdə institutun elmi katibi vəzifəsində işləmişdir.

1990-cı ildə “Baş elmi işçi “ elmi adı almışdır. 1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasına assistent vəzifəsinə seçilərək , bir il həmin vəzifədə, 1993-cü ildən 1996-cı ilə qədər isə baş müəllim vəzifəsində işləmişdir. 1996-cı ildən indiyə qədər dosent vəzifəsində işləyir. 1998-ci ildə “Dosent” elmi adı almışdır.

E.F.Vahabov universitetin professor-müəllim heyəti və tələbələri arasında hörmət qazanmışdır. Kafedranın tədris prosesində, tədris-metodik materialların hazırlanmasında fəal iştirak edir. Oxuduğu mühazirələr və apardığı təcrübə dərsləri tələbələr tərəfindən maraqla qarşılanır.

Akademik fəaliyyət

1975-1988 ETTP və TT – kiçik elmi işçi

1988-1990 ET EG və PX-  baş elmi işçi

1990-1992 ET EG və PX – elmi katib

1992-1993 –ATU-nun epidemiologiya kafedrası, assistent

1993-1996- ATU-nun epidemiologiya kafedrası, baş müəllim

1996-indiyə qədər – ATU-nun epidemiologoiya kafedrası dosent

Təhsil

1958-1968- orta təhsil: Oğuz, Azərbaycan

1968-1974- ali təhsil: N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Bakı, Azərbaycan

1980-1984-aspirantura: Y.İ.Marinovski adına tibbi parazitologiya və tropik təbabət institutu Moskva, Rusiya

Nailiyyətlər (adlar)

1990- “Baş elmi işçi”

1998- “Dosent”

1983- SSRİ səhiyyə nazirliyi: “Отличнику здравоохранения” döş   nişanı

2018- Azərbaycan Respublikası səhiyyə nazirliyi: “Səhiyyə əlaçısı” döş nişanı

Peşə və pedaqoji inkişaf

1988- Moskva ş. Mərkəzi həkimləri təkmilləşdirmə institutu,  “Beynəlxalq tibbi əməkdaşlıq” kursu

2006 (30 iyun-4 iyul) – Quş qripinə nəzarətin gücləndirilməsi( ARSN, USAID)

2008 (13-15 noyabr)- Quş qripinə dair şəxslərarası ünsiyyət təlimi   (USAID, AI.COMM)

2007-2008-Bioloji təhlükənin azaldılması proqramı. Epidemioloji təlim ( WRAIR, USUNS, DTRO-B)

2007 (27 fevral-2 mart) - Modul 1

2007 (27-31 mart) -Modul 2

2007(8 iyun)   - Modul 2

2007 (24-29 sentyabr) – Modul 3

2007 (16-19 oktyabr) – Modul 4

2008 (18 aprel) – Modul 4

Kitab

  1. Руководство по эпидемиологическому надзору за малярией в СССР. Авторский коллектив под ред. Сергиева В.П. , Москва, 1989, 399 с.
  2. Vahabov E.F. Tibbi parazitologiyaya dair tədris-metodik vəsait. Bakı, 1997, 26 s
  3. İ.Ə.Ağayev, X.İ.Abdullayev, S.M.Məmmədov, E.F.Vahabov, X.N.Xələfli, F.Ş.Tağıyeva , E.İ.Qasımov  //Malyariya üzərindən epidemioloji nəzarətin təşkili. Bakı, 2010, 117 s 3.
  4. İ.Ə.Ağayev, E.F.Vahabov, X.N.Xələfli, F.Ş.Tağıyeva İmmunprofilaktika  Bakı, 2016, 17.
  5. A.Ə.Salehov, E.F.Vahabov, F.H.Hüseynova . İnsan parazitar xəstəlikləri Bakı, 2022, 172 s (dərs vəsaiti)

Məqalə

  1. Unudulmuş infeksiyaların qayitma təhlükəsi. Tropik xəstəliklər problemi və onlarla mübarizə tədbirləri.// “Sağlamlıq jurnalı, 2018, №5, s.194-199
  2. Təbabətin aktual problemləri. Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 2019, s. 198-199
  3. Ağayev İ.Ə., Cəfərova X.H., Tağıyeva F.Ş., Vahabov E.F. Piylənmə XXI əsrin qeyri-infeksion epidemiologiyasıdır. //Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75 iliyinə həsr edilmiş elmi konfransın materialları. Ictimai sağlamlıq və səhiyyə, VI cild. Bakı, 2019, s. 7-10.
  4. İ.Ə.Ağayev, X.H.Cəfərova, F.Ş.Tağıyeva , E.F.Vahabov. Epidemiological specificities of obesity and applopriate disease management. //Международная Научно-практическая конференция «Ожирение мультидисциплинарный подход к проблеме» и «II стимуляционный Тренинг по Лапароскопической  Хирургии» 27-29 ноября 2019. Баку, 2019, с.5.
  5. Сəfərova X.H., Tağıyeva F.Ş.,   Vahabov E.F. Müasir dövrdə kəskin bağırsaq infeksiyalarının yayılmasının    xüsusiyyətləri və onların profilatikası. //Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi- praktik konfrans materiallarının toplusu. Bakı, 2019, s.15-16.
  6. Ağayev İ.Ə., Cəfərova X.H., Tağıyeva F.Ş. Эпидемиологические особенности ротавирусной инфекции всовременных условиях в Азербайджане. //Инициатива в науке как новая стратегия развития системы знаний. Сборник научных трудов. Россия, г. Казан, 2019, с. 264-266.
  7. Джафарова Х.Г., Тагиева Ф.Ш., Vahabov E.F. Джалилов В.Ч. Müasir mərhələdə dünyada vəbanın epidemioloji xüsusiyyətləri. //Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2020” mövzusunda beynəlxalq elmi-praktiki konqresin materialları. Bakı, 2020, s.301-302.
  8. Ibadollah Agayev, Elman Vahabov, Vaqif Jalilov, Eslam Moradi-Asl, Abedin Saghafipour.  Epidemilogical situation and spatial distribution of visceral leismaniasis in the Republic of Azerbaijan. //Indian Society for Parasitology, 2020.
  9. Cəfərova X.H., Vahabov E.F., Tağıyeva F.Ş. Rotavirus infeksiyasının klinik-epidemioloji xüsusiyyətləri, monitorinqi və profilaktikası. “Sağlamlıq” jurnalı, 2020, №3, s. 184-190.
  10. Cəfərova X.H., Tağıyeva F.Ş, Vahabov E.F. Vəkilov V.N. Qeyri-infeksion xəstəliklərin epidemiologiyasının tədrisinə dair. //“ Elmi iş” beynəlxalq elmi jurnal . Bakı, 2020, №09/58, s.56-60.
  11. Cəfərova X.H., Tağıyava F.Ş., Cəlilov V.Ç., Vahabov E.F. Vəbanın 7-ci pandemiyasının IV mərhələdə epidemioloji xüsusiyyətləri və onun monitorinqi. //“Təbiət və elm” beynəlxalq elmi jurnal. Bakı, 2020, s. 74-78
  12. Vahabov E.F., Cəlilov V.Ç. Ali tibb təhsili müəssisələrində epidemiologiya fənninin tədrisinin müasir aspektləri.// Təbabətin aktual problemləri . Az.Resp-da “Şuşa ili”nə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, 24-25 may. Bakı, 2022, s.326-327 
  13. Mehdiyev P.S., Cəlilov V.Ç, Əhmədova N.M, Əliyeva Z.Q.,  Vahabov E.F. Aşağı ətraf amputasiyalarında reabilitasiya proqramının hədəfləri. // Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf prespektivləri. Elmi-praktik konfransın materialları. Bakı, 2024, s.33-36.