Bioqrafiya
Şəlalə Şirzad qızı Əliyeva 2005-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmişdir. 2005-2006-cı illərdə Bakı şəhəri 6 saylı Uşaq Klinik Xəstəxanasında həkim-interna vəzifəsində işləmişdir. 2014-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin uşaq onkologiyası bölməsində baş laborant vəzifəsində, 2016-2023-cü illərdə isə bədxassəli şişlərin epidemiologiyası və statistikası bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 2020-2021-ci illərdə “Azərbaycan Onkologiya Jurnalının” məsul katibi olmuşdur. 2023 ildə Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasında baş laborant vəzifəsində çalışmış, 2024-cü ildən isə müsabiqə yolu ilə kafedranın assistent vəzifəsinə seçilmişdir.
Akademik fəaliyyət
2014-2016 AR SN Milli Onkologiya Mərkəzinin uşaq onkologiyası bölməsində baş laborant
2016-2023 AR SN Milli Onkologiya Mərkəzinin bədxassəli şişlərin epidemiologiyası və statistikası bölməsində kiçik elmi işçi
2023-2024 Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasında baş laborant
2024-h.h.q. Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasında assistent
Təhsil
1999-2005 Azərbaycan Tibb Universiteti
Peşə və pedaqoji inkişaf
26.01.2024-05.02.2024- Azərbaycan Tibb Universitetinin Tibb və sağlamlıq elmləri təhsili kafedrası. “Pedaqoji peşəkarlığın inkişafı” kursu.
13.12.2021-24.12.2021- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu. Kurs “Pediatriya”
16.12.2019-20.12.2019 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu. Kurs “Uşaqlarda vaksinasiya və onun fəsadları”
06.06.2018-ci il- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası tərəfindən praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi
05.02.2018-02.03.2018 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu. Kurs “Pediatriya”
21.06.2013-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası tərəfindən praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi
19.09.2011-18.11.2011- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu.”İxtisas üzrə yenidən hazırlanma kursu”
Məqalə
1.Ibadulla Aghayev, Flora Taghiyeva, Vagif Vakilov, Shalala Aliyeva, Peri Isagova. Characteristics of teaching the epidemiology of chronic diseases and disabilities. NATURE AND SCIENCE International Online Scientific Journal. Impact Factor: 2.509. 2024 / Volume: 6 Issue: 6 / 5-9.
Məqalə
2. Khatira Khalafli, Maharram Niftullayev, Khatira Jafarova, Daste Gasimova, Shalala Aliyeva. History of the development of epidemiology as a general medical science. NATURE AND SCIENCE International Online Scientific Journal. Impact Factor: 2.509. 2024 / Volume: 6 Issue: 6 / 10-14.
Məqalə
3.Flora Tağıyeva, Xatirə Cəfərova, Dəstə Qasımova, Pəri İsaqova, Şəlalə Əliyeva. TORCH – infeksiyaların klinik-epidemioloji xüsusiyyətləri. ELMİ İŞ Beynəlxalq elmi jurnal. İmpakt Faktor: 2.255. 2024 / Cild: 18 Sayı: 1 / 117-123.
Məqalə
4. Xatirə Xələfli, Dəstə Qasımova, Bayram Əsədov, Dünya Niftəliyeva, Şəlalə Əliyeva Qeyri-infeksion xəstəliklərin öyrənilməsində epidemioloji diaqnostikanın tətbiqi. ELMİ İŞ Beynəlxalq elmi jurnal. İmpakt Faktor: 2.255. 2023 / Cild: 17 Sayı: 11 / 144-149.
Məqalə
5, Vaqif Vəkilov, Xatirə Xələfli, Cavanşir Rəhimov, Dəstə Qasımova, Şəlalə Əliyeva. Epedemiologiyanın tarixi tibdəki müzakirələrin mühüm mövzusu kimi. I QƏDİM DİYAR Beynəlxalq elmi jurnal. II Beynəlxalq Humanitar və ictimai elmlər konfransının materialları, 19 sentyabr 2023, s.31-33
Məqalə
6. Xatirə Cəfərova , Flora Tağıyeva, Vaqif Cəlilov, Şəlalə Əliyeva. Köhnə qitənin yeni virusu-meymun çiçəyi. Azərbaycan təbabətin müasir nailiyyətləri, 2023, №3, s.254-256.
7. Гусейнова Р.А., Халафова Л.П., Мамедов М.К., Алиева Ш.Ш. Об исследованиях азербайджанских ученых в области изучения интеркуррентных вирусных инфекций у онкологических больных. Azərbaycan Onkologiya Jurnalı, 2022, №1 s.45-49.
8. Mərdanlı F.Ə., İsmaıl-zade R.S., Əliyeva Ş.Ş.. Milli Onkologiya Mərkəzinin uşaq klinikasinda bədxassəli şiş diaqnozu ilə müalicə alan uşaqlarin tibbi-statistik xarakteristikasi. Azərbaycan Onkologiya Jurnalı, 2020, №2 s.10-13
9. Марданлы Ф.А., Гулиев Н.А., Алиева И.Д., Джафарова Е.Р., Алиева Ш.Ш. Заболеваемость и смертность при злокачественных новообразованиях щитовидной железы в Шеки-Загатальском экономическом регионе. Azərbaycan Onkologiya Jurnalı, 2019, №2, s.61-63
10. Mərdanlı F.Ə., Ş.Ş.Əliyeva. Şəki-Zaqatala iqtisadi regionunda uşaqlarda bədxassəli törəmələrin epidemioloji xüsusiyyətləri. Azərbaycan Onkologiya Jurnalı, 2019, №1, s.97-99
11. Алиев Д.А, Гасанова Х.Н, Алиева Ш.Ш. Эпидемиологические аспекты заболеваемости рака пищевода в Азерб. Республике. Медицинские новости, 2018. №7, ст.70-72