
Vüsalə Səyyad qızı Mirzə 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır. 2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildən Anesteziologiya və reanimatologiya kafedrasında assistent vəzifəsində çalışır.
Vüsalə Mirzə Anesteziologiya və reanimatologiya kafedrasında pedaqoji fəaliyyət göstərir. V və VI kurs tələbələrinə azərbaycan, rus və ingilis dillərində dərs aparır, ingilis dilli qruplarda mühazirələr oxuyur. Klinik və elmi-tədqiqat fəaliyyətini pedaqoji işlə paralel şəkildə davam etdirir.
2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2003-cü illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçmişdir. 2003–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər və reanimatologiya kafedrasında klinik ordinatura təhsili almışdır. 2011-ci ildə “Ağır kəllə-beyin travması almış xəstələrdə immunodefisit və onun korreksiyası” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmiş, 2012-ci ildə diplom almışdır.
Vüsalə Mirzə ixtisası üzrə peşəkar və pedaqoji inkişafını daim davam etdirir. Rusiya Federasiyası və Türkiyə Respublikasında keçirilən ixtisasartırma kurslarında və elmi konfranslarda iştirak etmişdir.
Anesteziologiya və reanimatologiya, intensiv terapiya, ağrı sindromları və onların müalicəsi, , kritik vəziyyətlərdə xəstələrin monitorinqi və müalicəsi.
“Anesteziologiya, reanimatologiya və intensiv terapiyada praktik vərdişlər” adlı dərs vəsaitinin həmmüəllifidir.
1. Predicting of mortality for patients with COVID-19 admitted to ICU: a retrospective analysis of university mono-centric data.
Sadigov A., Xoshbonyani P., Mirzoyeva V.S., Bagirzade A.
Chest. 2021;160(4 Suppl):A1007.
DOI: 10.1016/j.chest.2021.07.937
2. Clinical characteristics and outcomes of ICU admitted patients with COVID-19: Analysis of University Hospital data.
Sadigov A.S., Gadzhieva F.F., Sadykhova T.T., Mirzoyeva V.S.
EC Pulmonology and Respiratory Medicine. 2021;10(6):27–35.
3. Change of the hemoglobin level during the resuscitation period in patients with traumatic brain injury, according to the character of the trauma.
Magerrambeyli I.Sh., Mirzoyeva V.S. et al.
4. The changes of bronchoalveolar lavage fluid cytokine content in intubated survivor and non-survivor patients with COVID-19.
Mirzoyeva V.S. et al.