Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1967-ci il təvəllüdlü, azərbaycanlı, tibb elmləri namizədi, ATU-nun Anesteziologiya, reanimatologiya və intensiv terapiya kafedrasının assistenti. Zəngilan şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 254 saylı orta məktəbdə almışdır. 1984-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1986–1988-ci illərdə hərbi xidmətdə olmuşdur.1992-1993-cü illərdə təcili tibbi yardım xəstəxanasında anezteziologiya-reanimatologiya üzrə bir illik internatura keçmisdir. 1992–1998-ci illərdə Müdafiə nazirliyinin N hərbi hissəsində tibb xidməti rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildən ATU-nun Daxili xəstəliklər və reanimatologiya kafedrasında əvvəl baş laborant, daha sonra assistent vəzifəsində fəaliyyət göstərmişdir. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 2009-cu ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 2018-ci ildən etibarən Anesteziologiya, reanimatologiya və intensiv terapiya kafedrasında assistent vəzifəsində çalışır. Elmi tezis və məqalələrin, həmçinin bir dərs vəsaitinin həmmüəllifidir. Azərbaycan Reanimatoloq və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) üzvüdür. Hal-hazırda ATU-nun TCK-sının reanimasiya şöbəsində fəaliyyət göstərir.

Akademik fəaliyyət

-Azərbaycan Tibb Universiteti, Daxili xəstəliklər I və reanimatologiya kafedrası

1996–1997 – baş laborant

1998–2001 – assistent

-Azərbaycan Tibb Universiteti, Anesteziologiya, reanimatologiya və intensiv terapiya kafedrası

2018–2025 – assistent

Təhsil

1984–1992– Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi

1992–1993 – anesteziologiya-reanimatologiya üzrə internatura (Bakı şəhəri təcili tibbi yardım xəstəxanası)

Peşə və pedaqoji inkişaf

2007-ci ildə “Xora mənşəli kəskin mədə-bağirsaq qanaxmaları zamanı immunoloji dəyişikliklər və onların səmərəli korreksiyası” mövzusunda namizədlik dissertasiyasının müdafiəsi keçirilmişdir

Elmi araşdırma sahəsi

Xora mənşəli kəskin mədə-bağirsaq qanaxmaları zamanı immunoloji dəyişikliklər və onların səmərəli korreksiyası

Məqalə

ЗМІНА РІВНЯ ГЕМОГЛОБІНУ В РЕАНІМАЦІЙНОМУ ПЕРІОДІ У ХВОРИХ

З ЧЕРЕПНО-МОЗКОВОЮ ТРАВМОЮ В ЗАЛЕЖНОСТІ ВІД ХАРАКТЕРУ ТРАВМИ Магеррамбейли, Т.В. Керимова, В.С. Мирза ISSN 2079-8334. Сeim медицини та біології. 2024. № 4 (90-97) DOI 10.26724/2079-8334-2024-4-90-92-97

Üzv olduğu qurum

Azərbaycan reanimatoloqlar və anestezioloqlar cəmiyyətinin  heyatinin üzvü