Bioqrafiya
Tağıyeva Flora Şura qızı 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsini bitirmişdir. O, institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Epidemiologiya kafedrasında baş laborant vəzifəsinə keçirilmişdir. O, 1997-ci ildə müsabiqə yolu ilə kafedranın assistenti vəzifəsinə seçilmişdir.
F.Ş. Tagıyeva 2001-ci ildə “Abşeron yarımadası ərazisinin şigelyozlara görə epidemioloji rayonlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 2007-ci ildə baş müəllim, 2012-cı ildə isə kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Tibb Universitetində işlədiyi müddət ərzində Tağıyeva F.Ş. özünü təşəbbüskar, intizamlı, yüksək ixtisaslı mütəxəssis kimi göstərib. Bu dövr ərzində kafedranın həm tədris-metodik, həm elmi-tədqiqat işində yaxından iştirak etmişdir. Belə ki, tədris prosesi üçün metodik materialların, mühazirə mətnlərinin tərtib edilməsində və təcrübə dərslərinin metodik işləmələrinin hazırlanmasında fəal iştirak etmişdir. Apardığı elmi işlər 150 məqalə, 32 tezis, 13 dərs vəsaiti və 1 Milli rəhbərlikdə öz əksini tapmışdır.
Bununla yanaşı, bir sıra ictimai işlərdə çalışmışdır. Belə ki, uzun müddət universitetin ictimai işlərində fəal iştirak edərək, Dövlət Attestasiya Komissiyasının katibi, Fakultə tsiklik-metodik komissiyasının katibi, kafedra həmkarlar təşkilatının sədri, Epidemiologiya, mikrobiologiya və infeksion xəstəliklər üzrə problem komissiyasının katibi kimi fəaliyyət göstərirmişdir. 2012-ci ildən 2024-cü ilə qədər kafedranın tədris hissəsi müdiri olmuşdur. 2011-ci ildən indiyə qədər Dövlət İmtahan Mərkəzinin (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) Rezidentura şöbəsində “Epidemiologiya” fənni üzrə test böməsinin üzvü və eksperti kimi əməkdaşlıq edir. Həmçinin DİM (TQDK) tərəfindən həyata keçirilən qapalı işlərə (bunker) cəlb edilmişdir. 2018-ci ildən 2023-cü ilə qədər İctimai Səhiyyə Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri kimi fəaliyyət göstərmişdir.
Tağıyeva F.Ş. 2009-cu ildən 2010-cu ilə qədər Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində dekan müavini vəzifəsində çalışmışdır. Həmçinin 2018-ci ildən 2023-cü ilə qədər İctimai Səhiyyə Fakültəsinin Elmi Şurasının üzvü, bir çox Dissertasiya şuralarının (FD (BFD) 2.28) elmi katibi və üzvü kimi aktiv iştirak etmişdir.
Tağıyeva F.Ş. 2022-ci ildən yenidən müsabiqə yolu ilə kafedranın dosenti vəzifəsinə seçilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. Keçən müddət ərzində o, kafedranın tədris hissə müdiri kimi tədris-metodik işlərin yerinə yetirilməsində, dərs vəsaitlərinin, yeni proqramların və sillabusların hazırlanmasında, dərslərin müasir texniki vəsaitlərlə təmin olunmasında, prezentasiyaların təşkili, dərs otaqlarının informasiya kompüter texnologiyaları (İKT) ilə təchizatında, mühazirə dərslərinin interaktiv üsullarla keçirilməsində yaxından iştirak etmişdir.
Tağıyeva F.Ş. sistematik olaraq özünün nəzəri səviyyəsinin və pedoqoji ustalığının artırılması qayğısına qalır, maraqla dinlənilən mühazirələr oxuyur və praktik məşğələlər aparır. O, Universitet əməkdaşları və tələbələri arasında böyük hörmətə malikdir. Bir çox treninqlərdə iştirak etmişdir.
Yeni Azərbaycan partiyasının üzvüdür. Rus (danışıq), türk (danışıq), ingilis (elementar səviyyə) dil bilgilərinə malikdir. Kompüter bacarıq və bilgilərinə yiyələnmişdir.
Akademik fəaliyyət
1992 - 1997 ATU-nun epidemiologiya kafedrasında baş laborant
1997 - 2007 ATU-nun epidemiologiya kafedrasında assistent
2007 - 2012 ATU-nun epidemiologiya kafedrasında baş müəllim
2009-2010 ATU-nun Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində dekan müavini
2012-2024 (hazıradək) ATU-nun epidemiologiya kafedrasında dosent
Təhsil
2001- 2024 (hazırda) Tibb elmlər namizədi (tibb üzrə fəlsəfə doktoru) Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
1986-1992 Ali təhsil N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Bakı, Azərbaycan
1986 Orta məktəb attestatı Bakı, Azərbaycan
Peşə və pedaqoji inkişaf
Kitab
Məqalə
Daxili qrantlar
2008-2011-ci il – Global Fondun “davamiyyətli malyariya nəzarəti və profilaktikası uğrunda yeni təşəbbüslər” AZE – 708-G04-M saylı sazişə əsasən (“Grant sazişi”) layihəsi. Global Fondun QİÇS, Vərəm və malyariya əleyhinə qeyri mənfəət təşkilatı, Bakı.
Məruzəçi: dos. F.Ş.Tağıyeva