Bioqrafiya
Məhərrəm Zülfüqar oğlu Niftullayev 1947-ci il noyabr ayının 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1965-ci ildə Ərkivan kənd orta məktəbini bitirərərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinə daxil olmuş və 1971-ci ildə ali təhsilini uğurla başa vurmuşdur. 3 il təyinatla Q.Musabəyov adına Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və Gigiyena İnstitutunda kiçik elmi işçi vəzifəsində işlədikdən sonra 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına baş laborant vəzifəsinə qəbul edilmiş, elə həmin vaxtdan da taleyini bu qocaman təhsil ocağına bağlamışdır. 1975-ci ildə assistent, 1993-cü ildə isə kafedranın professoru vəzifəsinə seşilmişdir. 1979-cu ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş və 2007-ci ildə professor elmi adını almışdır.
M.Z.Niftullayev kafedrada baş laborant vəzifəsindən başlayaraq, professor işlədiyi hazırkı vaxta qədər özünü əməksevər, hərtəfli hazırlıqlı pedaqoq, epidemiologiya və tibbi helmintologiya sahəsində ixtisaslı mütəxəssis kimi göstərmişdir. Müəllimlər və tələbələr üçün olan metodik işləmələrin təkmilləşdirilməsində, habelə mühazirə və təcrübə məşğələlərinin mətnlərinin hazırlanmasında fəal iştirak edir. M.Z.Niftullayev həmişə özünün elmi və pedaqoji səviyyəsini artırır. Bir neçə dəfə Leninqrad sanitariya-gigiyena institunun nəzdində olan ixtisasartırma fakültəsində kursda olmuşdur. Eyni zamanda o, xarici ölkə alimləri ilə elmi əməkdaşlıq edir. Moskva Elmi-Tədqiqat Tibbi parazitologiya və Tropik Təbabət İnstitutunun alimləri ilə birgə qurduğu əməkdaşlıq Azərbaycan və Rusiya arasında tibb elminin inkişafı amalına xidmət edir.
M.Z.Niftullayev 100 elmi məqalənin, o cümlədən 8 tədris vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 8 namizədlik dissertasiyası yerinə yetirilmişdir.
Niftullayev M.Z. işlədiyi müddət ərzində kafedranın aparıcı professoru kimi tədris-metodik işlərin yerinə yetirilməsində, dərs vəsaitlərinin, yeni proqramların və sillabusların hazırlanmasında, dərslərin müasir texniki vəsaitlərlə təmin olunmasında, prezentasiyaların təşkili, tədris prosesi üçün metodik materialların hazırlanmasında, dərs otaqlarının informasiya kompüter texnologiyaları (İKT) ilə təchizatında, mühazirə dərslərinin interaktiv üsullarla keçirilməsində yaxından iştirak etmişdir. Tələbə elmi cəmiyyətin xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində yaxından iştirak edir. Tədris prosesi ilə yanaşı kafedranın elmi-tədqiqat işlərinin yerinə yetirilməsində də təcrübəli mütəxəssis kimi xidmətləri var.
M.Z.Niftullayev tibbi-profilaktika fakültəsinin ictimai həyatında fəal iştirak etmiş, uzun müddət fakultə Elmi şurasının üzvü olmuşdur. Hazırda da Elmi Seminar və İxtisaslaşdırılmış Şuranın üzvüdür. O, Universitet əməkdaşları və tələbələri arasında böyük hörmətə malikdir.
Akademik fəaliyyət
2023 – ildən indiyə qədər epidemiologiya və biostatistika kafedrasının professoru
1993 - Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasında professor
1975- Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasında assistent
1974 - 2000 - Azərbaycan Dövlət Tibb İnstitutu epidemiologiya kafedrasında baş laborant
1971-1974 – Q.Musabəyov adına Elmi-tədqiqat Mikrobiologiya, Virusologiya və Gigiyena İnstitutu, kiçik elmi işçi
Təhsil
1992 – Tibb elmləri doktoru
1979 – Tibb elmləri namizədi Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
1965 -1971 – N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsi, Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
1965 – Masallı rayonu, Ərkivan kənd orta məktəbi bitirib
Peşə və pedaqoji inkişaf
Məqalə
Xatirə Xələfli, Məhərrəm Niftullayev, Elman Vahabov, Cavanşir Rəhimov, Dəstə Qasımova. Epidemik prosesin mərhələli dəyişikliklərində sosial və təbii şəraitin tənzimləyici əhəmiyyəti. ELMİ İŞ Beynəlxalq Elmi Jurnal. İmpakt Faktor: 2.717. 2024 / Cild: 18 Sayı: 8 / 43-48. ISSN: 2663-4619 SCIENTIFIC WORK International Scientific Journal. Impact Factor: 2.717. 2024 / Volume: 18 Issue: 8 / 43-48 e-ISSN: 2708-986X .
Məqalə
Tagıyeva F.Ş., Cəfərova X.H., Niftullayev M.Z., Vəkilov V.N. TORCH-infeksiyalar zamanı ağırlaşmalar və onların qarşısının alınması yolları.Azər.Döv.Hək.Tək.İns.-nun konfransı (17.01.2024). Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2024, s.336-338.
Məqalə
Tağıyeva F.Ş., Rəhimov Cavanşir Ə., Xələfli X.N., Niftullayev M.Z. Azərbaycanda çoxillik dinamikada xəstələnmənin səviyyəsinin öyrənilməsi. “Azərbaycan Təbabətinin müasir nailiyyətləri” Rüblük elmi-praktik jurnal. Bakı, 2024, sentyabr (çapa göndərilib).
Məqalə
İbadulla Ağayev, Xələfli Xatirə, Məhərrəm Niftullayev, Xatirə Cəfərova, Dəstə Qasımova.Genetik şərtlənmiş xəstəliklərin epidemioloji xarakteristikası. TƏBİƏT və ELM, Beynəlxalq elmi jurnal, , Bakı, 2023 Cild: 5 Sayı: 7, s.7-13. İmpakt Faktor: 2.101
Məqalə
İbadulla Ağayev, Xələfli Xatirə, Məhərrəm Niftullayev, Leyla Əhmədzadə, Dəstə Qasımova Xəstəxanadaxili infeksiyaların qarşısının alınması yolları və mübarizə tədbirləri. TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal. 2023, Cild: 5 Sayı: 12, s.7-11. ISSN: 2707-1146, e-ISSN: 2709-4189. İmpakt Faktor: 2.101.DOI:
Məqalə
İbadulla Ağayev, Xələfli Xatirə, Məhərrəm Niftullayev, Bayram Əsədov, Dəstə Qasımova.Ürəyin işemiya xəstəliyinin inkişafinin risk amilləri. TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal. 2023, Cild: 5 Sayı: 11, s.7-11. ISSN: 2707-1146, e-ISSN: 2709-4189, İmpakt Faktor: 2.101,
Məqalə
Xələfli Xatirə, Məhərrəm Niftullayev, Bayram Əsədov, Dəstə Qasımova. Arterial hipertoniyanin risk amillərinin xüsusiyyətləri. TƏBIƏT VƏ ELM, Beynəlxalq elmi jurnal, I biologiya və aqrar elmlər üzrə beynəlxalq elmi konfrans materialları, 2023, 30 noyabr, s.15-17. İmpakt Faktor: 2.101,
Məqalə
Tağıyeva F.Ş., Cəfərova X.H., Vəkilov V.N., Niftullayev M.Z. Tibbi yardımın göstərilməsi ilə bağlı olan infeksiyaların profilaktikasının başlıca istiqamətləri. «Təbiət və elm» beynəlxalq elmi jurnal. “Tibb elminin əsasları” mövzusunda I beynəlxalq elmi konfransın materialları, Bakı, 11 iyul , 2021, s.40-45(sertifikat) (məruzə).