Göyüşova Nərminə
Dosent
Göyüşova Nərminə

orcid 0009-0008-9971-9635


orcidİctimai Sağlamlıq və səhiyyənin təşkili


orcid [email protected]

Bioqrafiya

Doktor Nərminə Göyüşova 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakultəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra, Xanlar rayon Mərkəzi Xəstəxanasında metodik-statistik kabinetin həkimi vəzifəsində çalışmışdır. Doktor N.Göyüşova 1989-cu ildən 2021-ci ilə qədər Tibb Universitetinin Ümumi Gigiyena və Ekologiya kafedrasında təcrübəli müəllim  kimi fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə tibb üzrə namizədlik dissertasiyasını atmosfer havasının çirklənməsinin əhali sağlamlığına, o cümlədən reproduktiv yaşda olan qadınların sağlamlığına təsirinin gigiyenik qiymətləndirilməsi sahəsində müdafiə etmişdir və 28.06.1994-cü tibb üzrə fəlsəfə doktoru adını qazanmışdır. Bu illərdə doktor N. Göyüşova bir neçə dəsrliklərin hazırlanmasında, tərtibatında yaxından iştirak etmişdir: “Gigiyenadan təcrübə məşğələlərinə aid dərs vəsaiti” (əczaçılıq fakultəsi üçün); “Ümumi gigiyena. Təcrübə məşğələlərinə aid dərslik”; “İş zamanı orqanizmdə gedən funksional dəyişikliklərin müayinəsi kimi” metodik işləmələrin, çox saylı elmi məqalələrin müəllifidir. 2005-ci ildə dosent seçilmişdir. 2015-ci ildə yenidən dosent seçilmiş (0.5 ştat vahid) parallel olaraq “Oksigen Klinik Xəstəxanasında” baş həkim vəzifəsində işləmişdir.

16.02.2021-ci ildə ATU-da aparılan İnnovasiya və İslahatlarla bağlı 09.07.2021-ci il tarixdən İçtimai Sağlamlıq və Səhiyyənin Təşkili kafedrasına keçirilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. Bu illər ərzində doktor N.Göyüşova özünü təcrübəli dosent kimi tanıtmışdır. O, Səhiyyənin İdarə Olunması və İçtimai Səhiyyə sahəsində geniş bilikləri və təhsil bazasına malik olub, ayrı-ayrı şəxslərin və cəmiyyətin sağlamlığının möhkəmləndirilməsi,xəstəliklərin qarşısının alınmasında profilaktikanın rolu, sağlam həyat tərzi və s. sahəsində ixtisaslaşmışdır. Doktor N. Göyüşova İçtimai Sağlamlıq və Səhiyyənin Təşkili kafedrasında işlədiyi  qısa müddət ərzində İçtimai Səhiyyə fakultəsi 2- ci kurs tələbələri üçün “Sağlamlığın təbliği” fənni üzrə tədris proqrami tərtib etmiş və bu proqrama uyğun pandemiya dövründə mühazirələrin onlayn tədrisi üçün elektron versiyalar hazırlamışdır. Bu fənn üzrə İmtahan Mərkəzində ekspert kimi iştirak edir. Eyni zamanda universitetin digər fakultələrində yüksək elmi-metodik səviyyədə  mühazirə və təcrübə dərsləri aparır. Doktor N.Göyüşova bacarıqlı müəllim olmaqla daim öz pedaqoji ustalığını və biliyini artırmaq üzərində çalışır. Kafedrada tədris-metodik komissiyanın üzvü kimi tədris-metodik materialların hazırlanması, sistemləşdirilməsi, sillabusların tərtib edilməsi və s. işlərdə yaxından iştirak etmişdir. Doktor Göyüşovanın rəhbərliyi altında müxtəlif fakultələrin tələbələri TEC-də uğurla elmi-tədqiqat işləri aparırlar. Bunlarla yanaşı öz biliklərini həmkarları ilə bölüşmək, əməkdaşlıq etmək üçün konfrans, seminar və ustad dərslərində fəal iştirak edir.

Akademik fəaliyyət haqqında

  1. Dosent Azərbaycan Tibb Universiteti 2004-2021 – hal-hazıradək
  2. Baş müəllim Azərbaycan Tibb Universiteti 2001-2004
  3. Assistent Azərbaycan Tibb Universiteti 1993-2001
  4. Baş laborant Azərbaycan Tibb Universiteti * 1989-2001
  5. Həkim-statistik Azərbaycan Tibb Universiteti *1983-1985

Təhsil

Gigiyena ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru

Azərbaycan Tibb Universiteti *1990-1993

Tibbi profilaktika

Azərbaycan Tibb Universiteti *1983

Peşə və pedaqoji inkişaf

Səhiyyə Sisteminin idarə olunmasi üzrə

Səhiyyə Nazirliyi nəzdində Analitik Ekspertiza Mərkəzi tərəfindən təşkil olunub *14.04.2017-29.04.2017

Təbabətin aktual problemləri üzrə

Azərbaycan Tibb Universiteti tərəindən təşkil olunub *19-20 dekabr 2020

İctimai səhiyyədə aktual problemlər üzrə

Azərbaycan Tibb Universiteti tərəindən təşkil olunub *25-26 may 2021

Təbabətin aktual problemləri üzrə Beynəlxalq elmi-praktiki konfrans

Azərbaycan Tibb Universiteti tərəindən təşkil olunub *24-25 may 2022

Sağlam əmək və həyat təhlükəsizliyi üzrə elmi-praktik konfrans

Azərbaycan Tibb Universiteti tərəindən təşkil olunub *2021

 “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərviçəsində “Tibb müəssisələrində infeksion alovlanmaların araşdırılması” adlı vebinarda iştirak

ÜST-nın Azərbaycandakı Ölkə Ofisinin Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib *06.07.2023

“Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərviçəsində “Standart ehtiyat tədbirləri” adlı vebinarda iştirak

ÜST-nın Azərbaycandakı Ölkə Ofisinin Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib *18.07.2023

Neft tullantıları ilə çirk­lən­miş torpaqlarda ra­diasiya fonunun möv­sümi xarakteristikası

ATU-nun 90 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2020” mövzusunda Beynəlxalq Elmi-Praktik Konqresinsin materialları *19-20 dekabr 2020

Условия труда и профессиональная заболеваемость как основа управления рисками для здровья раьотников Бакинского завода порошковой металлургии

“Sağlam əmək və Həyat təhlükəsizliyi” Elmi-Praktiki Konfransın materialları *2021

Neft quyularının yeraltı təmiri və istismarı işçilərinin əmək şəraitinə dair

Təbabətin aktual problemləri”T.Ə.Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elmi-Praktik Konfransın materialları *6-8 oktyabr 2021

Neft mədənləri rayonları riskli ərazilər kimi

Azərbaycan Respublikasında “Şuşa İli”nə həsr olunmuş “Təbabətin aktual problemləri-2022” mövzüsunda Beynəlxalq elmi-praktiki konfrans materialları *24-25 may 2022

Elmi araşdırma sahəsi

Atmosfer havasının çirklənməsi və əhali sağlamlığı, o cümlədən reproduktiv yaşda qadınların və onların 2 yaşadək uşaqlarının sağlamlığının qiymətləndirilməsi

Kitab

1. “Gigiyenadan təcrübə məşğələlərinə aid dərs vəsaiti” (əczaçılıq fakultəsi üçün); *1999 – s. 44

2. Hərbi gigiyenadan təcrübə məşğələlərinə dair tədris vəsaiti *1999 – s. 72

3. “Ümumi gigiyena. Təcrübə məşğələlərinə aid dərslik”; * 2007- s. 479

CƏMİYYƏTƏ TÖVHƏM

Tələbələr arasında sağlam həyat tərzinin təbliği