Bioqrafiya
Vəkilov Vaqif Nazim oğlu 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsini bitirmişdir. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasının əyani aspiranturasına qəbul olunmuşdur. 1990-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirib və namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı ilin oktyabr ayında epidemiologiya kafedrasına assistent, 2000-ci ilin yanvar ayında baş müəllim, 2002-ci ilin noyabr ayından epidemiologiya kafedrasında dosent vəzifəsinə seçilmişdir. Həmin vəzifəni 12.04.2007-ci il tarixindən Sosial gigiyena və səhiyyənin təşkili kafedrasında 28.02.2011-ci il tarixənədək icra etmişdir. 2011-2013-cü illərdə həmin kafedrada professor vəzifəsinə seçilmişdir. 2013-cü ildən öz ərizəsinə əsasən epidemiologiya kafedrasına professor vəzifəsinə keçirilmişdir. Hazırda Epidemiologiya və biostatistika kafedrasının professoru və Qrup Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsində çalışır.
Vəkilov V.N. 2006-ci ildə “Azərbaycan Respublikasında fövqəladə hallar zamanı sanitariya-gigiyenik və əksepidemik qurumların təşkilinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdikdən sonra AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 iyun 2007-ci il tarixli (protokol № 10-R) qərarı ilə ona tibb elmləri doktoru elmi dərəcəsi, 2013-cü il 15 mart tarixli qərarı ilə (protokol №06) ona professor elmi adı verilmişdir. 2011-13-cü illərdə Sosial gigiyena və səhiyyənin təşkili kafedrasında professor, 2013-cü ildən isə epidemiologiya kafedrasında professor vəzifəsinə seçilmişdir.
Tibb Universitetində işlədiyi müddət ərzində Vəkilov V.N. özünü təşəbbüskar, intizamlı, yüksək ixtisaslı mütəxəssis kimi göstərib. Bu dövr ərzində kafedranın həm tədris-metodik, həm elmi-tədqiqat işində yaxından iştirak etmişdir. Belə ki, tədris prosesi üçün metodik materialların, mühazirə mətnlərinin tərtib edilməsində və təcrübə dərslərinin metodik işləmələrinin hazırlanmasında fəal iştirak etmişdir. Apardığı elmi işlər 120 məqalə, 30 tezis, 6 dərs vəsaiti və 1 Milli rəhbərlikdə öz əksini tapmışdır.
Bununla yanaşı, bir sıra ictimai işlərdə çalışmışdır. Belə ki, uzun müddət universitetin ictimai işlərində fəal iştirak edərək, fakültə Həmkarlar təşkilatının üzvü; Epidemiologiya, mikrobiologiya və infeksion xəstəliklər üzrə problem komissiyasının üzvü kimi fəaliyyət göstərirmişdir. 2024-cü ildən Dövlət İmtahan Mərkəzinin Rezidentura şöbəsində “Epidemiologiya” fənni üzrə test böməsinin eksperti kimi əməkdaşlıq edir. 2018-ci ildən 2024-cü ilə qədər kafedra Qrup Həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərir.
Vəkilov Vaqif N. 1992-1994-cü illərdə ATU-nun pediatriya fakultəsində dekan müavini, 2000-2011-ci illərdə isə ATU-nun tibbi-profilaktika və tibbi biologiya fakultəsində dekan müavini vəzifəsində çalışmışdır. Həmçinin 2018-ci ilə qədər tibbi-profilaktika və tibbi biologiya fakultəsinin Elmi Şurasının üzvü olmuşdur. Hazırda bir çox Dissertasiya şuralarının üzvü (FD (BFD) 2.28) və Elmi Seninarların sədri kimi aktiv iştirak edir. O, həmçinin 1999-cu ildə Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun baş referenti vəzifəsində işləmişdir
Vəkilov V.N. işlədiyi müddət ərzində kafedranın aparıcı professoru kimi tədris-metodik işlərin yerinə yetirilməsində, dərs vəsaitlərinin, yeni proqramların və sillabusların hazırlanmasında, dərslərin müasir texniki vəsaitlərlə təmin olunmasında, prezentasiyaların təşkili, tədris prosesi üçün metodik materialların hazırlanmasında, dərs otaqlarının informasiya kompüter texnologiyaları (İKT) ilə təchizatında, mühazirə dərslərinin interaktiv üsullarla keçirilməsində yaxından iştirak etmişdir. Tələbə elmi cəmiyyətin xətti ilə tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsində yaxından iştirak edir. Tədris prosesi ilə yanaşı kafedranın elmi-tədqiqat işlərinin yerinə yetirilməsində də təcrübəli mütəxəssis kimi xidmətləri var.
Vəkilov V.N. sistematik olaraq özünün nəzəri səviyyəsinin və pedoqoji ustalığının artırılması qayğısına qalır, maraqla dinlənilən mühazirələr oxuyur və praktik məşğələlər aparır. O, Universitet əməkdaşları və tələbələri arasında böyük hörmətə malikdir. Yeni Azərbaycan partiyasının üzvüdür. Rus (danışıq), türk (danışıq), alman (lüğətlə) dil bilgilərinə malikdir. Kompüter bacarıq və bilgilərinə yiyələnmişdir.
Akademik fəaliyyət
2013 – ildən indiyə qədər epidemiologiya və biostatistika kafedrasının professoru
2011-2013 - ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru
2007-2011 - ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında dosent
2000-2011 - ATU-nun Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində dekan müavini
2002-2007 - ATU-nun epidemiologiya kafedrasının dosenti
2000-2002 - ATU-nun epidemiologiya kafedrasının baş müəllimi
1999 - Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun baş referenti
1992-1994 - ATU-nun pediatriya fakültəsində dekan müavini
1990- Azərbaycan Dövlət Tibb İnstitutunda baş laborant
1990- 2000 - ATU-nun epidemiologiya kafedrasının assistenti
1985-1987 – Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və tropic təbabət institutunda həkim-parazitoloq
Təhsil
2006 – Tibb elmləri doktoru Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
1990 - Tibb elmləri namizədi Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
1987-1990 – N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Epidemiologiya kafedrasının əyani aspirantı
1978-1984 Ali təhsil N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, Sanitariya-gigiyena fakültəsi Bakı, Azərbaycan
1977 18 saylı orta məktəb attestatı Bakı, Azərbaycan
Peşə və pedaqoji inkişaf
Kitab
Məqalə
Məqalə
4. X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov, C.Ə.Rəhimov, D.G.Qasımova. Epidemiologiyanın inkişafının qısa tarixi. Az. Elm Mərkəzi, “Qədim Diyar” Beynəlxalq onlayn elmi jurnal. Bakı, 2023, Cild 5, Sayı 6, s.17-22, İSSN: 2706-6185.
Məqalə
5. Xatirə Xələfli, Vaqif Vəkilov, Cavanşir Rəhimov, Dəstə Qasımova, Şəlalə Əliyeva Epidemiologiyanın tarixi tibbdəki müzakirələrin mühüm mövzusu kimi. QƏDİM DİYAR. Beynəlxalq elmi jurnal. III Beynəlxalq humanitar və ictimai elmlər konfransı, Bakı, 2023, s.31-34, İmpakt Faktor 1.028,
Məqalə
6.F.Ş.Tağıyeva, X.H.Cəfərova, V.N.Vəkilov, B.Ə.Vəliyev. Qeyri-infeksion sosial asılı xəstəliklər. Azərbaycan Təbabətinin müasir nailiyyətləri. Rüblük elmi-praktik jurnal. Bakı, 2022, №3, s.102-104 ( İSSN 2073-2651).
7.Cəfərova X.H., Tağıyeva F.Ş., Vəkilov V.N., Vəliyev B.Ə. Sosial əhəmiyyətli infeksion xəstəliklər. “Sağlamlıq” jurnalı, Bakı, 2022, Cilid 29, №2, s.144-149 (İSSN -2706-6614).
8.Tağıyeva F.Ş., Cəfərova X.H., Vəkilov V.N., Niftullayev M.Z. Tibbi yardımın göstərilməsi ilə bağlı olan infeksiyaların profilaktikasının başlıca istiqamətləri. «Təbiət və elm» beynəlxalq elmi jurnal. “Tibb elminin əsasları” mövzusunda I beynəlxalq elmi konfransın materialları, Bakı, 11 iyul , 2021, s.40-45(sertifikat) (məruzə).
9.X.N.Xələfli, V.N.Vəkilov, S.N.Xanbutayeva. Fövqəladə hallarda sanitar-epidemioloji nəzarətin alqoritmi. Əməkdar elm xadimi , tibb elmlıri doktoru, professor Mina Müzaffar qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransı materialları, Bakı, 2021, s.17.
10.X.N.Xələfli, V.N.Vəkilov, N.M.Zeynalova. Əhalinin sanitar-epidemioloji salamatliğinin idarə edilməsinin mexanizmi. Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Saglam əmək və həyat təhlükəsizliyi”mövzusunda elmi-praktik konfransın materialların toplusu, Bakı, 2021, s.38-40.
11.Tağıyeva F.Ş., Cəfərova X.H., V.N.Vəkilov. Ekoloji şərtlənmiş xəstəliklər və onların uşaq orqanizminə təsiri. Az. Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş «Sağlam əmək və həyat təhlükəsizliyi-2021» elmi-praktik konfransın mat. toplusu. Bakı:Tibb nəşriyyatı, 2021, s. 83-85
12.X.N.Xələfli, V.N.Vəkilov, N.M.Zeynalova. Пути оптимизации эпидемиологического надзора за малярией. Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illik yubileyi, Bakı, 2021, s.304.
13.Cəfərova X.H., Tağıyeva F.Ş., Vahabov E.F., Vəkilov V.N.Qeyri-infeksion xəstəliklərin epidemiologiyasının tədrisinə dair. «Elmi iş» beynəlxalq elmi jurnal. Bakı 2020, №09/58, s.56-60.
14.Cəfərova X.H., Vahabov E.F., Tağıyeva F.Ş., Cəlilov V.Ç. Vəbanın 7-ci pandemiyasının IV mərhələdə epidemioloji xüsusiyyətləri və onun monitorinqi. «Təbiət və Elm» beynəlxalq elmi jurnal, Bakı, 2020, 03/04, s.74-78.
15.Cəfərova X.H., Tağıyeva F.Ş., Vəkilov V.N., Cəlilov V.Ç. Tibbi yardımın göstərilməsi ilə bağlı olan infeksiyaların müasir epidemioloji xüsusiyyətləri. «Təbiət və elm» beynəlxalq elmi jurnal, Bakı, 2020, 03/04, s.78-82.
16.V.N.Vəkilov, Zeynalova N.M. Оценка заболеваемости малярией в районах Казах-Гянджинской зоны Азербайджана. T.e.d., Əzəm Təyyar oğlu Аğayevin anadan olmasının 75 illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2019, VI Cild, s.467-469.
17.V.N.Vəkilov, Zeynalova N.M. Методы защиты от укусов комаров при борьбе с малярией Azər.Resp.Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi profilaktika institutunun elmi əsərləri, Bakı, 2019, XII Cild, s.201-202.
18.Əhmədov S.B., Hüseynov H.V., Bayramov R.X. Hərbi qulluqçular arasında vərəməleyhinə profilaktik tədbirlərin aparılmasının müasir aspektləri. Ə.e.x., t.e.d., prof. Tağı Ələkbər oğlu Tağızadənin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 2018, s.164-167.
19.Əhmədov S.B., Bayramov R.X.Vərəm ocaqlarının epidemioloji xüsusiyyətləri. «Sağlamlıq» jurnalı, Bakı, 2018, №6, s.40-45.
Tibb üzrə fəlsəfə doktoru