Xələfli Xatirə Novruz qızı 05.05.1961- ci ildə Bakı şəhərində anadan olmuşdur. Epidemioloq, tibb elmləri doktoru (2024), dosentdir (2010), Epidemiologiya və biostatistika kafedrasının elmi işlər üzrə müdir müavini.
O, 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun sanitariya - gigiyena fakültəsini bitirmişdir. 1985- 1991- ci illərdə Bakı şəhər 7 saylı birləşmiş xəstəxanada həkim laborant vəzifəsində işləmişdir. 1991 – 1994- ci illərdə Bakı Şəhər Gigiyena və Epidemiologiya mərkəzində həkim epidemioloq vəzifəsində çalışmışdır. 1994-cü ildə N.Nərimanov adına ATU-nun epidemiologiya kafedrasına assistent vəzifəsinə seçilmişdir. 1999-cu ildə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2024-cü ildə tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 2009-ci ildən hazırkı vaxta qədər epidemiologiya və biostatistika kafedrasında dosent vəzifəsində çalışır. 2010 –ci ildə ona dosent elmi adı verilmişdir.
Tibb Universitetində işlədiyi müddət ərzində Xələfli X.N. özünü çalışqan, işgüzar, mükəmməl savada malik işçi kimi göstərmişdir. Epidemiologiya və biostatistika kafedrasında Ümumi epidemiologiya, Yoluxucu xəstəliklərin epidemiologiyası, Xroniki xəstəliklərin və əlilliklərin epidemiologiya və profilaktikası, Parazitologiya, Dezinfektologiya və İmmunoprofilaktika fənnləri üzrə Müalicə-profilaktika, İctimai səhiyyə, Stomatologiya fakultələrin II, III, IV, V və VI kurs tələbələrinə mühazirə, praktik və seminar məşğələlərini azərbaycan və rus dillərində aparır. Oxunan bütün mühazirələrdə mövzular üzrə prezentasiyalardan istifadə edir. Bütün fakultələr üzrə mühazirələrin və təcrübə dərslərin kompüter variantı işlənib hazırlayıb və onlardan tədris prosesində istifadə edir. 2020 - 2023-ci tədris illər ərzində Magistratura təhsili səviyyəsində «Səhiyyə menecmenti» ixtisası üzrə «Epidemiologiyanın əsas prinsipləri və üsulları» üzrə təcrübə dərsləri aparıb və imtahanlarda iştirak edib. 15.01-7.02.2020 tarixdə ATU-nun epidemiologiya kafedrasında Daşkənd Tibb Akademiyasının Fərqanə filialının «Epidemiologiya, immunologiya və klinik allerqologiya» kafedrasının assistenti Xoşimova Arofat E. stajirovka keçmişdir. Dərslər kafedrada X.N.Xələfli tərəfindən aparılmışdır.
19 dekabr 2019 –cü ildə ATU-nun Tələbə Elmi Cəmiyyətindəki fəaliyyətimə görə ATU-nun rektoru professor G.Gəraybəyli tərəfindən Diplomla təltif edilmişdir.
6.05.2019 –ci il, 28.04.2022-ci il, 29.03- 30.03.2023-cü il tarixlərində İSF –nin keçirilən Tələbə -elmi konfranslarının işində fəal iştirakınə görə fakultə dekanı tərəfindən Diplomla təltif edilmişdir.
Fəaliyyəti dövründə 3 respublika və 7 xarici ölkədə keçirilən beynəlxalq elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir. ümumilikdə 62 jurnal məqaləsi (onlardan 20-si xaricdə), 91 tezis (onlardan 18-i xaricdə), 4 dərslik, 4 dərs vəsaiti, 3 metodik tövsiyə və 2 tədris-metodik vəsaitin müəllifidir.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının elmi işlər üzrə müdir müavini, tələbə elmi cəmiyyətinin sədri, atu-nun mikrobiologiya, gigiyena və epidemiologiya ixtisasları üzrə elmi seminarının üzvü, ATU-nun nəzdində yaradılan BED 2.28 dissertasiya şurasının elmi katibi, həmçinin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rezidentura şöbəsində “Epidemiologiya” fənni üzrə test bölməsinin üzvü və eksperti kimi fəaliyyət göstərir. Xələfli X.N. sistematik olaraq özünün nəzəri səviyyəsinin və pedaqoji ustalığının artırılması qayğısına qalır, sadəliyi və təvazökarlığı ilə universitetin müəllim kollektivi və tələbələrinin hörmətini qazanmışdır.
Həyata keçirilən müayinələrin sayəsində müasir mərhələdə nematodozların klinik-mikrobioloji xüsusiyyətləri və markerləri aşkar edilmişdir ki, bu da gizli və ya çətin aşkar edilən helmintozların diaqnostikasına kömək edə bilər. Nematodozlar zamanı baş verən mikroekoloji dəyişikliklərin korreksiyası helmintəleyhinə müalicənin effektivliyini xeyli artırır ki, bu da daha davamlı müalicə effektini təmin edir. Qurd invaziyasına şübhələndikdə təklif olunmuş müalicə taktikası helmintəleyhinə profilaktika kurslarının aparılmasını təklif etməyə imkan vermişdir.
1985 - 1991 Bakı şəhər 7 saylı birləşmiş xəstəxana - həkim laborant;
1991 - 1994 Bakı şəhər Gigiyena və Epidemiologiya mərkəzi - həkim epidemioloq;
1994 - 2000 ATU - nun epidemiologiya kafedrası - assistent;
2000 - 2009 ATU - nun epidemiologiya kafedrası- baş müəllim;
2009 - h.h.q ATU – nun epidemiologiya və biostatistika kafedrası - dosent,kafedranın elmi işlər üzrə müdir müavini
2024 - Tibb elmləri doktoru, Bakı, Azərbaycan
2010 - Dosent elmi ad, Bakı, Azərbaycan
1999 - Tibb elmləri namizədi, Bakı, Azərbaycan
1979-1985 - Ali təhsil N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu,Bakı, Azərbaycan
1979 -Orta məktəb attestatı,Bakı, Azərbaycan
26 yanvar – 5 fevral 2024 –ci il- “Pedaqoji Peşəkarlığının İnkişafı” kursu, Tibb və sağlamlıq elmləri təhsili kafedrası, ATU, Bakı
25-28 iyun 2014 –cü il - Avropa Birliyinin TEMPUS proqramının MUMEENA layihəsi üzrə İtaliyanın Roma Katolika Universitetinin professoru Federika Volf və İspaniyanın Granada Universitetinin professoru Xose Reinaldo, Nederland Krallığı Uterxt Universitetinin professoru Olle Ten Kate və Mariya Van Lun keçirdiyi təlim və nümunəvi dərs. ATU- nun Tədris Cərrahi klinikası, Bakı
19 – 20 oktyabr 2012-ci il - “Allerqologiya, immunologiya və immunoreablitasiya üzrə” təlim. Azərbaycan Tibb Universiteti Tədris- Terapevtik klinikası, Bakı.
13 – 19 noyabr 2008 –ci il - Курс «Эпидемиология и биостатистика в планировании общественного здравоохранения» Санкт –Петербургского Института Общественного Здравоохранения. İctimayi Səhiyyə və İslahatlar Mərkəzi, Bakı.
Fevral 2007 – ci il- Grand Solicitation and Proporsal Development Workshop. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı.
May – iyun 1998-ci il - “Elmi tədqiqatlarda hesablama texnikasının və eksperimentinin riyazi nəzəriyyəsinin tətbiqi” kursu Azərbaycan Respublikası Dövlət elm və texnika komitəsi “İnformatika” elm – istehsalat birliyi Bakı Elmi – Tədris Mərkəzi.
Yanvar – may 1994-cü il “Epidemiologiya” üzrə təkmilləşdirmə kursu. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstututu, Bakı
Oktyabr – dekabr 1991-ci il - “Epidemiologiya” üzrə ixtisaslaşdırma kursu. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstututu, Bakı.
Xələfli X.N., Tağıyeva F.Ş., Vəkilov V.N., Rəhimov C.Ə., Qasımova D.G. Epidemiologiyanin inkişafinin qisa tarixi məlumatları // QƏDİM DİYAR Beynəlxalq onlayn elmi jurnal , İmpakt Faktor: 1.028, Bakı, 2023, cild 5, say 6, s.17-22,
DOI
İbadulla Ağayev, Xatirə Xələfli, Məhərrəm Niftullayev, Xatirə Cəfərova, Dəstə Qasımova. Genetik şərtlənmiş xəstəliklərin epidemioloji xarakteristikası TƏBİƏT və ELM, Beynəlxalq elmi jurnal, İmpakt Faktor: 2.101, Bakı, 2023 Cild: 5 Sayı: 7, s.7-13
DOI
Xatirə Xələfli, Dəstə Qasımova, Bayram Əsədov, Şəlalə Əliyeva Dünya Niftəliyeva. Qeyri-infeksion xəstəliklərin öyrənilməsində epidemioloji diaqnostikanin tətbiqi // ELMİ İŞ, Beynəlxalq elmi jurnal. İSSN: 2663-4619, e-ISSN: 2708-986X , İmpakt Faktor: 2.255. 2023, Cild: 17 Sayı: 11 s. 144-149,
DOI
İbadulla Ağayev, Xatirə Xələfli, Məhərrəm Niftullayev, Leyla Əhmədzadə, Dəstə Qasımova. Xəstəxanadaxili infeksiyaların qarşısının alınması yolları və mübarizə tədbirləri // TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal. ISSN: 2707-1146, e-ISSN: 2709-4189 , İmpakt Faktor: 2.101. 2023, Cild: 5 Sayı: 12, s.7-11.
DOI
Khatira Khalafli, Maharram Niftullayev, Khatira Jafarova, Daste Gasimova, Shalala Aliyeva. History of the development of epidemiology as a general medical science . Nature and Science: International Online Scientific Journal Impact Factor: 2.509. ISSN: 2707-1146, e-ISSN: 2709-4189 . 2024, Volume: 6 Issue: 6, p.10-15
DOI
Agayev İ.Ə., Quliyeva E.M., Hüseynova Ə.S., Cəfərova X.H., Tağıyeva F.Ş., Xələfli X.N. Dezinfeksiya işi. Tibb Universiteti tələbələri üçün dərs vəsaiti, Bakı, 2008, 208 s.
2008-2011 – ci il - Global Fondun “Davamiyyətli malyariya nəzarəti və profilaktikasi uğrunda yeni təşəbbüslər” AZE - 708 - G04 - M saylı sazişə əsasən (“Qrant Sazişi”) layihəsi. Global Fondun QİÇS, Vərəm və Malyariya əleyhinə geyri mənfəət təşkilatı , Bakı.
İcraçı: dos. Xələfli X.N. – monitoring qiymətləndiricisi
YAP-ın üzvü
ATU-nun epidemiologiya və biostatistika kafedrasının elmi işlər üzrə müdir müavini,
ATU-nun epidemiologiya və biostatistika kafedrasının TEC-in sədri,
ATU – nun Appelyasiyada komissiyasında ekspert,
ATU – nun mirobiologiya, gigiyena və epidemiologiya ixtisasları üzrə FD 2.28 Elmi Seminarın üzvü,
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Epidemiologiya” fənni üzrə
Rezidentura söbəsində test bolməsinin üzvü və ekspert