Pəri İsaqova
Assistent
Pəri İsaqova

orcid 0009-0007-3934-3149


Google Scholar IEMLVrwAAAAJ&hl=en


orcidEpidemiologiya və biostatistika kafedrası


orcid [email protected]

Bioqrafiya

İsaqova Pəri Balaca  qızı  1988 ci ildə C. M.Kirov adina Azərbaycan Dövlət Universiteti (indiki BDU) Mexanika- riyaziyyat  fakültəsini bitirmişdir. O, ADUnu bitirdikdən sonra təyinat üzrə Ağsu rayon  Sarvan kənd orta məktəbində riyaziyyat və fizika müəllimi işləmişdir.1989-1991 ci illərdə həmin məktəbdə təlim -tərbiyə üzrə direktor müavini vəzifəsində çalışmiş.

P. B. İsaqova 1991 ci ildən təyinat müddəti bitdikdən sonra Bakı şəhər Xətai rayonu EHM də mühəndis vəzifəsində çalışmış. 1992-1996 cı illə qədər 2 saylı Peşə liseyində riyaziyyat və fizika fənlərini tədris etmişdir.1996 -2008 ci ilədək Bakı şəhər Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbdə riyaziyyat müəllimi və fənn metod birləşmə sədri işləmişdir.

İşlədiyi müddətdə öz ixtisası üzrə  rayon və respublikada  müsabiqələrdə iştirak etmiş  Diplom və Fəxri Fərmanla təltif olunmuşdur.1999 cu ildə Bakı Şəhər Baş Təhsil İdarəsi tərəfindən” Təhsilin humanistləşdirilməsi və uşaq hüquqlari” ili çərçivəsində keçirilmiş müsabiqədə II dərəcəli Diplom, Xətai rayonu gənclər və idman idarəsi tərəfindən I Dərərcəli Diplom ilə təltif olunub.

2000 ci ildən Təlimçilər üçün təlim» Polşanın «Demokratiya üçün  Təhsil Fondunun» təşkil etdiyi «Yeni interaktiv metodlar və  təhsildə yeni metodlarin tətbiqi» təliminə dəvət olunmuşdur.

 2000 ci ilin iyul ayında təlimçilər üçün aparılan təlimi uğurla başa vurmuş və təlim aparmaq üçün Təlimçi Sertifikatını əldə edilmişdir (Polşanın” Demokratiya üçün Təhsil Fondu”)

2001 ci ildə Polşanın “KLANZA”  Aminator -Pedaqoqlar Assosiyasının təşkil olunmuş təlimində Sertifikat əldə edib, həmçinin «Demokratiya üçün Təhsil Fondu» tərəfindən “Məktəbdə Şagirdözünü İdarəetmə” qrumu yaradılması mövzusunda aparilan təlimdə iştirak etmiş və Sertifikata layiq görülmüşdür.

2002-2004 cü illərdə Polşanın  «Demokratiya üçün Təhsil Fondu» tərəfindən təşkil olunmuş “ Məktəbdə Fəal metodların tədrisi” mövzusunda təlimində iştirak etmiş və sertifikata layiq görülmüşdür.

2005 ci ildə “ Təhsil sistemində müasir yanaşmalarin təşəkkülü ilinin davami” müsabiqəsində 1-ci yer qazandiğı üçün AzərbaycanTəhsil Nazirliyi tərəfindən 1-ci dərəcəli Diploma layiq görülmüşdür.

2005 ci ildə Polşanın «Malopolska» Təhsil Cəmiyyətinin» ( «Müəllim-Valideyin Assosiyasiyasının yaradılması») və Polşanın  «Demokratiya üçün Təhsil Fondu»( «Məktəb Jurnalistikası» mövzusunda) təlimlərində iştirak etmiş və Sertifikatlara layiq görülmüşdür.

2001-2005 ci illərdə Bakı, Gəncə, Lənkaran şəhərlərinin orta məktəb müəllimləri üçün “İnteraktiv Təlim Metodlarıı” mövzusunda 15 seminar keçirmişdir.

2006-2007 ci illərdə Ukraynanın LVOV və SLAVSK şəhərlərində Beynəlxalq Təlimçilər şəbəkəsinin hər il keçirilən toplantılarında iştirak etmişdir.

2009-2013 cü illərdə Baki, Gəncə, Lənkəran, Quba, Siyəzən orta məktəb müəllimləri üçün  “ İnsan alveri: təhlükələr və qabaqlayıcı tədbirlər” mövzusunda 20 dən çox seminar keçirmişdir.

2012 ci ildə Polşada təşkil olunmuş “Tədrisdə İnformasiya texnologiyalarında istifadə”mövzusunda Beynəlxalq Konfransda iştirak etmiş (VARŞAVA, «Demokratiya üçün Təhsil Fondu»).

2005-2010 cu ilədək Xətai rayonu 36 saylı Xətai 4 cü seçki dairəsində katib vəzifəsində çalışmış, 2008 ci ildən hazirkı vaxta qədər Azərbaycan Tibb Universitetində işləyir və eyni zamanda 2021 ci ildən İmtahan Nəzarət qrupunun rəhbəri vəzifəsində çalışır. P.B.Isaqova özunu təcrübəli müəllim kimi doğrultmuş, onun apardığı dərslər lazımı pedoqoji səviyyədə keçir.Kafedranın tədris proqramlarının və testlərinin  hazırlanmasında aktiv fəaliyyət göstərmiş.

Isaqova P.B. 2022-ci ildən yenidən müsabiqə yolu ilə  kafedranın asisstenti  vəzifəsinə seçilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. Bir sira elmi məqalələrin, tezislərin müəllifidir

Isaqova P.B. sistematik olaraq özünün nəzəri səviyyəsinin və pedoqoji ustalığının artırılması qayğısına qalır, praktik məşğələlər aparır. O, Universitet əməkdaşları və tələbələri arasında böyük hörmətə malikdir.

Yeni Azərbaycan partiyasının üzvüdür. Rus (danışıq), türk (danışıq), ingilis (elementar səviyyə)  dil bilgilərinə malikdir. Kompüter bacarıq və bilgilərinə yiyələnmişdir.

Akademik fəaliyyət

2008 - 2017    ATU-nun tibbi biologiya və fizika kafedrasında  mühəndis

2017 - 2021    ATU-nun tibbi biologiya və fizika kafedrasında  preparator

2021 -2022     ATU-nun tibbi biologiya və fizika kafedrasında  baş laborant

2021 -2024(hazıradək) İmtahan Nəzarət Qrupunun rəhbəri

2022-2024 (hazıradək) ATU-nun epidemiologiya və bioststistika kafedrasında  asisstent

Təhsil

1983-1988  S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki BDU),Bakı, Azərbaycan

1982   Orta məktəb attestatı Qərbi Azərbaycan, Çəmbərək rayonu, Cil kəndi

Peşə və pedaqoji inkişaf

  1. “Təhsilsin humanistləşdirilməsivə uşaq hüquqları ili” II dərəcəli Diplom 30 iyun 1999 -cu il
  2. Ümidli Gələcək Təşkilatının YUNİSEF-in Azərbaycandaki nümayəndəliyinin dəstəyi ilə “Təlim Kursda iştirakı ilə əlaqədar “Fəxri Fərman-Bak; 2002
  3. “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” Azərbaycan Resspublikası Təhsil Nazirliyi. 1ci dərəcəli Diplom
  4. Polşa Demokratik fondu,  2001, SERTIFIKAT
  5. OYUN pedaqoqikası təlimi,KLANZA prdaqoq animatorların assosiyasiyası Baki 2001 SERTİFİKAT
  6. Şagird özünüidarəetmə təlimi PDTF ,Bakı 2001, SERTİFİKAT
  7. “Öyrədənlərin öyrədilməsi”modeli əsasında keçirilən təlim, 2004 (AMI MTMK)
  8. Müəllim valideyin Assosiyasinin yaradilmasında təlim( Malopolska Təhsil Cəmiyyəti)Bakı 2005 SERTIFIKAT
  9.  Məktəb jurnalistikası  mövzusunda təlim Certificate , Bakı,2007
  10. Insan alveri:”Təhlükələr və qabaqlayıcı tədbirlər mövzusunda təlimçilər üçün təlim” BMT,”Təmiz Dünya “ İB Bakı 2009 SERTİFİKAT
  11. İnfornasiya Texnologiyaların tədrisdə istifadəsi PDTF Beynəlxalq Konfrans, 2012 SERTİFİKAT
  12. Azərbaycan Türkləri Dost Dernekleri Federasiyonu, ATDDF Genel Başkanı, Üstün Hizmet Belgesi ,Türkiyə 2021
  13. 2 ND İnternational Form On New Challenges İn Education,Bakı 2021 SERTİFİKAT
  14. “Təhsildəsən- 2” Təhsil festivalında forumda iştirak etdiyi üçün, Bakı 2024 Sertifikat
  15. 1 Müalicə Profilaktika Fakültəsinin 50 illik yubileyinə həsr olunmuş elmi praktik konfrans.ATU, ARSN1may 2024
  16. “Təbabətin Aktual Problemləri”Elmi praktik konqres,6-8 may 2024.ATU, ARSN
  17. “Nature and science”INTERNATIONAL SCIENTIFIC JOURNAL,AEM
  18. SCIENTIFIC WORK”INTERNATIONAL SCIENTIFIC JOURNAL,AEM

Məqalə

  1. Система управления охраной окружающей среди (от загрязняющих веществ) Təbabətin nəzəri problemləri,Bakı 2012, səh 516-518
  2. Модель аппаратно-лрограммного комплекса управления концент-рацией загрязняющего вещества.Ə.Əliyevin 115 illiyinə həsr edilmiş Elmi Konfrans.Sağlamlıq¸Elmi -praktik jurnal,Bakı 2012,səh 146-151
  3. Роль биостатистики в медицинских исследованиях ,Azərbaycan Tibb Universiteti,Təbabətin Aktual Problemləri,Şuşa 270 il,2022,səh 146-151
  4. Tağıyeva F.Ş. Rəhimov C. Ə. Süleymanov Ş., Qasımova D. G. İsaqova P. B. Travmatızm –qeyri-infeksion xəstəlik kimi.  AEM. “ELMİ İŞ” Beynəlxalq elmi jurnal. Bakı,  2024/ Cild:18, Sayı: 6,  s.126-131.
  5. Ağayev İ.Ə., Tağıyeva F.Ş., Vəkilov V.N., Əliyeva Ş.Ş., İsaqova P.B. Characteristics of teaching the epidemiology of chronic diseases and disabilities          (Xronık xəstəlıklərın və əlıllıklərın epıdemıologıyasının tədrisınin xüsusiyyətləri). NATURE AND SCIENCE International Online Scientific Journal. Impact Factor: 2.509. Baku, 2024 / Volume: 6, Issue: 6 / 5-9, (AEM. “Təbiət və elm” Beynəlxalq elmi jurnal. Bakı,  2024, Cild: 6, Sayı: 6. S.5-10).
  6. Tagıyeva F.Ş., Cəfərova X.H., Qasımova D.G., İsaqova P.B. TORCH-infeksiyalar və onların profilaktikası. Azər.Döv.Hək.Tək.İns.-nun  konfransı (17.01.2024). Əziz Məmmədkərim oölu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2024, s.334-336.
  7. Tagıyeva F.Ş., Cəfərova X.H., Qasımova D., İsaqova P.B. Əliyeva Ş.Ş.TORCH – infeksiyaların klinik-epidemioloji xüsusiyyətləri. AEM. “ELMİ İŞ” Beynəlxalq elmi jurnal. Bakı,  2024/ Cild: 18, Sayı: 1 s.117-123
  8. Н. К. Гаджизаде,C.Э .Гасанова, П.Б.Исагова “Важность информационных технологий при поддержки работы студентов медицинского вуза”.Az.Tibb Universitetinin “Təbabətin aktual problemləri -2024” Beyn’lxalq elmi-praktik konqres, Bakı, 2024 (6-8 may),
  9.  N. N. Əliyev ,G. N. Hüseynova ,P. B, İsaqova “Şüşə lifli Lazerlər və onlarin müasir tibbdə tətbiqi”Fizika ,riyaziyyat və informatika  jurnalı ,səh 46-50, 2024

Xarici qrantlar

  1. 2009-2013: " 10.  Insan alveri:”Təhlükələr və qabaqlayıcı tədbirlər ", BMqT
  2. 2007 : “Məktəb qəzeti” (FED, Polşa,)
  3. 2005-2006: Aktiv tədris metodları və Valideyn-Müəllim Assosiasiyasının yaradılması («Malopolska Təhsil Cəmiyyəti», Kiçik Qrantlar Proqramı)
  4. 2005: “Məktəb jurnalistikası”, (ABŞ Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı Səfirlik) «Yeni interaktiv metodlar və  təhsildə yeni metodlarin tətbiqi»(FED, Polşa, “NUR” VTM)