Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Məcidov Mirəli Qulam oğlu 1976-ci il iyulun 6-da Ermənistan Respublikasının Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşam. 1982-ci ildə Nərimanlı kənd orta məktəbinə başlamışam. Daha sonra təhsilimə Bakıda 258 N-li orta məktəbdə davam edib, 1992-ci ildə məktəbi bitirmişəm. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olmuşam. Həmin Universiteti 1999-cu ildə bitirmişəm.1999-2000-ci illərdə M. Nağıyev adına təcili tibbi yardım xəstəxanasında anesteziologiya – reanimasiya ixtisası üzrə internatura keçmişəm. 2000-2001-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində Yüksək İxtisas Xəstəxanasında Anesteziologiya, Perfuzologiya ixtisasları üzrə təkmilləşdirmə kursu keçmişəm.  2001-2002-ci illərdə Mərkəzi Klinik Xəstəxanasında Anestezioloq olaraq işləmişəm. 2003-2011-ci illərdə Türkiyənin İzmir şəhərindəki Ege Universiteti Tibb fakültəsində Ürək-Damar cərrahiyyəsi üzrə uzmanlıq təhsili almışam.2011-2012-ci illərdə Mərkəzi Neftçilər xəstəxanasında Ürək-Damar cərrahı kimi işləmişəm. Eyni zamanda praktik təcrübəmi artırmaq üçün özəl “Ege sağlık”, “Şifa”, “Vatan”, “Atakalp” xəstəxanalarında çalışmışam.Beynəlxalq konfranslarda iştirak etmişəm.2012-2014-cü illərdə Mərkəzi Gömrük Hospitalında Ürək-Damar şöbəsinin müdiri vəzifəsində çalışmışam.2014-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-Damar şöbəsinin müdiri kimi işləməyə başlamışam.2023-cü ildə I cərrahi xəstəliklər kafedrasına 0,25 ştat asisstent vəzifəsinə keçmişəm və hal-hazıra kimi asisstent kimi çalışıram.

Akademik fəaliyyət

1999-2000-ci illərdə M. Nağıyev adına təcili tibbi yardım xəstəxanasında anesteziologiya – reanimasiya ixtisası üzrə internatura keçmişəm. 2000-2001-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində Yüksək İxtisas Xəstəxanasında Anesteziologiya, Perfuzologiya ixtisasları üzrə təkmilləşdirmə kursu keçmişəm.  2001-2002-ci illərdə Mərkəzi Klinik Xəstəxanasında Anestezioloq olaraq işləmişəm. 2003-2011-ci illərdə Türkiyənin İzmir şəhərindəki Ege Universiteti Tibb fakültəsində Ürək-Damar cərrahiyyəsi üzrə uzmanlıq təhsili almışam. 2011-2012-ci illərdə Mərkəzi Neftçilər xəstəxanasında Ürək-Damar cərrahı kimi işləmişəm.

Təhsil

1982-ci ildə Nərimanlı kənd orta məktəbinə başlamışam. Daha sonra təhsilimə Bakıda 258 N-li orta məktəbdə davam edib, 1992-ci ildə məktəbi bitirmişəm. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olmuşam. Həmin Universiteti 1999-cu ildə bitirmişəm.1999-2000-ci illərdə M. Nağıyev adına təcili tibbi yardım xəstəxanasında anesteziologiya – reanimasiya ixtisası üzrə internatura keçmişəm.

Nailiyyətlər (adlar)

Ürək-damar cərrahiyyəsi üzrə uzmanlıq 2003-2011

Peşə və pedaqoji inkişaf

100-dən çox elmi məqalə və tezislərin müəllifiyəm

Elmi araşdırma sahəsi

1.Aorta anevrizmaları

2.Anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi

Kitab

Ürək və damarların cərrahi xəstəlikləri

Məqalə

Комплексный мультидисциплинарный подход к диагностике, лечению, медикосоциальной реабилитации, профилактике рецидивов синдрома диабетической стопы

Üzv olduğu qurum

1.Türk kalp-damar cərrahiyyəsi dərnəyi

2.Türk vaskulyar cərrahi dərnəyi

3.Azərbaycan kardiologiya cəmiyyəti

4.Azərbaycan ürək-damar cərrahiyyəsi cəmiyyəti