Əzimə Şıxəliyeva
Assistent
Əzimə Şıxəliyeva

orcid 0009-0007-9340-1004


orcidEpidemiologiya və biostatistika kafedrası


orcid [email protected]

Bioqrafiya

1993-cü ildə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə daxil olmuş və 1998-ci ildə bitirmiş. 2000-ci ildən 2001-ci ilədək Bakı şəhər Gigiyena və epidemiologiya mərkəzində internatura keçmişdir. 2001-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institunda infeksion xəstəliklər tsikli üzrə ümumi təkmilləşmə kursunu (4ay) bitirmiş və infeksionist ixtisasına yiyələnmişdir.

2001-ci ildə 14 saylı şəhər poliklinikasında həkim-infeksionst vəzifəsinə qəbul edilmişdir.

2003-cü ildə 5 saylı Birləşmiş Uşaq Yoluxucu xəstəxanasının stasionar bölməsində həkim-infeksionist işləmişdir.

2011-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institunun “Yoluxucu xəstəliklər” kafedrasında həkim-infeksionist ixtisası üzrə yenidən ixtisasartirma  kursu keçmişdir.

2012-ci ildə Azərbaycan Tibb Universitetinin- Epidemiologiya kafedrasının Tədris -klinik epidemiologiya laboratoriyasına həkim laborant vəzifəsinə qəbul edilmişdir.

2017-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakultəsində tədris məsləhətçisi vəzifəsində çalışmışdır.

2018-ci ilin oktyabr ayından bu günə qədər Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2022-ci ildən həmin kafedrada assistent vəzifəsində çalışır.

Hal-hazırda “Azərbaycanda blastosistozların epidemiologiyası və laborator diaqnostikasının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyası işimi tamamlamış. Mövzuya aid çap olunmuş 12 sayda elmi məqalələri var. Bildiyi dillər azərbaycan, turk, rus, ukrayna, ingilis. Bildiyi kompyuter proqramları Microsoft office Word, Exel, Power point.

Akademik fəaliyyət

2012-2018  Klinik epidemiologiya laboratoriyası  həkim laborant

2017-2019   I MPF-si akademik məsləhətçi

2018-2022  Epidemiologiya və biostatistika kafedrası baş laborant

2022-h.h.q. Epidemiologiya və biostatistika kafedrası assistent

Təhsil

1982-1992 - orta təhsil Bakı.Azərbaycan

1993-1998 - ATU -Tibbi profilaktika

2000-2001 - Bakı şəhər Gigiyena və epidemiologiya mərkəzi internatura

2014 -  ATU-Doktarantura

Peşə və pedaqoji inkişaf

2001-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institunda infeksion xəstəliklər tsikli üzrə ümumi təkmilləşmə kursu - infeksionist ixtisası

Təhsil

  1. Частота встречаемости B.Hominis в кишечнике больных и здоровых людей. Социально-значимые и особо опасные инфекционные заболевания. Сочи 2017.  Ст.134-135.
  2. Blastosistozun müasir problemləri. “Sağlamlıq” jurnalı, Bakı 2018, N6,s.195-199
  3. Blastosistozun epidemiologiyasının bəzi xüsusiyyətləri. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tağı Ələkbər oğlu Tağızadənin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı 2018. s.7-8
  4. Diareya sindromlu şəxslərdə blastosista invaziyası. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş. Təbabətin aktual problemləri Bakı 2018, s.234.
  5. Экологические детерминанты геогельминтозов . “Sağlamlıq” jurnalı N1,  Bakı 2019, s.210-213
  6. Atopik dermatitli uşaqlarda bağırsağın parazitofaunası.Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illik yubleyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans. Bakı 2019. s.95
  7. Blastosistozların dünya əhalisi arasında yayılması və bioloji xüsusiyyətlərinə dair. Azərbaycan təbabətinin müasir nailiyyətləri. Bakı 2020, N 2, s.68-71
  8. Blastosistaların epidemioloji və mikrobioloji xüsusiyyətləri. Odlar yurdu Universitetinin elmi-pedaqoji xəbərləri.Bakı 2021. N59,s. 220-223.
  9. Blastosistaların dünya əhalisi arasında yayılması və bioloji xüsusiyyətlərinə dair. “Sağlamlıq” jurnalı, Bakı 2021, N3,s.186-189
  10. Эпидемиологические и микробиологические особенности бластоцистной инвазии. Медицинские новости. 8(335).Беларусь 2022. Ст.76-78
  11. Эпидемиологический и микробиологический анализ бластоцистной инвазии. Медицина. Алматы, Казахстан,  2022, № 1/229,  ст. 10-14
  12. Blastocystis hominis invaziyasının potensial risk faktorları. Azərbaycan Tibb Jurnalı 2023, N3, s 121-127