Leyla Əhmədzadə
Baş müəllim
Leyla Əhmədzadə

orcid 0009-0005-5495-770X


Google Scholar KtB23dEAAAAJ


orcidKafedra müdirinin tədris işləri üzrə müavini


orcid [email protected]

Bioqrafiya

Əhmədzadə Leyla Əhməd qızı Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsini 2001-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Mamalıq və Ginekologiya institutunun klinik-biokimya və hemostozioloji laboratoriyasında həkim-intern işləmişdir. Tələbə ikən Epidemiologiya kafedrasında tələbə elmi cəmiyyətinin xətti ilə elmi iş aparmiş və dəfələrlə qalib olmuşdur.

2005-ci ildə Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasında aspiranturaya daxil olmuş və 2008-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edib tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasında assistent işləmişdir.

2014-2018-ci illərdə ATU-nun Epidemiologiya kafedrasının əyani doktoranti olmuşdur və doktorluq dissertasiyası üzərində elmi iş aparmışdır. Kafedrada çalışdığı ilk günlərdən o özünü məsuliyyətli bir əməkdaş kimi göstərmişdir, təcrübəli müəllimlərin mühazirə və seminar məşqələlərində daim iştirak etmişdir, yeni tədris və elmi materialları müntəzam mənimsəyirdir.

L.Ə.Əhmədzadə 2017-2018-ci illərdə İ.M.Seçenov adına BMDTU Bakı filialında ictimai əlaqələr və tərbiyə işləri üzrə koordinator vəzifəsındə işləmişdir. 2019-cu ildən İ.M.Seçenov adına BMDTU Bakı filialında Tərbiyə və dərsdənkənar işləri üzrə departament rəhbəri və 04.01.2023-cü ildən həmin universitetin Tədris və tərbiyə işləri üzrə departament rəhbəri vəzifəsində işləmişdir.

02 noyabr 2023-cü il tarixindən ATU-nun Epidemiologiya və biostatistika  kafedrasında baş müəllim vəzifəsində işləyir. 

L.Ə.Əhmədzadə kafedranın ictimai işlərində fəal iştirak edir, ona verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirir. Öz çalışqanlığı, tapşırılan ışə məsuliyyətlə yanaşması və yüksək daxili intizamı ilə L.Ə.Əhmədzadə kafedra əməkdaşlarının dərin hörmətini qazanmışdır.

Hal-hazırda L.Ə.Əhmədzadə, ATU-nun Epidemiologiya və biostatistika  kafedra müdirinin tədris işləri üzrə müavinidir.

Akademik fəaliyyət

2009 – 2014 - Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və Ekologiya kafedrasının assistenti

2017 – 2019 - İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının İctimai əlaqələr və tərbiyə işləri üzrə koordinator 

2019 – 2022 - İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının Tərbiyə və dərsdən kənar işləri üzrə departamentin rəhbəri

2022 – 2023- İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının Tədris və tərbiyə departamentin rəhbəri

Noyabr 2023-hazıradək - Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının baş müəllimi

Yanvar 2024-hazıradək - Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrası - kafedra müdirinin tədris işləri üzrə müavini

Təhsil

1996 – 2001 - Azərbaycan Tibb Universiteti, Tibbi-profilaktika fakültəsi (fərqlənmə diplomu);

2001 – 2002 – AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, internatura - həkim laborant;

2005 – 2008 - Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasında aspirantura;

2014 – 2018 - Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasında doktorantura

Peşə və pedaqoji inkişaf

  1. 05.03.2011-05.04.2011-ci il – “Təhsilin əsasları” müasir pedaqogika və psixologiya ilə bağlı təlim kursu (144 saat), Azərbaycan Müəllimlər İnstitutu, Bakı;
  2. November 2016 – Design, conduct and management of clinical trials, GCP-Good Clinical Practice, Ben Gurion University of the Negev Faculty of Health Sciences (Koç University, İstanbul);
  3. 26 yanvar – 05 fevral 2024 –ci il- “Pedaqoji Peşəkarlığının İnkişafı” kursu, Tibb və sağlamlıq elmləri təhsili kafedrası, ATU, Bakı.

Elmi araşdırma sahəsi

  1. 23.05.2009 - „Azərbaycan Respublikasının beynəlxalq avtomagistral yollarına bitişik ərazilərinin gigiyenik qiymətləndirilməsi“ mövzusunda namizədlik dissertasiyasının müdafiəsi
  2. 2014 –hazıradək  - „Magnezium defisitinin əhalinin sağlamlığına təsiri, onun formalaşmasının əsas səbəbləri və magnezium korrektə edilməsi tədbirlərinin populyasiya səviyyəsində işlənib hazırlanması“ mövzusunda doktorluq dissertasiya işi

Kitab

Kazımov M.A., Əhmədzadə L.Ə., Əli F.M., Axundova E.Z. Magistral avtomobil yolları ətrafındakı torpaqların çirklənməsinin gigiyenik diaqnostikasıvə əhali sağlamlığı üçün riskin profilaktikası // Metodik tövsiyələr. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 08.02.2010-cu il tarixdə təsdiq edilmişdir. Bakı,2010, 24 s.

Məqalə

  1. Казимов. М.А., Ахмедзаде Л.А., Ф.Али.  Оценка влияния автотранспортных загрязнений на показатели общей заболеваемости населения. // Международный Медицинский Журнал, том 16, №1, Харьков-2010, c.111-114;
  2. Чобанов Р.Э., Ахмедзаде Л.А. Дефицит магния в организме, как глобальная проблема общественного здоровья // Azərbaycan Tibb jurnalı, №1, Bakı, 2017, s. 134-141;
  3. Ахмедзаде Л.А. Оценка эффективности стандартизированных опросников для выявления дефицита магния в организме взрослого населения на популяционном уровне // «Sağlamlıq» Elmi-praktiki jurnal, №2, Bakı-2019, s.196-200;
  4. Кулиева Э.М., Л.А.Ахмедзаде. Значение риска в медицине // Azərbaycan Tibb jurnalı, cild 2, №2, Bakı, 2021, s. 37-41;

Məqalə

5. Xatirə Xələfli, Flora Tağıyeva, Bayram Əsədov, Leyla Əhmədzadə, Dəstə Qasımova.  Qeyri-infeksion xəstəliklərin profilaktikasının növləri və xüsusiyyətləri  // ELMİ İŞ Beynəlxalq elmi jurnal. İSSN: 2663-4619, e-ISSN: 2708-986X, İmpakt Faktor: 2.255. 2023 / Cild: 17 Sayı: 12, s.147-152,


orcid DOI

Məqalə

6. İbadulla Ağayev,  Xatirə Xələfli, Məhərrəm Niftullayev, Leyla Əhmədzadə,  Dəstə Qasımova. Xəstəxanadaxili infeksiyaların qarşısının alınması  yolları və mübarizə tədbirləri  // TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal. ISSN: 2707-1146, e-ISSN: 2709-4189, İmpakt Faktor: 2.101. 2023,  Cild: 5 Sayı: 12, s.7-11.


orcid DOI

Məqalə

7. Xatirə Xələfli, Məhərrəm Niftullayev, Xatirə Cəfərova, Dəstə Qasımova, Leyla Əhmədzadə. Epidemiological Features of Cytomegalovirus infection // NATURE AND SCİENCE İnternational online Scientifical Journal. ISSN: 2707-1146, e-ISSN: 2709-4189, İmpact Factor: 2.509. 2023, Volume: 6, İssue:7, p. 5-9.


orcid DOI