Bioqrafiya
Doktor Gülnarə Süleymanlı 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Pediatriya ixtisasını bitirmişdir. 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublika xəstəxanasında “Funksional diaqnostik” ixtisası üzrə internatura kursu keçərək həkim-funksional diaqnostik ixtisasını qazanmışdır. Universitetdə təhsil aldığı illərdə müxtəlif vaxtlarda Türkiyədə universitet xəstəxanalarında istehsalat təcrübəsi keçmiş, o cümlədən təhsil aldığı illərdə TEC xətti ilə maraqlı elmi-tədqiqat işləri yerinə yetirmişdir.
2007-2009-u illərdə ATU-nun pediatriya fakültəsinin Uşaq xəstəliklərinin propedevtikası kafedrasında klinik ordinatura kursu keçmiş, bu müddətdə əvvəlcə Respublika Uşaq Xəstəxanasında, sonra isə 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim-ordinator kimi fəaliyyət göstər-mişdir.
2011-ci ilin sentyabr ayından ATU-nun İctimai Sağlamlıq və Səhiyyənin Təşkili kafed-rasında baş laborant vəzifəsinə təyin olunub. 2023-cü ilin fevralından etibarən həmin kafedrada assistent vəzifəsində çalışır.
Bu illər ərzində doktor Süleymanlı tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək və Tələbə Elmi Cəmiyyətinin işində aktiv iştirak etmiş, müxtəlif elmi-tibbi məcmuələrdə məqalələr nəşr etdirərək daim öz üzərində çalışmışdır. Dr. Süleymanlı özünü tələbkar, qayğıkeş və məsuliyyətli əməkdaş kimi tanıtmış, kollektivin dərin hörmətini qazanmışdır.
Akademik fəaliyyət
Assistent
Azərbaycan Tibb Universiteti * 2023 – hal-hazıradək
Baş laborant
Azərbaycan Tibb Universiteti * 2011 – 2023
Klinik Ordinator “Pediatr”
Azərbaycan Tibb Universiteti * 2007 – 2009
Təhsil
Pediatr
Naxçıvan dövlət Universiteti Tibb fakultəsi * 2000-2006
Nailiyyətlər (adlar)
Sübutlu Təbabət üzrə təlim kursu
2012 * Bakı Azərbaycan
“Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları
2017 * Bakı Azərbaycan
“Azərbaycanda pandemiyaya cavab tədbirləri” Layihəsi cərçivəsində “Tibb müəssisələrində infeksion alovlanmaların araşdırılması kursu
2023 * Bakı Azərbaycan
“Azərbaycanda pandemiyaya cavab tədbirləri” “Ağciyər arteriyasının tromboemboliyası” kursu
2023 * Bakı Azərbaycan
Jurnal
Полипрагмазия как фактор, воздействующий на здоровье и продолжительность жизни пожилых людей (старше 65 лет)
Х Ежегодная Международная научно-Практическая Конференция «Актуальные
вопросы медицины», 27-28 апреля 2023 г, с. 84