Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub. 1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb. 1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.

1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur. Ə. T. Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyanın, həmçinin "Azərbaycan Respublikasının Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin "Səhiyyə komitəsi"nin sədridir. 2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədridir. 18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 29 iyun 2016-cı ildə UNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib. 2024-cü il oktyabrın 8-də Azərbaycan — Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Akademik fəaliyyət

Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (ÜOEM) nəzdində aspiranturaya daxil olmuşdur. 1977-ci ildə aspirantura müddəti başa çatmamış "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Ə.T. Əmiraslanov aspiranturanı bitirdikdən sonra 1977–1992-ci illərdə ÜOEM-də kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və professor vəzifələrində fəaliyyət göstərmişdir. 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Moskva şəhərində işlədiyi müddətdə Ə. T. Əmiraslanov SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Dayaq hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi" üzrə Ümumittifaq Mərkəzinə rəhbərlik etmiş və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin medalları ilə təltif olunmuşdur.

1985-ci ildə Ə. T. Əmiraslanov "Sümük sarkomaları" adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N. N. Petrov adına mükafatına və diplomuna layiq görülmüşdür. 1986-cı ilin may ayında "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi" haqqındakı silsilə işləri SSRİ Dövlət Mükafatına təqdim olunmuş və həmin ildə də elm və texnika üzrə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.  Onun elmi məsləhətçiliyi və elmi rəhbərliyi altında 12 nəfər tibb elmləri doktoru və 44 nəfər tibb elmləri namizədi yetişdirilmişdir (2019-cu ilə qədər). Akademik Ə. Əmiraslanov 500-dək elmi əsərin, 18 monoqrafiyanın, 31 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 16 ixtira və səmərələşdirici təklifin, 20 metodik tövsiyənin, onlarca elmi-kütləvi məqalələrin müəllifidir. Elmi işlərindən 200-dən çoxu xarici mətbuatda çap olunmuşdur (2019-cu ilə qədər). Əhliman Əmiraslanov "AMEA Xəbərləri: Elm və İnnovasiya seriyası", "Azərbaycan Tibb jurnalı", "Sağlamlıq" jurnalının və AMEA-nın "Elm" qəzetinin redaksiya heyətinin üzvüdür.

Ə. Əmiraslanov 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə həmin universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar genişmiqyaslı elmi və praktik işlərə cəlb edilmişdir. Azərbaycan Tibb Universitetində Ə. T. Əmiraslanovun rəhbərliyi altında bir sıra islahatlar aparılıb, yeni innovativ layihələr hazırlanıb və həyata keçirilib. Yeni klinikalar tikilib istifadəyə verilib. Hazırda ATU-da Stomatoloji (2002), Onkoloji (2007), Tədris-Terapevtik (2010)[25] və Tədris-Cərrahiyyə (2013)[26] klinikaları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına inşa edilərək istifadəyə verilən bu klinikalar regionda ən müasir tədris müəssisələrinə çevrilib. Akademik Ə. T. Əmiraslanovun fədakar işi və beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyət nəticəsində 1996-cı ildə MDB ölkələrinin bir sıra ali məktəbləri (Rusiya və Ukrayna istisna olmaqla) sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə daxil edilib.

ATU 1998-ci ildə Qara Dəniz Hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tam hüquqlu üzvü seçilib. Bütün bunlar Azərbaycan tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına və diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilib. Kafedraların bazaları genişləndirilməklə tədris otaqları və laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib. Hazırda bütün fakültələrdə dərslər tədrisin Bolonya sahəsinin kredit sistemi ilə aparılır. ATU-da təşkil edilmiş metodika və innovasiya şöbəsi bu sahədə geniş fəaliyyət göstərir. ATU-da fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzində və kafedraların nəzdindəki problem elmi-tədqiqat laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşdırılması, onların elmi nəticələrinin səhiyyə praktikasına tətbiqi uğurla həyata keçirilir.

Nailiyyətlər (adlar)

Alimin dayaq-hərəkət aparatının, yumşaq toxumaların, vəzilərin, eləcə də bir sıra daxili orqanların bədxassəli şişlərinə, onların müalicə metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri onu elmi ictimaiyyətdə geniş tanıtdırmışdır.

Onun rəhbərlik etdiyi Onkoloji klinikada texniki cəhətdən mürəkkəb olan bud, qamış və bazu sümüklərinin bədxassəli şişlərində aparılan diz, bud-çanaq və bazu oynaqlarının rezeksiyası və endoprotezləşdirilməsi, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya kimi cərrahiyyələr müvəffəqiyyətlə yerinə yetirilir. Onkologiya kafedrasında bədxassəli sümük şişlərinin, süd vəzisinin, qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinin, yumşaq toxuma sarkomalarının, dəri şişlərinin epidemiologiya, müayinə və müalicəsinə dair elmi-tədqiqat işləri aparılır. Sümük şişləri olan xəstələrdə hormonal-metabolik pozğunluqlar və onların korreksiya yolları istiqamətində elmi-tədqiqat işləri genişləndirilir, bu sahədə doktorluq və namizədlik dissertasiyaları yazılır.

Dayaq-hərəkət aparatı orqanlarının bədxassəli şişlərinə görə cərrahi müdaxilə edilmiş xəstələrin bərpaedici müalicəsi (reabilitasiyası); sümük sarkoması şişlərinin müalicəsində yeni üsulların işlənib hazırlanması; sümüklərin bədxassəli şişlərinin proqnozu; qadın cinsiyyət orqanlarının və sümüklərin bədxassəli şişlərində hormonal-metodik dəyişikliklər; yumşaq toxuma sarkomalarının kombinasiyalı və kompleks şəkildə müasir müalicə üsullarının işlənib hazırlanması; Azərbaycanda bəzi bədxassəli şişlərin epidemiologiyası; bədxassəli şişlərin erkən diaqnostikası və proqnozunda parakrin və immunohumoral faktorların klinik əhəmiyyəti mövzuları və bu istiqamətli digər mövzular elmi prioritetlik təşkil edir.

Peşə və pedaqoji inkişaf

Akademik Ə.T. Əmiraslanov dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Kanada, Yunanıstan, Almaniya, Macarıstan, Avstriya, Çexiya, İran, Sinqapur, Rusiya Federasiyası, Pakistan, Polşa, İsrail və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir. O, Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür. 1999-cu ildə UNESKO xətti üzrə "Bioetika, Elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Milli Komitəsinin sədr müavini seçilib. 1999-cu ilin may ayında Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafata və "Böyük qızıl medalı"na, 2007-ci ildə RTEA-nın akademik N. N. Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın "XXI yüzilliyin liderləri" Proqramı çərçivəsində "Millətin İntellekti" adlı beynəlxalq təltifə layiq görülüb. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədri, Milli Məclisin deputatı, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Paramentlərarası Assambleya şurasının üzvü kimi də Beynəlxalq fəaliyyət göstərir. Alim Türkiyə Cumhuriyyəti universitetlərinin rektorları ilə çoxsaylı layihələrin hazırlanmasında, TEMPUS çərçivəsində yeni müqavilələrin qarşılıqlı imzalanmasını həyata keçirərək, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl ali məktəbləri ilə əlaqələri daim möhkəmləndirir.

Kitab

1. Amiraslanov A. T, Mistakopoulo N. F, Knyrov G. G, Mistakopoulo F. N Cachexia In Patients With Esophagus And Stomach Cancer(Diagnosis, Clinical Picture And Treatment) ISBN 975-94665-4-6, Ankara-1999, 297 səh.

2. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Sümük şişləri. Bakı, "Təbib", "Azərbaycan Ensiklopediyası" N. P. B, 1997, 480 səh.

3. А. Т. Амирасланов, Н. Ф. Мистакопуло, Г. Г. Кныров, Ф. Н. Мистакопуло. "Кахексия у больных раком пищевода и желудка(диагностика, клиника, лечение)" Баку, "Тебиб", 1998, 390 səh.

4. Ə. T. Əmiraslanov, N. V. Qasımov. Qığırdaq şişləri-Bakı, "Təbib", 2001, 200 səh.

5. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev. Uşaq onkologiyası. Bakı, "Maarif" nəşriyyatı, 2003, 648 səh.

6. Ə.Əmiraslanov, R.Bayramov. Abdominal onkologiya. Bakı, "Təhsil" nəşriyyatı, 2004, 320 səh.

7. Əhliman Əmiraslanov, Abuzər Qazıyev, Ə69 Onkologiya (Tibb Universiteti tələbələri üçün dərslik). Bakı, "Təhsil", 2010, 912 səh.

8. А.Т. Амирасланов, М. Дж. Алиев, А. А. Амирасланов. Эндопротезирование крупных костей и суставов у онкологических больных. Баку, "Şərq-Qərb", 2011, 188 стр.

9. Onkologiya. Bakı "Təhsil" (Tibb Universiteti tələbələri üçün dərslik), 2010, 912 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev  

10. Süd vəzisi xərçəngi. Bakı, "Təhsil" (Tibb Universiteti tələbələri üçün dərs vəsaiti), 2013,  106 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, N.İ. Mehdiyeva

11. Ağciyər xərçəngi. Azərbaycan Tibb Universitetinin Tələbələri üçün dərs vəsaiti. Bakı, "Təhsil", 2016, 136 səh. .T. Əmiraslanov, Z.Ə. Səfərov, A.Y. Qazıyev, T.S. Quliyeva, Y.M. Hətəmov.

12. Uşaqlığın bədxassəli şişləri. Dərs vəsaiti. Bakı 2022, Şərq-Qərb ASC Nəşriyyat və Poliqrafiya, 100 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov

13. Yumurtalıqların bədxassəli şişləri. Dərs vəsaiti. Bakı 2023, Şərq-Qərb ASC Nəşriyyat və Poliqrafiya, 237 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov

14. Onkoloji Ginekologiya. Monoqrafiya. İstanbul 2025, Nobel Tıp Kitabevi Nəşriyyat və Poliqrafiya, 2025, 1048 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M.İbrahimov.

15. Klinik onkoginekologiya. Monoqrafiya. İstanbul 2025, Nobel Tıp Kitabevi Nəşriyyat və Poliqrafiya, 2025, 286 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M.İbrahimov.

Məqalə

1. Органосберегающее лечение при опухолях костей плечевого пояса. Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с. 313. Həmm.: Э.Э.Ибрагимов, А.А.Амирасланов, С.В.Абдыева, Ш.Д.Тагиев

2. Лучевые методы исследвания у онкологических больных, инфицированных COVID19. Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с.  314. Həmm.: Н.В.Касумов, Э.Э.Ибрагимов, С.В.Абдыева

3. 14. Постравматические осложнения при хирургическом лечении опухолей опорно-двигательного аппарата. Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с.  317. Həmm.: Ибрагимов Э.Э., Амирасланов А.А., Абдыева С.В., Ш.Д.Тагиев

4. Диагностические и лечебные ошибки при первичном обследовании больных с саркомами мягких тканей. Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с. 318. Həmm.: Ибрагимов Э.Э., Абдыева С.В., Амирасланов А.А.

5. К вопросу лечения гигантоклеточной опухоли (ГКО) длинных трубчатых костей. Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с. 334. Həmm.: Ш.Д.Тагиев, Ибрагимов Э.Э., Амирасланов А.А., Абдыева С.В.

6. Наш опыт лечения локализованных форм первичных злокачественных опухолей костей (ПЗОК). Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с. 335. Həmm.: Ш.Д.Тагиев, Ибрагимов Э.Э., Амирасланов А.А., Абдыева С.В.

7. Использование субментального и супраклавикулярного лоскута в реконструктивной хирургии рака головы и шеи. Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с. 265. Həmm.: Амиралиев Н.М., Рагимов Ч.Р., Амиралиев К.Н.

8. Реконструкция опухолевых дефектов челюстно-лицевой области носогубным лоскутом. Еврозийский Онкологический Журнал, Том 9, №1, тезисы внеочередного ХII съезда Онкологов и радиологов стран СНГ и Евразии им. Трапезникова  Н.Н., посвященного 25-летию I Сьезда АДИОР. 7-9 апреля, 2021, онлайн, с. 265-266. Həmm.: Амиралиев К.Н., Рагимов Ч.Р., Амиралиев Н.М.

9. Надключичный кожно-фасциальный лоскут в реконструкции дефектов челюстно-лицевой области у онкологических больных. Материалы VII конгресса Российского общества специалистов по опухолям головы и шеи 26-27марта 2021 г., Москва, с. 9. Həmm.: Амиралиев К.Н., Рагимов Ч.Р., Амиралиев Н.М.

10. Новые методы реконструкции мягкотканых дефектов в хирургии головы и шеи. Материалы VII конгресса Российского общества специалистов по опухолям головы и шеи 26-27марта 2021 г., Москва, с. 9-10. Həmm.: Амиралиев К.Н., Рагимов Ч.Р., Амиралиев Н.М.

11. Возможность использования субментального лоскута при восстановлении послеоперационных дефектов челюстно-лицевой зоны. Материалы VII конгресса Российского общества специалистов по опухолям головы и шеи 26-27марта 2021 г., Москва, с. 10. Həmm.: Амиралиев К.Н., Рагимов Ч.Р., Амиралиев Н.М.

12. Оценка результатов хирургического лечения опухолей костей  дистального отдела предплечья. Еврозийский Онкологический Журнал, Том 10, №2, приложение (онлайн), тезисы ХIII съезда Онкологов и радиологов стран СНГ и Евразии, 27-29 апреля 2022, Казахстан,  с. 675. Həmm: Ибрагимов Э.Э., Амирасланов А.А., Тагиев Ш.Д., Абдиева С.В.

13. Хирургическое лечение больных с гигантоклеточной опухолью (ГКО) кости 30 летний опыт. Еврозийский Онкологический Журнал, Том 10, №2, приложение (онлайн), тезисы ХIII съезда Онкологов и радиологов стран СНГ и Евразии, 27-29 апреля 2022, Казахстан,  с. 676. Həmm: Ибрагимов Э.Э., Амирасланов А.А., Тагиев Ш.Д., Абдиева С.В.

14. Наш опыт хирургического лечения больных со злокачественными опухолями грудной стенки (ЗОГС). Еврозийский Онкологический Журнал, Том 10, №2, приложение (онлайн), тезисы ХIII съезда Онкологов и радиологов стран СНГ и Евразии, 27-29 апреля 2022, Казахстан,  с. 698. Həmm Ш.Д.Тагиев, Годжаманов Я.Г., Ибрагимов Э.Э., Абдиева С.В.

15. Оптимизация методов диагностики злокачественных новообразований кожи. Azərbaycan Respublikasında “Şuşa ili”nə həsr olunmuş “Təbabətin aktual problemləri-2022” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans materiallası, 24-25 may, 2022, Bakı, Azərbaycan, s. 90-91Абдыева С.В., Ибрагимов Э.Э., Амирасланов А.А.

Üzv olduğu qurum

Azərbaycan Milli Elmlər Akademiyasının (2001)[2] və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000)[3] və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991)[4], Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015), VI çağırış (2020) və VII çağırış (2024) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri[5] (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü[6] (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015 — indi), Yeni Azərbaycan Partiyasının üzvü.

 

TİBB ÜZRƏ ELMLƏR DOKTORU

E.H. Muxtarov “Böyrək hüceyrəli karsinomaya şübhəli olan renal kütlələrdə taktika və proqnozun optimallaşdırılması” мювзусунда elmlər doktorluğu dissertasiyası цзяриндя ишляйир (elmi məsləhətçi – akademik Ə.T. Əmiraslanov). Elmi-tədqiqat işi davam edir. 

 

Tibb üzrə fəlsəfə doktoru

S.Y. Qaraisayeva. “Вторичные инфекции у больных солидными злокачественными опухолями и их патогенетическое и клиническое значение”

L.Q. Əliyeva “Yumurtalıq şişlərində erkən diaqnostikasına və proqnozuna müasir yanaşma”

N.B. Aşurova “Роль определения эстрогеновой и прoгестероновой рецепции в диагностики лечении и прогнозировании рака шейки матки”

S.Ə. Qarayeva “Yumurtalıq şişləri zamanı endogen antimikrob peptidlərin və apoptoz markerlərinin vəziyyəti”