
Kərimova Günəş İbad qızı 1980-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmiş, internaturadan sonra 1982-1988-ci illərdə təyinatla İmişli rayonMərkəzi Xəstəxanasında akuşer-ginekoloq vəzifəsində çalışmışdır. 1988-1990-cı illərdə Bakı şəhər 3 saylı doğum evində akuşer-ginekoloq vəzifəsində işləmişdir. 1990-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında baş laborant vəzifəsinə təyin olunmuş, 1992-ci ildə isə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent vəzifəsinə keçmişdir. G.İ. Kərimova 19.12.1996-cı il tarixdə N.N. Bloxin adına Rusiya Elmlər Akademiyasının Onkologiya Mərkəzində REA OEM-də “Yumurtalığın xoş- və bədxassəli şişlərində E.seriyalı prostoqlandinlərin və lipidlərin perikislə iksidləşmələrinin təyini” mövzusunda tibb elmlər namizədi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir. Dissertasiya 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən təsdiq edilmişdir. G.İ. Kərimova 2015-ci ildə Onkologiya kafedrasına dosent vəzifəsinə seçilmişdir.
1990-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında baş laborant
1992-2015 – assistent
2015 – hal-hazıradək dosent
1980-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmişdir
19.12.1996-cı il tarixdə N.N. Bloxin adına Rusiya Elmlər Akademiyasının Onkologiya Mərkəzində REA OEM-də “Yumurtalığın xoş- və bədxassəli şişlərində E.seriyalı prostoqlandinlərin və lipidlərin perikislə iksidləşmələrinin təyini” mövzusunda tibb elmlər namizədi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir. Dissertasiya 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən təsdiq edilmişdir.
Onkoloji ginekologiya. Dərs vəsaiti. Bakı, "Təbib", 109 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, G.İ. Kərimova.