
1998-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsinə daxil olmuş, 2004-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. “Onkologiya” ixtisası üzrə 2004-2006-cı illərdə klinik ordinatura, 2006-2009-cu illərdə aspiranturada təhsil almışdır. 2010-cu ildə “Birincili sümük şişləri zamanı adekvat orqansaxlayıcı əməliyyatların işlənib hazırlanması” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2010-2012-ci illərdə Universitetin Onkoloji klinikasında həkim kimi, 2012-2020-ci illərdə Onkologiya kafedrasının assistenti vəzifəsində çalışmışdır. 2020-ci ildən indiyə qədər Onkologiya kafedrasının dosenti vəzifəsində çalışır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş gənc alim və mütəxəssislərin I qrant müsabiqəsinin qaliblərindən olmuşdur. 2009-cu ildə Almaniyanın “Vivantes” və “Helios Klinikum Berlin Bux” xəstəxanalarında 3 ay, 2014-cü ildə İstanbul universitetinin Tibb fakültəsində 3 ay, 2015-ci ilin may ayında isə Memorial xəstəxanasında təcrübə kursu keçmişdir. Sarkomaların öyrənilməsinə dair Şərqi Avropa qrupunun 2012-ci ildə Kazan şəhərində və 2013-cü ildə Sankt Peterburq şəhərində keçirilmiş konfranslarında iştirak etmiş, 2016-cı ilin 12-14 dekabr tarixlərində İtaliyanın Turin şəhərində təşkil olunmuş “Euromed Cancer Screening Network” seminarında, 2018-ci ilin 23-25 aprel tarixlərində isə Soçi şəhərində keçirilən MDB və Avrasiya ölkələri onkoloq və radioloqlarının X qurultayında, eləcə də respublikamızda keçirilmiş müxtəlif seminar, konfrans və qurultaylarda məruzələr ilə çıxış etmişdir.
M.Nağıyev adına TTYX, Reanimasiya və intensiv terapiya şöbəsi, tibb qardaşı, 2003-2004
Klinik ordinator, ATU, Onkologiya kafedrası, 2004-2006
Aspirant, ATU, Onkologiya kafedrası, 2006-2009
Həkim-onkoloq, ATU, Onkoloji klinika, 2010-2012
Assistent, ATU, Onkologiya kafedrası, 2012-2020
Dosent, ATU, Onkologiya kafedrası, 2020-hal-hazıradək.
Azərbaycan Tibb Universiteti, I Müalicə Profilaktika fakultəsi – 1998-2004
2010-cu ildə “Birincili sümük şişləri zamanı adekvat orqansaxlayıcı əməliyyatların işlənib hazırlanması” mövzusunda dissertasiya işini müdafiə etmiş, 2012-ci ildə tibb üzrə fəlsəfə doktoru adı almışdır.
Qafqaz ölkələri onkoloqlarının I qurultayı, 17-19 oktyabr, 2007, Tiflis, Gürcüstan
Sentyabr – Dekabr 2009, ixtisasartırma kursu, Vivantes və Helios Klinikum Berlin Buch klinikaları, Berlin, Almaniya
Sarkomaların öyrənilməsinə dair Şərqi Avropa qrupunun iyun 2012-ci ildə RF Kazan və iyun 2013-cü ildə Sankt- Peterburq şəhərlərində keçirilmiş konfransları
Sentyabr – Dekabr 2014, ixtisasartırma kursu, İstanbul universiteti, İstanbul tibb fakültəsi, İstanbul, Türkiyə Respublikası
May, 2015, ixtisasartırma kursu, Memorial xəstəxanası, İstanbul, Türkiyə Respublikası
2016, 12-14 dekabr İtaliya, Turin, “Euromed Cancer Screening Network” seminar
2018, 23-25 aprel, Soçi, RF, MDB və Avrasiya ölkələri onkoloq və radioloqlarının X qurultayı
Sümük, yumşaq toxuma, dəri şişləri
8.Прогностические аспекты при ангиомотоидном варианте злокачественной фиброзной гистиоцитомы мягких тканей. Tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 75illiyinə həsr edilmiş elmi konfransın materilları, Bakı, 2019, Səh. 358-360. С.В. Абдиева, Х.К. Мурадов, Э.Э. Ибрагимов, Ш.Д.Тагиев
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş gənc alim və mütəxəssislərin I qrant müsabiqəsinin qaliblərindən olmuşdur.