Bağışov Əlimərdan
Professor
Bağışov Əlimərdan

Bioqrafiya

Bağişov Əlimərdan Aşur oğlu 09 aprel 1958-ci ildə Masallı rayonun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976-1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1986-ci il­də Azərbaycan Tibb İnstitu­tunun (hazırki Universite­tin) II müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bi­tirmiş və Urologiya kafedra­sında kliniki ordinator kimi saxlanmışdır.

1992-ci ildə bu kafed­ra­nın nəzdində aspiranturanı bitirmiş və “Mamalıq və ginekoloji praktikada si­dik yolları zədələnmələri­nin operativ mualicəsi” mövzusunda namizədlik dis­sertasiyasını müdafiə et­mişdir. Həmin il və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992-cu ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent 2016-cı ildə professor seçilmişdir.    2008-cu ildə “Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkonti­nen­si­yası) – etiopatogenez, diaqnostika və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə et­mişdir

Akademik fəaliyyət

Tibb Universitetinin Urologiya kafedrasında professor

Təhsil

1986-cı ildə Azərbaycan Tibb Universitetini adlı təqaüdlə II Müalicəvi-pro­fi­laktika fakültəsini bitirmişdı

 

 

Peşə və pedaqoji inkişaf

Bütün uroloji əməliyyat­ları yüksək səviyyətə icra edir

1986-cı ildə – baş laborant;

1992-ci ildə – assistent

1997-ci ildə – dosent;

2016-cı ildə – professor

Elmi araşdırma sahəsi

Uroginekologiya və urologiya

Kitab

1. Qadınlar fiziki gərginlik zamanı sidik saxlanmazlığı. Bakı, 2007, 2014, 339 s. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən (19 iyun 2007-ci il, protokol № 127) təsdiq edilmişdir

2. Kliniki uroginekologiya. Həkimlər üçün rəhbərlik. Bakı, 2016, 416 s. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 29 mart 2016-cı il tarixli 19 saylı qərarı ilə təsdiq edilmişdir).

3. Mamalıq və ginekoloji praktikada sidik yolları zədələmələrinin cərrahi müalicəsi. Bakı, 2022, 344 s. (Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən (27 oktyabr 2021-ci il, protokol № 1) təsdiq edilmişdir.

Üzv olduğu qurum

Azərbaycan Uroloqlar asso­siasiyasının üzvü

Avropa Uroloqlar asso­siasiyasının və Sidik Sax­lanmazlığı prob­lem­ləri üzrə Beynəlxalq Təşki­la­tın üzvüdür.

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb Uni­versiteti nəzdində fəaliy­yət göstərən müdafiə şurasının üzvü, urologiya üzrə elmi seminarın sədridir