Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

N.V. Qasımov 1974-cü ildə N. Nərimanov adına ATİ-nin II müalicə-profilaktika fakültəsini Lenin təqaüdü ilə bitirmiş və onkologiya kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır.1976-cı ildə kafedranın assistenti, 1989-cu ildə isə dosent vəzifəsinə seçilmişdir.

O, 1984-cü ildə SSRİ TEA-nın EOM-də “Xondrosarkomalı xəstələrin proqnozuna təsir edən faktorlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. N.V. Qasımov universitetdə çalışdığı müddət ərzində öz üzərində mütəmadi işləyir. Müalicə işi, hərbi həkim işi, tibb bacısı işi və fizioterapiya və tibbi reabilitasiya ixtisasları üzrə IV, V və VI kurs tələbələrinə onkologiya fənninin tədrisi ilə məşğul olur. Onun rəhbərliyi ilə tələbələr onkoloji xəstələrin müayinəsi və müalicə vərdişlərinə yiyələnirlər.

N.V. Qasımov bacarıqlı müəllim-pedaqoq olmaqla yanaşı, həm də yüksək ixtisaslı həkim-onkoloqdur. Xəstələrə tibbi yardım göstərməklə bərabər, həmçinin gənc onkoloq kadrlarının hazırlanmasında da öz köməyini əsirgəmir.

Rəhbərliyi altında 2 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, hal-hazırda 1 dissertantın elmi məsləhətçisidir. Çalışdığı müddət ərzində 6 rezidentin kuratoru olmuşdur. 2017-ci və 2021-ci illərdə Universitetin fəxri fərmanı ilə təltif edilmişdir.
2016-2019-cu illər ərzində Onkoloji klinikanın direktorunun müalicə işləri üzrə müavini olmuşdur.

Akademik fəaliyyət

1974-cü ildə N. Nərimanov adına ATİ-nin II müalicə-profilaktika fakültəsini Lenin təqaüdü ilə bitirmiş və onkologiya kafedrasında baş laborant vəzifəsində saxlanılmışdır.1976-cı ildə kafedranın assistenti, 1989-cu ildə isə dosent vəzifəsinə seçilmişdir.

 

Təhsili

1968-1974-cü illərdə N. Nərimanov adına ATİ-nin II müalicə-profilaktika fakültəsində təhsil almış və həmin fakultəni Lenin təqaüdü ilə bitirmişdir


 

 

Nailiyyətlər (adlar)

Gənc həkim kadrlarının hazırlanmasında yüksək fəaliyyətinə görə 2000-ci ildə “Əməkdar müəllim”, 2010-cu ildə isə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.

 

 

 

 

 

 

Peşə və pedaqoji inkişaf

1984-cü ildə SSRİ TEA-nın EOM-də “Xondrosarkomalı xəstələrin proqnozuna təsir edən faktorlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

 


 

 

 

Kitab

Qığırdaq şişləri. Bakı, "Təbib", 2001, 200 səh. Ə.T. Əmiraslanov, N.V. Qasımov