Lalə Ağabəyli
Assistent
Lalə Ağabəyli

orcid 0009-0001-6619-4712


Google Scholar rTCrhj0AAAAJ


orcidŞüa diaqnostikası və terapiyası kafedrası


orcid [email protected]

Bioqrafiya

Lalə Zakir qızı Ağabəyli 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə 83 saylı məktəb-liseyi bitirərək həmin il Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olmuş və 2002-ci ildə universiteti uğurla bitirmişdir.

Peşəkar fəaliyyətinə 2002-2003-cü illərdə Ə.D. Məlikov adına Birləşmiş Şəhər Xəstəxanasında həkim-interna kimi başlamışdır. 2004-2005-ci illərdə “Azərbaycana Birgə Yardım” humanitar təşkilatında Saray layihəsi üzrə assistent vəzifəsində çalışmışdır. 2005-2006-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında sahə həkim-terapevti, 2006-2007-ci illərdə “Yazıçılar” poliklinikasında ultrasəs mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2009-2010-cu illərdə isə Sona M. LTD MMC-nin Nur klinikasında ultrasəs həkimi vəzifəsini icra etmişdir.

2013-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin “Şüa diaqnostikası və terapiyası” kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2014-cü ildə “Qalxanvari vəzin düyünlü törəmələrinin kompleks ultrasəs diaqnostikası” mövzusu üzrə tədqiqat aparmaq və radiologiyanın müxtəlif sahələrində praktik təcrübə qazanmaq məqsədilə Türkiyə Cümhuriyyətinə ezam edilmişdir. 2018-ci ildə həmin mövzuda dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.

2019-cu ilin sentyabr ayından etibarən Azərbaycan Tibb Universitetinin “Şüa diaqnostikası və terapiyası” kafedrasında assistent kimi fəaliyyət göstərir. Eyni zamanda kafedranın imtahan testlərinin hazırlanmasında ekspert kimi iştirak edir. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi-praktik konfranslarda məruzəçi olmuş, 60-dan çox elmi işin müəllifidir.

7 sentyabr - 9 noyabr 2020-ci il tarixlərində baş vermiş II Qarabağ müharibəsi zamanı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yaralıların müalicəsində radioloji xidmətlərin göstərilməsində könüllü olaraq aktiv iştirak etmişdir.

Akademik fəaliyyət

Assistent - Azərbaycan Tibb Universiteti, Şüa diaqnostikası və terapiyası kafedrası  (2019 – hal-hazıradək)

Baş laborant - Azərbaycan Tibb Universiteti, Şüa diaqnostikası və terapiyası kafedrası  (2013 – 2019)

Təhsil

Tibb üzrə ali baza təhsili - Azərbaycan Tibb Universiteti (1996 – 2002)

İnternatura - Ə.D. Məlikov adına Birləşmiş Şəhər Xəstəxanası (2002 – 2003)

PhD üzrə dissertantura - Azərbaycan Tibb Universiteti (2014 – 2018)

Peşə və pedaqoji inkişaf

1. Kanada, 2017: 87-ci Amerika Tiroid Assosiasiyasının illik toplantısı

         Poster məruzə: “Tiroid vəzinin bədxassəli şişlərinin aşkarlanmasında ultrasəs elastoqrafiya və rəngli Doppler müayinəsinin diaqnostik əhəmiyyəti”

2. Türkiyə, Antalya, 2018: 40-cı Türkiyə Endokrinologiya və Metabolizma Xəstəlikləri Konqresi

       Poster məruzə: “Tiroid düyünlərinin bədxassəli və xoşxassəli olmasını proqnozlaşdıran ultrasəs göstəricilərinə əsaslanan model”

3. Bakı, 3-6 may 2023: “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresi

     Məruzə: “Post-Covid xəstələrdə qalxanvari vəzidə aşkarlanan ultrasonoqrafik dəyişikliklər”

4. Türkiyə, Antalya, noyabr 2023: 44-cü Ulusal Radiologiya Konqresi

         Poster məruzə: “Konvansional tiroid ultrason müayinəsi ilə aşkarlanan özofagus skuamöz hüceyrəli karsinoma”

5. Bakı, 12 yanvar 2024: “Qaranlıqlara işıq tutan ömür” simpoziumu. Bahadur Baxşiyevin 90 illik yubileyi

       Məruzə: “Adenomiozun diaqnostikasında ultrasəs müayinəsinin kliniki imkanları”

6. Bakı, 6-7 aprel 2024: 2-ci Beynəlxalq “Qadın sağlamlığı və Radiologiyası” konfransı

        Məruzə: “Adenomiozun ultrasəs göstəriciləri ilə klinik əlamətlər arasında korrelyasiya”

7. Bakı, 6-8 may 2024: “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresi

          Məruzə: “Tiroid düyünlərinin elastoqrafik və B-mod ultrasəs müayinə nəticələrinin müqayisəli təhlili”

8. Bakı, 31 may 2024: “25 May – Dünya Tiroid Gününə” həsr olunmuş elmi-praktiki seminar

         Məruzə: “Tiroid follikulyar neoplaziyalarının ultrasəs elastoqrafik xüsusiyyətləri”

Elmi araşdırma sahəsi

Lalə Ağabəyli radiologiyanın müxtəlif sahələrində elmi tədqiqatlar aparmışdır. Onun maraq dairəsinə aşağıdakılar daxildir:

  1. Covid-19 infeksiyasından sonra qalxanvari vəzidə baş verən dəyişikliklər
  2. Qalxanvari vəzi düyünlərinin radioloji müayinəsi
  3. Adenomiozun müxtəlif formalarının ultrasəs diaqnostikası
  4. Yeni doğulmuşlarda rentgenoloji müayinə imkanları
  5. Şəkərli diabetli xəstələrdə aşağı ətrafların Doppler ultrasonoqrafiyası
  6. Kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyasının ultrasəs diaqnozlarını təsdiq və ya inkar etmək imkanları

Məqalə

1. The metal clıps as breast cancer markers ın assessment of response after neoadjuvant chemotherapy. «World of Medicine and Biology» №2(88), 2024 year, 28-32 pages, index UDK 618.19-006.6-085.28 ISSN 2079-8334.


orcid DOI

Məqalə

2. Correlation of thyroid ultrasound reporting and data system with postoperative histopathology findings in endemic and non-endemic areas. Thyroid, Vol 33. Annual Meeting of the American Thyroid Association. Washington, DC. 2023. Pp. A169


orcid DOI

Məqalə

3. Qadınlarda çanaq dibi xəstəliklərinin müayinəsində defekoqrafiyanın rolu Azərbaycan Tibb Jurnalı, Rüblük elmi-praktik jurnal 2024, №3. Səh. 81-85


orcid DOI

Məqalə

4. Konvansiyonel tiroid ultrason muayenesi ile tespit edilen özofagus skuamöz hücreli karsinom”. 44-cü ulusal radyoloji kongresi, Türkiyə, Antalya, 2023. Səh.493


orcid DOI

Məqalə

5. Şəkərli diabet xəstəliyində aşağı ətraf arteriyalarının Doppler ultrasəs Müayinəsi. Azərbaycan metabolizm jurmalı Cild 20, №2, Bakı 2023, səh.15-21

6. Xroniki qəbizliyi olan uşaqlarda yoğun bağırsağın anatomik və funksional vəziyyətinin qiymətləndirilməsində irriqoqrafiya müayinəsinin rolu”. Azərbaycan Tibb jurnalı, Bakı-2023. Xüsusi buraxılış. Səh. 35-39

Məqalə

7.  Nazik bağırsaq divertikulyozunun radiodiaqnostikası”. Elmi İş- beynəlxalq elmi jurnal. İmpakt faktor 2.255. cild 17. Say: 4. Bakı-2023. Səh.305-309.


orcid DOI

Məqalə

8. Xoşxassəli şişlərin şüa terapiyası. Sağlamlıq №2. Bakı 2023. Səh.24-27


orcid DOI

Məqalə

9. Радиологические и гистологические аспекты в диагностике рака молочной железы у мужчин”. “Медицинские новости” №6 (345) 2023. 41-42


orcid DOI

Məqalə

10. Koronavirus infeksiyası sonrası qalxanvari vəzin ultrasəs müayinəsi. Azərbaycan onkologiya jurnalı Bakı 2022, №2.

Məqalə

11. Metastatik böyrək xərçəngi zamanı radioloji əlamətlər:Kliniki nümunə. Azərbaycan onkologiya jurnalı Bakı 2021, №2


orcid DOI

Məqalə

12. Yuxu arteriyasının Doppler sonoqrafiya müayinəsinin imkanları. Azərbaycan onkologiya jurnalı Bakı 2019, №2, səh.42-45


orcid DOI

Məqalə

13. Анализ допплеросонографических особенностей кровоснабжения узловых образований щитовидной железы. Вестник современной клинической медицины, Казань Россия, 2019. Том 12 (1), стр.7-11.


orcid DOI

Məqalə

14. Diagnostic value of ultrasound elastography and color Doppler in the detection of malignanat tumors of the thyroid gland. 87th Annual Meeting of the American Thyroid Association. Canada 2017. pp.348


orcid DOI

Məqalə

15. Диагностическая ценность ультразвуковой эластографии в выявлении злокачественных опухолей щитовидной железы. Медицинские новости. Республика Беларусь, 2017, №6,стр.71-73


orcid DOI

Məqalə

16. A predictive model to distinguish malignant and benign thyroid nodules based on some ultrasonographic features. 40-cı Türkiye Endokrinoloji ve Metobalizma Hastalıkları Kongresi. Türkiye, Antalya 2018. s.234


orcid DOI

Məqalə

17. Qalxanvari vəzi düyünlərinin möhtəviyyatının ultrasəs parametrlərinə əsasən differensial diaqnostikasının xüsusiyyətləri. Azərbaycan onkologiya jurnalı Bakı 2018, №1, səh.35-39


orcid DOI

Məqalə

18. Qalxanabənzər vəzin düyünlü törəmələrinin ultrasəs diaqnostikası. Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı 2015, №4, səh.14-19


orcid DOI

Məqalə

19. Qalxanabənzər vəzin düyünlü törəmələrinin ultrasəs elastoqrafiya müayinəsi. Azərbaycan təbabətinin müasir nailiyyətləri , Bakı 2017, №1, səh.176-181


orcid DOI

Məqalə

20. Elastoqrafiya müayinəsinin qalzanabənzər vəzi düyünlərinin differensial diaqnostikasında həssaslığı və spesifikliyi. Azərbaycan metabolizm jurmalı Bakı 2017, 14(1) səh.43-47

Məqalə

21. Qalxanvari vəzin düyünlü törəmələrinin differensial diaqnostikasında onkoloji riskin qiymətləndirmə indeksinin hesablanması və tətbiqi. Azərbaycan onkologiya jurnalı Bakı 2018, №2, səh.22-30


orcid DOI

Məqalə

22. Düyünlü uru olan xəstələrdə qalxanabənzər vəzi xərçənginin rastgəlmə tezliyi. Azərbaycan Tibb Jurnalı Bakı 2017  №4, səh.5-9


orcid DOI

Üzv olduğu qurum

1.Azərbaycan Radiologiya Cəmiyyəti

2. Avropa Radiologiya Cəmiyyəti

3.Amerika Tireoidologiya Assosasiyası