
Məhərrəmbəyli İsrail Şəmşəd oğlu 1963-cü ildə noyabr ayının 4-də Tovuz rayonunun Düz Qırıxlı kəndində anadan olmuşdur. 1971-1981-ci illərdə Düz Qırıxlı kənd orta məktəbini bitirib. 1981-1983-cü illərdə Sovet İttifaqının tərkibində ordu sıralarında qulluq etmişdir. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olunmuş, 1992-ci ildə I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il Universitetin Elmi Şurasının qərarı ilə Anesteziologiya-reanimatologiya kafedrasında baş laborant vəzifəsinə saxlanılmışdır.
1995-ci ildə həmin kafedranın assistenti, 2008-ci ildən hal-hazıra kimi isə dosent vəzifəsində çalışır. 2000-ci ildə «Yayılmış irinli peritonitli xəstələrdə immun sistemin göstəricilərinin proqnostik əhəmiyyəti və korreksiyası» mövzusunda dissertasiya işini yerinə yetirərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. 2007-ci ildə « Müştərək kəllə-beyin travmalarının neyroreanimasion dövründə bronx-ağciyər ağırlaşmalarının profilaktika və müalicəsində bronxoskopik və immunokorreksiya tədbirləri » mövzusunda doktorluq işim təsdiq edilmiş, hal-hazırda yekunlaşmaq üzrədir. 80-ə yaxın elmi işin, 2 metodik vəsaitin müəllifi, Reanimatologiya dərsliyinin(2023-cü ildə çap edilmiş Anesteziologiya ,Reanimatologiya və İntensiv Terapiyada praktik vərdişlər adlı dərs vəsaiti) həmmüəllifidir. 2011-2016-cı illərdə I Müalicə-profilaktika fakültəsinin Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışmışdır, 2016-cı ilin dekabr ayından II Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.2018-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin anesteziologiya və reanimatologiya üzrə ekspertmütəxəssisidir.Akademik Topşubaçovun Elmi Cərrahiyyə Mərkəzində F.D.1.12 şuranın üzvü,ATU-dan cərrahiyyə üzrə problem komissiyasının üzvüdür.Səhiyyə nazirliyində fəaliyyət göstərən doğuşa yardım komissiyasının üzvüdür.
1992-1995 I daxili xəstəliklər-reanimatologiya kafedrasında baş laborant
1995-2008 I daxili xəstəliklər-reanimatologiya kafedrasında assistent
2008-2018 ilə qədər I daxili xəstəliklər-reanimatologiya kafedrasında dosent
2018-2026 Anesteziologiya-reanimatologiya və intensiv terapiya kafedrasında dosent
1986-1992 illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsi
30 sentyabr – 1 oktyabr 2011-ci il “Türkdilli ölkələr və türk toplumlarının I Tibb konqresi” “Tibbdə yeni nailiyyətlər” Məruzə ilə çıxış
Azərbaycan Tibb Universitetinin -Neyrocərrahiyyə kafedrasının yaranmasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahlığın müasir problemləri” mövzusunda beynəlxalq elmi praktiki konfransda məruzə ilə çıxış 11-12 May 2019-cu il
9-10 sentyabr 2022-ci il tarixlərində təşkil olunmuş “Türkiyə - Azərbaycan Anesteziologiya və Reanimasiya, Ağrı Workshop Günləri” elmi-praktiki konqresində iştirak etmiş, nəzəri və praktik bacarıqlara müvəffəqiyyətlə yiyələnmiş, sertifikata layiq görülmüşdür.
Professor Çərkəz Cəfərovun 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransda çıxış 2 dekabr 2022-ci il
6-8 may 2025-ci il tarixində Ümummillilider Heydər Əliyevin anadan olmasının 102 illiyinə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalında çıxış: “Müştərək kəllə-beyin travmaları zamanı bronx-ağciyər ağırlaşmalarının müalicəsində bronxoskopik sanasiyanın əhəmiyyəti”
29-30 may 2025-ci ildə “Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin 25 və Azərbaycan Tibb Universitetinin yaranmasının 95 illiyinə həsr olunmuş” “Cərrahi və Mama-Ginekoloji problemlərə multidissiplinar yanaşmalar” beynəlxalq konfransda məruzə ilə çıxış.
24-26 sentyabr Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən “III Beynəlxalq Tibb Forumun”da məruzə ilə çıxış
“Azərbaycan Uroandroloqlar Cəmiyyətinin 23-cü Avrasiya simpoziumu”nda iştirak
“Yayılmış irinli peritonitli xəstələrdə immun sistemin göstəricilərinin proqnostik əhəmiyyəti və korreksiyası” mövzusunda tibb üzrə fəlsəfə doktoru – 2000-ci il
Hazırda “Müştərək kəllə-beyin travmalarının neyroreanimasion dövründə bronx-ağciyər ağırlaşmalarının profilaktika və müalicəsində bronxoskopik və immunokorreksiya tədbirləri” mövzusunda doktorluq işi aparılır.
1. “Kəskin tənəffüs çatışmazlığını törədən vəziyyətlərin reanimasiya və intensiv müalicəsi” metodik vəsait, 2012, müəllif
2. “Reanimatologiya” dərslik 2014, həmmüəllif
3. “Uşaqlarda qarın boşluğu üzvlərinin kəllə-beyin travması ilə müştərək zədələnmələri” dərs vəsaiti- 2022, həmmüəllif
1. Efficiency of radiodiagnosis methods in detecting structural changes in tissues associated with traumatic brain injury
World of Medicine and Biology, № 85, p. 125-128. https://doi.org/10.26724/2079-8334-2023-3-85-125-128
2. Структура сочетанных повреждений, ассоциированных с черепно-мозговой травмо
3. АКТУАЛЬНЫЕ ВОПРОСЫ СОВРЕМЕННЫХ НАУЧНЫХ ИССЛЕДОВАНИЙ:Сборник статей VI Международной научно-практической конференции. – Пенза: МЦНС «Наука и Просвещение». – 2023. – 248 с.
4. Kəllə-beyin travması ilə olan pasiyentlərin kliniki vəziyyəti və birincili müayinənin nəticələri.Sağlamlıq jurnalı – 2023, səh. 37-42
5. Kəllə-beyin travmaların demoqrafik və tibb aspektləri Azərbaycan təbabətinin müasir nailiyyətləri
6. Georgian Medical News Traumatic brain injury and its implications for behavioral health factors
7. Change of the hemoglobin level during the resuscitation period in patients with traumatic brain injury, according to the character of trauma World of Medicine and Biology, № 4, p. 92-97 / 2024
https://doi.org/10.26724/2079-8334-2024-4-90-92-97
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin anesteziologiya və reanimatologiya üzrə ekspert-mütəxəssisidir
Səhiyyə nazirliyində fəaliyyət göstərən doğuşa yardım komissiyasının üzvüdür
1. Doktorant Qurbanova Nərgiz Qurban.Mövzu – Açıq ürək əməliyyatı keçirmiş xəstələrdə pnevmoniyaların risk faktorları.İxtisas şifri – 323101.İxtisasın adı – Anesteziologiya və reanimatologiya
2. Doktorant Göyüşova Təranə Fuad.Mövzu – Ahıl və qoca yaşlı şəxslərdə insultun kəskin mərhələsində inkişaf edən bronx-ağciyər ağırlaşmalarının səciyyəvi xüsusiyyətləri, profilaktika və intensiv müalicəsi İxtisas şifri – 323101.İxtisasın adı – Anesteziologiya və reanimatologiya