
Təhminə Kosayeva hazırda Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında baş laborant vəzifəsində çalışır. 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, 2013 – 2018-ci illərdə həmin universitetin Onkoloji Klinikasında Onkologiya ixtisası üzrə rezidentura təhsili almışdır. 2021-ci ildə Onkologiya ixtisası üzrə doktorantura təhsilinə qəbul olmuş, “Yumurtalığın epitelial şişlərinin diaqnostikası və proqnozlaşdırılmasında PD-L1 hiperekspressiyasının rolu” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini yekunlaşdırmışdır.
Peşəkar fəaliyyətini əsasən süd vəzi cərrahiyyəsi, onkoplastik cərrahiyyə, süd vəzi rekonstruksiyası sahələrində davam etdirir. Türkiyə, Almaniya, İtaliya, Braziliya, ABŞ, İspaniya, Portuqaliya, Sinqapur, BƏƏ və digər ölkələrdə keçirilən çoxsaylı beynəlxalq kurs, simpozium və konqreslərdə iştirak etmiş, bir sıra tədbirlərdə məruzəçi və poster təqdimatçı kimi çıxış etmişdir.
Elmi fəaliyyəti çərçivəsində süd vəzi və yumurtalıq xərçəngi, PD-1/PD-L1 biomarkerləri, immunoterapiya və onkoplastik cərrahiyyə mövzularında yerli və beynəlxalq nüfuzlu jurnallarda dərc olunmuş çoxsaylı elmi məqalələrin müəllifi və həmmüəllifidir. Eyni zamanda ESSO Gənc Cərrahlar Alumni Klubu – EYSAC-ın 2024–2026-cı illər üzrə Azərbaycan təmsilçisidir.
2021 Tibb üzrə fəlsəfə doktoru (Dissertasiya mövzusu: “Yumurtalığın epitelial şişlərinin diaqnostikası və proqnozlaşdırılmasında PD-L1 hiperekspressiyasının rolu”) Azərbaycan Tibb Universiteti, Onkologiya kafedrası, Milli Onkologiya Mərkəzi 2026 – indiyədək Baş laborant Azərbaycan Tibb Universiteti, Onkologiya kafedrası
Sentyabr 2007 – İyun 2013 - Müalicə işi ixtisası. Fərqlənmə diplomu: BB-I № 020316 Azərbaycan Tibb Universiteti, II Müalicə-profilaktika fakültəsi.
Oktyabr 2013 – Oktyabr 2018 Rezidentura, Onkologiya. Diplom: AR № 001319. Azərbaycan Tibb Universitetinin Onkoloji Kinikası.
Mart 2021 – Mart 2024 Doktorantura. Azərbaycan Tibb Universitetinin Onkoloji Kinikası, Milli Onkologiya Mərkəzi.
1. Praktik kurs, Süd vəzi cərrahiyyəsi, İstinye Universiteti İstanbul, Liv Hospital, 02.08 – 04.09.2018
2. IREBS 2019, İstanbul, Türkiyə, 21 – 22.09.2019
3. Süd vəzi xərçəngi, Koç Universiteti Xəstəxanası, 09.11.2019
4. XI MDB və Avrasiya Onkoloq və Radioloqlar Konqresi, Kazan, Rusiya, 23 – 25.04.2020
5. 1-ci BreastGlobal Konfransı, 25 – 27.06.2021
6. Breastics24h – Süd vəzi onkoplastik cərrahiyyəsi, 25 – 26.09.2021
7. Beynəlxalq Süd Vəzi Xərçəngi Simpoziumu, Cleveland Clinic Abu Dhabi, 06 – 07.10.2021
8. 3-cü Mərkəzi-Şərqi Avropa Süd Vəzi Cərrahiyyəsi Konsorsiumu Konqresi, Kiyev, Ukrayna, 15 – 16.10.2021
9. ESMO Asiya Virtual Onkologiya Həftəsi, 17 – 23.11.2021
10. JBO 2021 – Onkoplastia Jornada Brasileira, San Paulo, Braziliya, 19 – 21.11.2021
11. Böyük Britaniya Süd Vəzi Xərçəngi Simpoziumu, onlayn, 24 – 25.01.2022
12. 10-cu Asiya-Sakit Okean Süd Vəzi Xərçəngi Sammiti, virtual, 04 – 06.03.2022
13. 7-ci Sinqapur Süd Vəzi Onkoplastik Cərrahiyyə Simpoziumu (SBOSS), virtual, 04.03.2022
14. FSIBC Süd Vəzi Xərçəngi Konfransı, virtual, 11 – 12.03.2022
15. Gənc süd vəzi xərçəngi xəstələrində fertilite məsələləri, Bakı, Azərbaycan, 18 – 19.04.2022
16. XIII MDB və Avrasiya Onkoloq və Radioloqlar Konqresi, 27 – 29.04.2022
17. BBCS 2022 – Braziliya Süd Vəzi Xərçəngi Simpoziumu, Goiania, Braziliya, 12 – 14.05.2022
18. Gənc Qadınların Hibrid Forumu, Sinqapur, 18.08.2022
19. 6-cı Beynəlxalq BRCA Hibrid Forumu, Sinqapur, 19.08.2022
20. 18-ci Meet The Professor – Süd Vəzi Xərçəngi üzrə Beynəlxalq Kurs, İtaliya, 03 – 04.11.2022
21. 6-cı Beynəlxalq Multidissiplinar Süd Vəzi Konfransı, BƏƏ, 02 – 04.03.2023
22. ESMO Süd Vəzi Xərçəngi Konqresi, Berlin, Almaniya, 11 – 13.05.2023
23. BBCS 2023 – Braziliya Süd Vəzi Xərçəngi Simpoziumu, Pirenopolis, Braziliya, 18 – 20.05.2023
24. 7-ci Beynəlxalq Breast MAYDAY, Kocaeli, Türkiyə, 26 – 27.05.2023
25. Gənc Qadınların Virtual Forumu, 20.09.2023
26. Breastics24h – Süd vəzi onkoplastikası, 23 – 24.09.2023
27. ESMO Konqresi, Madrid, İspaniya, 20 – 24.10.2023
28. 42-ci Avropa Cərrahi Onkologiya Cəmiyyəti Konqresi, Florensiya, İtaliya, 25 – 27.10.2023
29. ABC7 – Süd Vəzi Xərçəngi üzrə Yeddinci Konsensus Konfransı, Lissabon, Portuqaliya, 09 – 11.11.2023
30. 7-ci Beynəlxalq Multidissiplinar Süd Vəzi Konfransı, 08 – 10.02.2024
31. XIV MDB və Avrasiya Onkoloq və Radioloqlar Konqresi, 25 – 27.04.2024
32. Gənc Qadınların Forumu, Sinqapur, 27.07.2024
33. 4-cü İllik Süd Vəzi Xərçəngi Baxışı Konfransı, Vaşinqton, 06 – 07.09.2024
34. III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi və Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi, Bakı, 29 – 30.11.2024
35. Onkoplastik Süd Vəzi Cərrahiyyəsi Kursu, Bakı, 29.11.2024
36. IBUS Süd Vəzinin Görüntülənməsi Məktəbi Kursu, Bakı, 30.11.2024
37. I Milli Azərbaycan Süd Vəzi Xəstəlikləri Konqresi, Bakı, 03 – 06.05.2025
38. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının I Konqresi, Bakı, 13 – 14.06.2025
39. Süd Vəzi Xərçəngi Müalicəsində Dəqiq Tibb və Multidissiplinar Əməkdaşlıq, Bakı, 15.07.2025
40. Akademik irs –130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar, Bakı, 30 – 31.10.2025
Əsas elmi araşdırmaları süd vəzi cərrahiyyəsi, onkoplastik və rekonstruktiv əməliyyatlara və yumurtalıq xərçənginin müalicəsində immunterapiyanın perspektivlərinə həsr olunmuşdur.
“Bədxssəli şişlərin müalicəsində PD-1/PD-L1 blokadasının perspektivləri”, Kosayeva T.N., Mehdiyeva N.İ., Sağlamlıq – 2022 №1, s14-18,
DOI
“Dünyada və Azərbaycanda yumurtalıq xərçənginin epideioloji xüsusiyyətləri”, T.N.Kosayeva, Azərbaycan Onkologiya Jurnalı 2022 №1, s76-78,
DOI
“Submammarian rotation/advancement flap; An autologous acellular dermal matrix (ADM) alternative in implant based breast reconstruction”, Hagigat Valiyeva, Nigar Mehdiyeva, Elcin Huseynov, Tahmina Kosayeva, Konul Farhadzada, Emil Aghayev. EJSO, volume 49, issue 2, E108, February 2023,
DOI
“Yumurtalıq xərçəngində immunoterapiyanın perspektivləri”, T.N.Kosayeva, N.İ.Mediyeva, Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri 2023 №1, s28-32,
DOI
“Malignant phyllodes tumor with third local recurrence and multiple distant metastases: A case report”, Tahmina Kosayeva, Hagigat Valiyeva, Nigar Mehdiyeva, Didem Can Trabulus. The Breast, volume 71, supplement 1, p.S63-64, October 2023,
DOI
“Yumurtalığın aşağı differensiasiyalı seroz karsinomasında PD-L1 təyininin proqnostik əhəmiyyəti”, Kosayeva T.N., Mehdiyeva N.İ., Abbasov B.E., “Təbabətin Aktual Problemləri” adlı beynəlxalq elmi-praktiki konqresin materialları 2023, s66, https://www.atuj.az/uploads/issues/20/172648176912433691.pdf və
DOI
“Экспрессии PD-L1 при эндометриоидной и муцинозной эпителиальной карциноме яичников”, Т.Н.Косаева, Н.И.Мехдиева, Б.Э.Аббасов, XII Съезд Онкологов России 2023, с115,
DOI
“Local recurrence according to molecular subtype after nipple-sparing mastectomy,” Tahmina Kosayeva, Irada Soltanova, Latifa Maharramova. EJSO, volume 50, issue 2, 107516, February 2024,
DOI
“Improving pathological complete response assessment methods in breast cancer management: findings from a single-institution analysis”, H. Valiyeva, N. Mehdiyeva, E. Huseynov, T. Kosayeva, K. Farhadzade, S. Ganbaeva, R.Hajiyeva, E. Aghayev, K. Gasanova, Z. Jafarzade. The Breast, volume 80, supplement, 104115, February 2025
DOI
“Reliability of Immunohistochemical Biomarkers in Core Biopsy Versus Surgical Specimens for Breast Cancer: Implications for Treatment Planning”, Hagigat Valiyeva, Nigar Mehdiyeva, Elcin Huseynov, Tahmina Kosayeva, Habil Muradov, Konul Ferhadzade, Rena Haciyeva, Emil Aghayev, Zarifa Ceferzade. Clinical Cancer Research, volume 31, supplement 12, P5-08-27, June 2025,
DOI
1. “Genetik determinə olunmuş süd vəzi xərçənginin klinik xüsusiyyətləri”, Azərbaycan Tibb Universiteti, 2017
2. “Erkən süd vəzi xərçəngində hormonterapiya”, Azərbaycan Tibb Universiteti, 2018
3. “Neoadjuvant chemotherapy of breast cancer without further surgical intervention” Hagigat Valiyeva, Nigar Mehdiyeva, Elcin Huseynov, Tahmina Kosayeva, Emil Aghayev, Ismail Gafarov. Mastology, volume 32, Supplement 2, 2022,
4. “Yumurtalıqların epithelial törəmələrində PD-L1 təyininin differensial yanaşmada imkanları”, T.N.Kosayeva, N.İ.Mehdiyeva, B.E.Abbasov, Ümummilli lider H.Ə.Əliyevin ad gününə həsr olunmuş elmi-praktiki konfransın materialları 2023, s54-55
1. Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası (ASVXMA) – 2023-indiyədək
2. Azərbaycan Onkoloqlar Cəmiyyəti (AOC) – 2023-indiyədək
3. Avropa Klinik Onkologiya Cəmiyyəti (ESMO) – 2022-indiyədək
4. SENATURK – 2018-indiyədək
5. Avropa Onkologiya Məktəbi (ESO) – 2019-indiyədək
6. Avropa Cərrahi Onkologiya Cəmiyyəti (ESSO) – 2022-indiyədək
7. Mərkəzi–Şərqi Avropa Süd Vəzi Xərçəngi Cərrahiyyəsi Konsorsiumu (CEEBCSC) – 2021-indiyədək
8. Onkoplastik Süd Vəzi Konsorsiumu (OPBC) – 2023-indiyədək
9. Avropa Süd Vəzi Xərçəngi Tədqiqatçı Cərrahlar Assosiasiyası (EUBREAST) – 2021-indiyədək
10. Amerika Klinik Onkologiya Cəmiyyəti (ASCO) – 2017-indiyədək