Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əli-zadə Könül Elçin qızı 1992-ci ildə anadan olmuş, azərbaycanlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı əsasında 17 dekabr 2021-ci il tarixindən ATU-nun Anesteziologiya və reanimatologiya kafedrasında baş laborant vəzifəsini icra etmiş, 27.09.2024 tarixdən etibarən həmin kafedrada assistent vəzifəsində çalışır.

 

Akademik fəaliyyət

Əli-zadə K.E. Anesteziologiya, reanimatologiya və intensiv terapiya kafedrasında pedaqoji fəaliyyət göstərir. V kurs tələbələrinə azərbaycan, ingilis və rus dillərində dərs aparır. Klinik və elmi-tədqiqat fəaliyyətini pedaqoji işlə paralel şəkildə davam etdirir.

 

 

 


 
Təhsili

Əli-zadə Könül 2016-ci ildə Ukraynada Xarkov Milli Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmişdir. 2016-2018-ci illərdə Хаrkov Tibbi Akademiya nəznində anesteziologiya və reanimatologiya ixtisası üzrə 2 illik klinik ordinatura keçmişdir. 2018-2021-ci illər ərzində təhsilini Bakı şəhərində, Respublika Diaqnostika Mərkəzində anesteziologiya və reanimatologiya ixtisası üzrə 3 illik Rezidenturada davam etdirmiş və həkim-mütəxəssis dərəcəsinə yiyələnmişdir. 2023-cü ildən etibarən t.ü.f.d. elmi dərəcəsi almaq üçün “Ahıl və qocalarda aorta-koronar əməliyyatdan sonrakı erkən dövrün gedişinə miokardın funksional vəziyyətinin və yanaşı xəstəliklərin təsiri” (mövzu 03.07.2023-cü ildə təsdiq edilmişdir) adlı dissertasiya üzərində çalışır.

Peşə və pedaqoji inkişaf

Əli-zadə Könül ixtisası üzrə peşəkar və pedaqoji inkişafını daim davam etdirir. Azərbaycan Respublikasında keçirilən ixtisasartırma kurslarında iştirak etmişdir.

 

 

 


 

 


 
Məqalə

«Современные взгляды на коморбидность у лиц пожилого и старческого возраста с ишемической болезнью сердца». Sağlamlıq № 10, Bakı, 2024 Əli-zadə K.E.