
Ramilə Abdullayeva- Süleymanova ATU-nun Onkologiya kafedrasının dosentidir. Abdullayeva Ramilə Tahir qızı 1982-ci ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur, 1998-ci ildə Bakıda orta məktəbi, 2004-cü ildə isə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005- ci illərdə Bakı Şəhər Onkoloji Dispanserində həkim- interna vəzifəsində çalışmışdır.
2006- cı ildə Azəbaycan Tibb Universitetinin Onkologiya kafedrasına aspiranturaya daxil olmuşdur. Aspirantura müddətində “Mədə xərçənginin optimal həcminin seçilməsi” adlı elmi işi üzərində çalışmışdır. 2009-cu ildə elmi işini vaxtından əvvəl müdafiə edərək Tibb üzrə Fəlsəfə Doktoru adına layiq görülmüşdür.
2011- ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasına assistent vəzifəsinə seçki yolu ilə seçilmişdir.2016- cı ildə həmin kafedraya təkrar assistent vəzifəsinə seçilmişdir.
2021- ci ildə həmin kafedraya dosent vəzifəsinə seçilmiş, hal-hazırda Onkologiya kafedrasında həmin vəzifədə çalışır.Yerli və xarici jurnallarda 50- dən çox elmi məqalələri var.Yerli və xarici elmi-praktik konfranslarda aktiv iştirak edir.ESMO və ESDO-nun üzvüdür.
Universiteti bitirdiyi gündən indiyə qədər Azərbaycan Tibb Universitetinin nəzdində olan Tibb Universitetinin Onkoloji Klinikasında Torako-abdominal, Onko-Ginekoloji şöbələrdə onkoloq-cərrah kimi fəaliyyət göstərir.
Dosent, ATU, Onkologiya kafedrası,2021-hal-hazıradək.
Assistent - 2006- cı ildə Azəbaycan Tibb Universitetinin Onkologiya kafedrasına aspiranturaya daxil olmuşdur.
İnternatura - 2004-2005- ci illərdə Bakı Şəhər Onkoloji Dispanserində həkim- interna vəzifəsində çalışmışdır.