Ələkbərova Pərvin Fərmail qızı 1990-ci il təvəllüdlü, 2007-2013-ci illərdə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2013-2018-ci illərdə ATU-nun Onkoloji Klinikasına “onkologiya” ixtisası üzrə rezidenturada təhsil almışdır. 2018-ci ildə 19 saylı Qaradağ birləşmiş xəstəxanada həkim-onkoloq vəzifəsində çalışır. 2019-cu ildən Azərbaycan Tibb Universitetində baş laborant vəzifəsində çalışır.
“Süd vəzinin atipik hiperplaziyasının erkən invaziv xərçənginin klinik-morfoloji xüsusiyyətləri və molekulyar-bioloji meyarları” mövzusunda dissertasiya işi üzərində çalışır.
Süd vəzisinin xoş və bədxassəli şişlərinin müayinə və müalicə üsulları