Fərhad Talıbov
Professor
Fərhad Talıbov

orcidIII Daxili xəstəliklər kafedrası


orcid [email protected]

Bioqrafiya

Talıbov Fərhad Yusif – 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakultəsini bitirmişdir. 1972-74-ci illərdə divizion tibb xidmət rəisi kimi orduda xidmət etmişdir. 1974-1979-ci illərdə Bakıda və Qubada həkim-terapevt işləmişdir. 1979-1982-ci illərdə Revmatologiya elmi-tədqiqat institutunda (Moskva şəhəri) aspiranturada olmuşdur.

1982-ci ildə “Bazu-kürək periartritinin klinik gediş variantları və differensial müalicənin qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra ATİ-nun I daxili xəstəliklər kafedrasına assistent seçilmişdir.

Doktorluq mübadiləsi ilə əlaqədar olaraq Universitetin Elmi Şurasının qərarına əsasən Talıbov F.Y. 1988-ci ilin noyabrından 1993-cü ilin iyun ayına kimi Moskva şəhərində Hematoloji elmi mərkəzdə elmi məzuniyyətdə olmuşdur. 1993-cü ildə həmin mərkəzdə “Revmatoid artritdə anemiya (kliniko-patogenetik xüsusiyyətləri, müalicəsi)” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1994-cü ildə I daxili xəstəliklər kafedrasının professor vəzifəsinə seçilmişdir.

Silahlı qüvvələr mərkəzi hospitalının məsləhətçisidir.

Akademik fəaliyyət

1982-1994 – ATU, I daxili xəstəliklər kafedrasında assistent

1994-h.h.q. – ATU, III daxili xəstəliklər kafedrasında professor

Təhsil

1993             Tibb elmləri doktoru,  Rusiya Hematoloji mərkəzi, Moskva, Rusiya
1979-1982   Tibb elmlər namizədi, Revmatologiya elmi-tədqiqat institutu, Moskva
1966-1972    Azərbaycan Tibb İnstitutu

Peşə və pedaqoji inkişaf

  • I Azərbaycan Milli Revmatoloji Konqresi. 7-8 dekabr, 2024
  • Samara Tibb İniversiteti “Müəllimlərin təkmilləşdirilməsi kursu”, 1983

Kitab

“Revmatologiya (terminlər və anlayışlar).” Metodik vəsait.2022.

“Oynaq xəstəliklərinin differensial diaqnostikası”. Dərs vəsaiti. 1995

“Revmatologiya”. Dərs vəsaiti. I hissə. 1989.

“Revmatologiya”. Dərs vəsaiti. II hissə. 1995.

Məqalə

Scintigraphy with the use of 99mTcpyrophosphate in patients with scapulohumeral periarthritis. Badokina G.I., Apenysheva N.P. X European Congress of Rheumatology, Moscow, June 26 – July 2, 1983.

The effectiveness of treating different volumes of plasma (1 PV, 0,5 PV, 0,25 PV). Dubrovina N.A., Kalinin N.N., Petrova V.I. The Journal of Clinical Apheresis, the official publication of the American Society for Apheresis, 1991, v 6, n3, abstr.17.

The effectiveness of treating rheumatoid arthritis by removing different volumes of plasma (1 PV, 0,5 PV, 0,25 PV). Dubrovina N.A., Kalinin N.N., Petrova V.I. American Society for Apheresis. 12th Annual Meeting, New Orleans, March 20-23, 1991.-37-

Ферритин в сыворотке крови и синовиальной жидкости у больных ревматоидным артритом с анемией. Дуляпин В.А., Левина А.А. Тезисы докладов I-го съезда ревматологов России. Оренбург. 1993.

Üzv olduğu qurum

Azərbaycan Revmatoloqlar İctimai Birliyi

Tibb üzrə fəlsəfə doktoru

“Revmatoid artritli xəstələrdə ürək-damar sisteminin funksional vəziyyəti”. Xuraman Səfərova. 2016.