Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Mustafayeva İradə İbad qızı 05.05.1969-cui ldə Bakı şəhərində anadan olmuşam. 1976-cı ildə Yasamal rayonu, 53 nömrəli məktəbə daxil olaraq 1968-cı ildə bitirmişəm. 1987-ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistitunun Müalicə işi-2 fakultəsinin rus bölməsinə daxil olub 1993-cü ildə oranı bitirmişəm.

1993-1994-cü illər ərzində Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Terapiya üzrə internaturanı keçmişəm.

1994-1998-ci illərdə 15 saylı Şəhər Poliklinikasında həkim-kardioloq vəzifəsində çalışmışam.

1998-ci ildən bu günə qədər 2 nömrəli Bakı Baza Tibb Kollecinin Mamalıq, Tibb bacısının işi vəTəkmilləşmə şöbələrində mamalıq fənni üzrə müəllim işləyirəm.

Peşə və pedaqoji inkişaf

2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının Təşkilatı ilə Azərbaycan respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta,TƏBİB, UNİCEF və USAİD in iştirakı ilə həyata keçirilən PROACT təlim proqramı çərçivəsində Təlimçilər üçün təlimdə iştirak etmiş və bu təlimlərdən sonra Yeni klinikada və Şamaxı şəhərində (275 nəfərə)həkimlərə və orta tibb işçilərinə Təməl Həyat dəstəyi, Risk kommunikasiyası, İmmunizasiya mövzularında təlimlər vermişdir. Həmin illərdə İrəli Yaşam Dəstəyi, Covid-19 müalicəsi, İnfeksiya kontrolu Təlimçi Təlimlərində də iştirak etmişdir.

2021 ci ildə ÜST-ün təşkilatı həm onlayn həm də canlı olaraq orta tibb  işçilərinə və həkimlərə Covid 19  vaksinlərin hazırlanması, saxlanması, daşınması və tətbiqi təlimlərini həyata keçirmişdir.

2022-ci ilin fevral ayı ərzində ÜST-ün və azərbaycan nümayyəndəliyinin dəstəyi ilə həyata keçirilən Təməl Tədrisçinin inkişafı üzrə təlimdə iştirak etmişdir, eyni zamanda Dərman Tətbiqləri üzrə təlimdə iştirak etmişdir.

2022-ci ilin 6-8 iyin tarixlərində ÜST-ün təşkil etdiyi Təməl Həyat Dəstəyi təlimində iştirak etmişdir, 2022ci ilin 9-11 iyun tarixləri ərzində Xəstə təhlükəsizliyini əsas götürən dərman tətbiqləri üzrə Təlimçilərin təlimində iştirak etmişdir.

2022-ci ilin 19-22 may tarixləri arasında Samsunun 19 Mayıs universitetində təşkil edilən XII Beynəlxalq Tibb Təhsili Konfransında iştirak etmişdir. Həmin konfransda CORE (Clinically Oriented Examination) kursuna qatılmışdır.

2022-ci il 11-14 dekabr tarixləri arasında Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziuminda iştirak etmiş və orada keçirilən Psixoloji yardım və Ailə planlaşdırılması məsləhətləşmələri və Patronaj tibb bacısının rolu üzrə təlimlərdə iştirak etmişdir.

2023-cü ildə ÜST-ün təşkil etdiyi Azərbaycanda pandemiyaya cavab tədbirləri layihəsi çərçivəsində Təməl Həyat Dəstəyi kursu keçmişdir.

2023-cü il 22-24 tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən I Beynəlxalq Mamalıq Tarixi Kongresinə qatılmış və “Azərbaycanda Mamalıq Tarixi” mövzüsunda məruzəçi qismində iştirak etmişdir.

2024-cü ildə Respublika Təcili və Təxirəsalınmaz  Yardım mərkəzinin Təlim mərkəzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkim-təlimçiləri ilə birgə “Təməl Həyat Dəstəyi” mövzusunda  həkim və orta tibb işçilərinə də təlimlər vermişdir.

2024-cü il 7 noyabrda Türkiyənin İzmir şəhərindəki Ege universitetində təşkil olunan Mamalıq sahəsində Türkiyə-Azərbaycan əməkdaşlıq Simpoziumuna qatılmış və “Azərbaycanda mamalıq tarixi” mövzusunda mamalıq təhsili alan tələbələrə dərs vermişdir.

2025-ci il dekabrda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinın dəstəyi ilə və Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və mamalıq üzrə I Beynəlxalq elmi-praktik konfransında məruzəçi qismində iştirak etmiş və “Tibb bacısı mama fəaliyyətində etik prinsiplər, empatiya və peşəkar ünsiyyətin rolu-təhsil və klinik praktika kontekstində yanaşma” mövzüsunda çıxış etmişdir.

Kitab

 “Mamalıq”

“Ginekologiya” orta tibb işçiləri üçün dərs vəsaiti

Magistr

1993-1994-cü illər ərzində Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Terapiya üzrə internaturanı keçmişəm.