Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

5 mart 1939-cu ildə, Sabirabad rayonunun Ulacalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Sabirabad rayonunun Ulacali kəndində orta məktəbi bitirmişdir.  

          

 

 

 

Akademik fəaliyyət

1962 - ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.

1962-1967-ci illərdə Türkmənistan Respublikasında cərrah vəzifəsində işləmişdir.

1967-1973-cü illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Klinik və Eksperimental Təbabət İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır.

1967-1977-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində cərrahiyyə ixtisası üzrə Attestasiya Komissiyasının elmi katibi işləmişdir.

1970-ci ildə " Fibrinolizin - heparin kompleksinin regionar perfuziya metodu ilə aşağı ətraf magistral venalarının kəskin tromboflebitinin müalicəsi " mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

1972-ci ildə ali dərəcəli cərrah adına layiq görulmüşdür.

1973-cü ildən hal - hazıra kimi  Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasında çalışır.1973-1984-cü illərdə - assistent. 1984-1986-ci illərdə - dossent. 1986-cı ildə Moskva şəhərində SSRİ TEA - nın Ümumittifaq Onkoloji Elmi Mərkəzində " Onkoloji xəstələrdə irinli - iltihabı ağırlaşmalar problemi və mikrob əleyhinə tikiş materialları" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi adına layiq görülmüşdür. 1987-ci ildən professordur.

Nailiyyətlər (adlar)

1980-1982-ci illərdə Azərbaycan Tibb İnstitutunun I müalicə - profilaktika fakultəsində dekan müavini, 1987-1988-ci illərdə Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsində  dekan vəzifəsində çalışmışdır. 1991-ci ildən    2017-ci ilə qədər Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışıb. Hal-hazırda həmin kafedranın professor-məsləhətçisidir.

1993-1995-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnika Komitəsi nəzdində Tibb və Biologiya Elmi şurasının sədr müavini  və sədri işləmişdir.

1994-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin nəzdində İxtisaslaşmış Doktorluq Müdafiə Şurasının həmsədri kim fəaliyyət göstərmişdir.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri vəzifəsini yerinə yetirmişdir.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cərrahıyyə üzrə baş mütəxəssisi vəzifəsini icra etmişdir.

1996-cı ildən 2013-cü ilə kimi Azərbaycan Tibb Universitetinun Xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır.

1998-ci ildə Müqəddəs Həcc ziyarətində olmuşdur.

2006-cı ildən 2016-cı ilə kimi Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Doktorluq Müdafiə Şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir.

Peşə və pedaqoji inkişaf

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, SSRİ Səhiyyə Nazirliyinin, Əlcəzair Xalq Demokratik Respublikasının Səhiyyə Nazirliyin fəxri fərmanları və "SSRİ Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilmişdir.

1997-ci ildən Avropa Cərrahlar Assosiyasına fəxri üzvüdür.

2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" elmi adına layiq görülmüşdür.

2001 -ci ildə prof. M.Y.Nəsirov Azərbaycan Respublikasının tanınmış alimləri siyahısına daxil edilmişdir

2006-cı ildə İran İslam Respublikasının Azad Universitetinin "Fəxri diplom"-u ilə təltif edilmişdir.

2006-cı və 2009-cu illərdə Beynəlxalq Elm Mərkəzi tərəfindən XXI əsrin     Azərbaycan Ziyalısı seçilmişdir.   

2010-cu ildə Azərbaycan Respublikasi Prezidentinin Sərəncami ilə “TƏRƏGGİ”  medali ilə təltif olunmuşdur  

Məqalə

1. Destruktiv xolesistit diaqnozu qoyulmuş  pasiyentlərin qan nümunələrində metabolizm məhsullarının miqdarına “İmmunofan” preparatının təsiri.Abbasəliyev R.B, Nəsirov M.Y. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Rüblük elmi-praktik jurnal 2021 № 3,s.40-46,ISSN 2073-2651,http://www.maamjournal.az

2. Exinokokkoz kistaları olan pasiyentlərə əməliyyatdan sonrakı müxtəlif dövrlərdə immunomodulyatorların təsiri. Nəsirov M.Y.,Abbasəliyeva.P.M “Sağlamlıq” elmi-praktik jurnal, səh.58-63.2021.ISSN 2706-6614

Üzv olduğu qurum

"Kimya, biologiya, Tibb " jurnalının redaksiya heyətinin üzvi kimi fəaliyyət göstərmişdir.

Hazırda "Cərrahlıq" jurnalında baş redaktor müavini, "Azərbaycan Tibb Jurnalının, "Sağlamlıq", Şərqi Avropa  “Cərrahlıq”  və " Hepar" jurnallarının redaksiya heyətinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU

Rəhbərliyi altında 5 doktorluq və 18 namizədlik dissertasiyaları yerinə yetirilmişdir.