Bioqrafiya
Dr.Nərminə Cabbarova Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə və Səhiyyənin Təşkili kafedrasının baş müəllimidir.
Doktor Cabbarova 1994-cü ildə pediatriya ixtisası üzrə bakalavr dərəcəsi alıb və burada o, uşaq və yeniyetmələrdə xəstəliklərin qarşısının alınması və sağlamlığın möhkəmləndirilməsinin vacibliyini dərk etmək üçün möhkəm zəmin qazanıb. Altı ildən artıq 15 saylı uşaq şəhər poliklinikasında öz ixtisası üzrə çalışıb. Bu müddət ərzində o, geniş təcrübə, bacarıq və sağlamlığın sosial determinantları, səhiyyənin idarə edilməsi və effektiv səhiyyə sistemlərinin təşkilinin incəlikləri haqqında dərin anlayış qazanmışdır.
Cabbarova Nərminə Azərbaycan Tibb Universitetində fəaliyyətini davam etdirərək, 2010 cu ildə tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
Doktor Cabbarova Azərbaycan Tibb Universitetində baş müəllim kimi kafedrada çalışır və gələcək səhiyyə işçilərinin formalaşmasında fəal iştirak edir. İki dildə (Azərbaycan və Rus) praktiki məşğələlər aparır, müxtəlif fakültələrdə mühazirələr oxuyur.
Dr.Cabbarova müəllimlik fəaliyyəti ilə yanaşı, kafedranın elmi fəaliyyətində də fəal iştirak edir. Kafedranın əməkdaşları ilə birlikdə aparılan elmi-tədqiqat işləri nəticəsində məqalələr çap olunur, metodik proqramlar və sillabuslar hazırlanır. N.Cabbarova həmçinin öz biliklərini bölüşmək və həmkarları ilə əməkdaşlıq etmək üçün konfrans, seminar və ustad dərslərində fəal iştirak edir.
N.Cabbarova rezidentlərlə, bakalavrlarla da ictimai iş aparır. Uzun illərdir ki, onun rəhbərliyi ilə müxtəlif fakültələrin tələbələri Tələbə Elmi Cəmiyyətində uğurla elmi-tədqiqat işləri aparırlar. Doktor Cabbarova “İctimai sağlamlıq və gigiyena” elmi problem komitəsinin və magistr dissertasiyalarının müdafiəsi üzrə “Menecment” (səhiyyə sahəsində) ixtisaslaşdırılmış elmi şuranın üzvüdür.
Akademik fəaliyyət
Təhsil
Tibb üzrə fəlsəfə doktoru
Azərbaycan Tibb Universiteti * 2005-2010
Pediatriya ixtisası üzrə bakalavriat
Peşə və pedaqoji inkişaf
Ümümdünya səhiyyə təşkilatının Azərbaycandakı ölkə ofisinin ABŞ beynəlxalq inkişaf Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində 19 iyul 2023 tarixində təşkil edilən “Ağciyər arteriyasının tromboemboliyası” adında vebinar.
COMSTECH webinar entitled "Two fluid plasma models for the generation of seed magnetic fields and astrophysical jets By Prof. Dr. Hamid Saleem" 24.03.2021
“İctimai səhiyyədə aktual problemlər” mövzusunda elmi-praktik vebinar. 25-26 may 2021
COMSTECH Webinar on "Polypill and Life Style for Primary Prevention of Cardiovascular Disease"
20.09.2021
COMSTECH Webinar on "Bioactivities of Secondary Metabolites from Turkish Medicinal Plants"
01.12.2021
COMSTECH Webinar on "Technological Trends For Beyond 5G Networks"
14.12.2021
Ə.Əliyev adına ADHTİ “Səhiyyənin nəzəri əsasları” 2017
Jurnal
Magistr
Əhali arasında emosional stress təzahürlərinin risk amillərinin qiymətləndirilməsi və aradan qaldırılması yolları