
Kamran Babayev 1998-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tibbi profilaktika fakültəsinin məzunu olmuşdur. 1998-ci ildən sosial gigiyena və səhiyyənin təşkili kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşdur.
Doktor K.Babayev bu günə qədər Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında fəaliyyətini davam etdirir. 2014- ci ildə tibb üzrə fəlsəfə doktoru dərəcəsi adını qazanmışdır.
Doktor K.Babayev 2019-cu ildən bu günədək Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosentidir. Tədris hissə müdiridir. Azərbaycan Tibb Universitetinin dosenti kimi doktor K.Babayevin səhiyyə sahəsində gələcək mütəxəssislərin formalaşmasında rolu danılmazdır.
Doktor K.Babayev eyni zamanda kafedranın elmi-tədqiqat işlərinin yerinə yetirilməsində aktiv iştirak edir. O, səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması, səhiyyə xidmətinə çıxış imkanları və səhiyyə siyasəti kimi mövzularda nüfuzlu jurnallarda çoxsaylı məqalələr dərc edib. Fəaliyyəti müddətdə özünü əməksevər, təşəbbüskar təşkilatçı bir işçi və intizamlı müəllim kimi tanıtmışdır. Bununla da o, kafedra və tələbə kollektivi arasında dərin hörmət qazanmışdır. Bir müəllim kimi o, mühazirə və təcrübə məşğələlərini elmi-nəzəri səviyyədə aparır, tədris-metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edir, eyni zamanda özünün elmi biliklərinin yüksəldilməsi üzərində müntəzəm çalışır.
Doktor K.Babayev mütəmadi olaraq tədris proqramlarının işlənib hazırlanması istiqamətində fəal iştirak edir. Bakalavr, rezident və magistrlərin gələcək fəaliyyətinin uğurunu təmin etmək üçün onlarda səriştənin əsas komponentlərinin formalaşmasına şərait yaradır.
1998-ci ildən Azərbaycan Tibb Universiteti nin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, assistent, baş müəllim, 2019-cu ildən hal-hazıradək dosent.
Səhiyyənin təşkili üzrə tibb üzrə fəlsəfə doktoru
Azərbaycan Tibb Universiteti * 2012
Tibbi – profilaktika ixtisası üzrə bakalavriat
Azərbaycan Tibb Universiteti * 1993 – 1998
“Uşaq və yeniyetmələrin cinsi tərbiyəsinin sosial-gigiyenik və teoloji xüsusiyyətləri”. Metodik tövsiyə. Bakı, 2009. 112 səh.
1. H.N.Qurbanov, Y.H.Hacıyeva. Səhiyyə müəssisələrində informasiya sistemlərinin tətbiqi və fəaliyyət mexanizminin qiymətləndirilməsi. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2025, N2. s. 197-203.
2. M.Ə.Hüseynov, A.K.Babayev, F.F.Məmmədov. Balın qida səbətində dəyəri, sağlamlıq və keyfiyyət göstəricilərinin təhlili. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri 2025, N2. s. 179-189.
3. F.F.Məmmədov, B.Ə.Əlili. Məktəb sağlamlıq proqramları: Beynəlxaq nümunələr və Azərbaycanın perspektivləri. Sağlamlıq – 2025. N1, s.116-123. DOİ:10.36719/2706-6614/1/116-123
4. Hacıyeva Y.H., Babayeva G. Yaşlı insanların qida davranışı tiplərinin və həyat keyfiyyətinin xüsusiyyətləri. Azərbaycan Tbb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalı tezislər toplusu. Bakı – 2025. s. 422.
5. H.N.Qurbanov, B.Ə.Vəliyev. Səhiyyə müəssisələrində informasiya texnologiyalarının və innovasiyaların tətbiq imkanları. Tibb elmləri doktoru Ə.T. Ağayevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2024 s. 95-96.
6. M.Ə.Hüseynov, A.K.Babayev. Balin istehlak xassələri və sağlamlığa təsirinin xüsusiyyətləri ilə bağli araşdırmaların təhlili (ədəbiyyat icmalı). "Tibb elmləri doktoru Ə.T.Ağayevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2024 s. 236-250.
7. Məmmədov F. Həkimlərin müxtəlif sosial – psixoloji xüsusiyyətlərə malik respondentlərlə ünsiyyətin təzahürləri İctimai sağlamlıq, 2024, №2, s.94-100. https://publichealth.az/detail/33; https://publichealth.az/img/seh%2094-100.pdf
8. Hacıyeva Y.H. Qida davranışlarının müxtəlif tiplərinin populyasion yayılmasının dəyərləndirilməsi, onların şəhər əhalisinin sağlamlığına və həyat keyfiyyətinə təsiri. İctimai sağlamlıq, 2024, №1, s.73-77. https://publichealth.az/detail/19; https://publichealth.az/img/s.73-77%20(1).pdf
9. Ələkbərov, A.F. Mehdiyeva, A.H. Cəfərova, R.H.Musayev. Əhali arasında qan dövranı sistemi xəstəliklərinin yayılmasında qidalanma davranışının rolu. İctimai sağlamlıq, 2024, №1, s. 33-38. https://publichealth.az/img/s.33-38%20(3).pdf
10. M.K.Hüseynzadə. Miopiyanın məktəblilər arasında səciyyəvi cəhətləri. İctimai sağlamlıq, 2024, №1, s. 61-66. https://publichealth.az/img/s.61-66%20(1).pdf
11. Ailə planlaşdırılmasında və abortla mübarizədə kontraseptivlərin roluna tibbi, sosial və teoloji baxışlar. 2023 * Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri №1; Bakı * 68-71 * Aslanova N.F., Həbibova K.H.
12. Qidalanmaya biososial və tibbi yanaşmalar. 2023 * Azərbaycan təbabətinin müasir nailiyyətləri, №1, Bakı * 88-93 * Əşrəfli İ.A., Hacıyeva Y.H.
13. About eating disordes deppending on age. 2023 * World Youth studies : Congress - Baku * 193 * Chobanov R.Ə., Bakhisli F.T., Taghiyeva A.A.
14. Əhalinin qida davranışının pozulmasında hiperxolesterinemiyanın rolunun qiymətləndirilməsi. 2022 * Azərbaycan Respublikasında “Şuşa ili”nə həsr olunmuş “Təbabətin aktual problemləri 2022” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları, 24-25 may, Bakı * Çobanov R.Ə., Hacıyeva Y.H.
15. İnterdependence of hypercholesterolemia and caloric content of food consumed by the population. 2022 * I International Scientific conference. Ukraine * 27-28.10. * 40 * Hajiyeva Y.
16. Əhalinin qidalanma davranışının vəziyyəti, onun sağlamlığa və qeyri-infeksion xəstəliklərin inkişafına təsiri. 2021 * Azərbaycan təbabətinin müasir nailiyyətləri №1, Azərbaycan * 28-34 *R.Ə.Çobanov, Y.H.Hacıyeva., M.Ə.Məhərrəmov
17. Гиперхолестеринемия - как маркер изучения пищевого поведения взрослого населения. 2021 * Лечащий врач №6, Беларусь *41-43*Чобанов Р.Э., Я.Х. Хаджиева
18. Səhiyyə müəssisələrində maliyyə menecmenti. 2021 * Azərbaycanın görkəmli elm xadimi Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təbabətin aktual problemləri – 2021 mövzusunda beynəlxalq elmi-praktik konqresin materialları. 6-8 oktyabr. Bakı * 279-280 * Əliyev E.A.
19. Şəhər əhalisi arasında xronik qəbizliyinin tibbi-sosial əhəmiyyəti, onun yayılması səviyyəsi və risk amilləri. 2019 * İctimai sağlamlıq və səhiyyə VI cild * 240-246 * Musayev R.H., Ağayev A.Ə., Liftiyev R.B., Babayev P.N
20. Проблемы общественного здоровья в коране//Фундаментальные исследования. – 2013. – № 1 (часть 3) – С. 660-665; https://fundamental-research.ru/ru/article/view?id=31006
21. Влияние ислама на формирование здорового образа жизни и профилактики СПИДа//Успехи современного естествознания, №5, Москва, 2010, с. 115-117. https://natural-sciences.ru/ru/article/view?id=8149
“Azərbaycanda Multimədəni, Plüralistik Vətəndaş Cəmiyyətinin Perspektivləri" layihəsi üzrə konfransda moderator-layihə rəhbəri, 2015_Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonları
“Tolerantlıq-əxlaqi davranış və mədəniyyət məsələsi kimi” layihəsi üzrə elmi-praktik konfransda moderator-layihə rəhbəri, 2014_İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala və balakən yerli icra orqanları ilə birgə
(2021-2023) Aslanova Nigar Fuad qızı-Mövzu: “Abortla mübarizədə səhiyyə müəssisələrində və qadınlar arasında maarifləndirmədə humanist yanaşmalar”
(2022-2024) Hüseynzadə Məhərrəm Kərim oğlu-mövzu: “Miopiyanın formalaşmasının risk amilləri və onları idarəetmə yolları”
(2023-2025) Qurbanov Hikmət Nüsrət oğlu-mövzu: “İnformasiya sistemlərinin səhiyyədə tətbiq imkanları və idarəolunmasının xüsusiyyətləri”
(2024-2026) Mahmud Yusifov Səxavət-mövzu:“Səhiyyə xidmətlərində informasiya texnologiyalarının istifadəsinin effektivliyi”
(2024-2026) Natiq Həsənzadə Murad-mövzu:“Tibb işçiləri ilə pasientlər arasında kommunikativ davranışların idarəolunma xüsusiyyətləri”