Bioqrafiya
1988-ci ildə Bakı şəhərinin 214 saylı məktəbin 1-ci sinifinə başlamış, 1998- ci ildə həmin məktəbi bitirmişdir. 1998-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakultəsinə daxil olmuşdur. 2003-cü ildə ATU-nu fərglənmə diplomu ilə bitirmiş, 2003-2005 ATU-nin Ortopedik stomatologiya kafedrasında kliniki ordinaturanı keçmişdir. 2006-cı ildən 2022 ilə kimi ATU-nun Ortopedik stomatologiya kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2022-ci ildən Azərbaycan Tibb Universitetinin Tibb və sağlamlıq elmləri təhsili kafedrasında assistent vəzifəsində çalışıb, 2024-cu ildən hal-hazıra qədər həmin kafedrada baş müəllim, eyni zamanda kafedra müdirinin elmi işləri üzrə müavini vəzifəsində çalışır.İngilis və Rus dillərində sərbəst bilir. Çalışdığı müddət ərzində Tibb təhsili sahəsində 12 tezisin müəllifidir.
Akademik fəaliyyət
2006 – 2022 ATU-nin Ortopedik stomatologiya kafedrasında baş laborant;
2022 – 2024 ATU-nin Tibb və sağlamlıq elmləri təhsili kafedrasında assistent;
2024 – hal-hazıra kimi ATU-nin Tibb və sağlamlıq elmləri təhsili kafedrasında baş müəllimi və elmi işlər üzrə müdir müavini
Təhsil
1988 – 1998 Bakı şəhəri 214 saylı orta məktəb;
1998 – 2003 Ali təhsil Azərbaycan Tibb Universiteti;
2003 – 2005 ATU-nin Ortopedik stomatologiya kafedrasında kliniki ordinatura
Peşə və pedaqoji inkişaf
5. İnternational of Conference on Medical Education (ICME) 2023 07.10. – 10.10.2023 (Məruzə)
6. Türkiyənin Başkent Universitetində təşkil olunan XIII Ulusal Tıp Eğitimi Konqresi (UTEK23) – 16.11. – 18.11.2023 (Poster)
7.ÜST təşkil etdiyi “İmmunizasiya üzrə Tədris proqramlarının təkmilləşdirilməsi” üzrə seminar – 15.12. – 20.12.2023
8.I Müalicə-profilaktika fakültəsinin 50 illik yubileyinə həsr olunmuş elmi konfrans, 1 may 2024
9. “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqres, 7 may 2024
10. “Təməl İlk Yardım treyninqi” sertifikat proqramı (16 saat), 1-31 may, 2024, Ege Universiteti
11.“Tədqiqat texnikaları təlimi” sertifikat proqramı (16 saat), 1-31 may, 2024, Ege Universiteti
12.ÜST təşkil etdiyi “Himayəçilər və Pasiyentlərlə Vaksinasiya ilə bağlı Kommunikasiya” üzrə təlim 24.09.2024
Elmi araşdırma sahəsi
Tibb təhsili, effektiv tədrisin təşkil edilməsi məqsədilə böyük və kiçik qruplarda tətbiq edilən tədris metodlarının, eləcə də bacarıq təlimləri üçün standartların araşdırılması və tətbiqi. Müxtəlif qiymətləndirmə-dəyərləndirmə üsullarının (OSCE, OSPE, DOPS, Mini-CEX və s.) araşdırılması və onların tətbiq sahələrinin müəyyənləşdirilməsi.
Üzv olduğu qurum
Səhiyyə Mütəxəssislərinin təhsili üzrə Beynəlxalq Assosiasiya