Cavadlı Samir
Kafedra müdiri
Cavadlı Samir

orcid 0000-0001-8971-9895


Google Scholar J-HqFzwAAAAJ&hl=en


orcidTibb və sağlamlıq elmləri təhsili kafedrası


orcid scavadov@amu.edu.az

Bioqrafiya

1997-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi profilaktika fakultəsinə daxil olmuşdur. Tələbəlik illərində, 1998-ci ildən Tələbə Elmi Cəmiyyəti xətti ilə ATU-nun Klinik-Mikrobiologiya labarotoriyasında çalışaraq, bu sayədə bilik və təcrubəsini artırmışdır.1998-2000-ci illərdə ATU Gənclər təşkilatının sədr müavini, 2000-2002-ci illərdə sədri olmuşdur. 2002-ci ildə ATU-nu bitirmiş,  2002-2003-ci illərdə Bakı şəhəri 4 saylı Klinik Şəhər Xəstəxanasında klinik həkim-laborant ixtisası üzrə internatura keçmişdir. 2003-cü ildən isə ATU-nun Klinik-Mikrobiologiya laborotoriyasında həkim vəzifəsinə təyin edilmişdir. 2004-ci ildən kafedrada “Limfoblastik leykamiyalı xəstə uşaqlarda sistem xarakterli kandidozun etiopatogenetik xüsusiyyətləri” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi tədqiqat işləri apararaq, 2009 – ci il tarixində dissertasiyasını rəsmi mudafiə edərək, 2010-cu ildə tibb üzrə fəlsəfə doktoru (t.ü.f.d.) alimlik dərəcəsi almışdır. Dissertasiya üzərində çalışarkən də eyni zamanda Azərbaycan Tibb Universitetində pedaqoji fəaliyyətlə də məşğul olmuş, belə ki, 2005-ci ildən saathesabı müəllim olmaqla Mikrobiologiya və immunologiya kafedrasında tədris aparmağa başlamışdır. 2010-cu ildən Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının assistenti, 2014-cü ildə baş müəllimi 2015-cü ildən 2022-ci ilə kimi isə dosenti vəzifəsində çalışmışdır.2022-ci ilin sentyabr ayının 7-dən isə dosent Samir Cavadlıya Universitetdə yeni yaradılan Tibb və sağlamlıq elmləri təhsili kafedrasının müdiri vəzifəsi həvalə edilmişdir. Pedaqoji fəaliyyəti ilə yanaşı eyni zamanda həm praktik həkim, həm də inzibati işləri də müvəfəqiyyətlə həyata keçirir. Belə ki, 2011-ci ildən ATU-nun Tədris Terapevtik Klinikasının Klinik Diaqnostik Laborotoriya şöbəsində həkim, 2014-cü ilin mart ayından 2015-ci ilin oktyabr ayına kimi Klinik-Diaqnostik Labarotoriyanın müdiri vəzifəsində çalışmışdır. 2016-cı ilin mart ayından 2017-ci ilin noyabr ayına kimi Azərbaycan Tibb Universitetinin Doktorantura və Dissertantura şöbəsinin müdiri, 2017-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına kimi isə Tədris və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bununla yanaşı bir çox komissiyalarda fəaliyyət göstərmişdir və davam edir. Amerika Mikrobioloqlar Cəmiyyətinin (ASM), Səhiyyə Mütəxəssisləri üzrə Təhsili üzrə Beynəlxalq Assosisasiyanın (The İnternational Association for Health Professions Education – AMEE), Avropa Klinik Mikrobiologiya və İnfeksion xəstəliklər Cəmiyyətinin (ESCMID), Azərbaycan Mikrobioloqlar və immunoloqlar İctimai Birliyinin üzvüdür və eyni zamanda Amerika Mikrobioloqlar Cəmiyyətinin (ASM) Azərbaycan üzrə ölkə təmsilçisidir (ASM Country Ambassador to Azerbaijan).Tibb təhsilinin inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 09.04.2021-ci il tarixli Fərmanı ilə “Tərəqqi" medalı ilə mükafatlandırılmışdır.

İngilis və Rus dillərində sərbəst bilir. 70-ə yaxın elmi məqalənin, 2 dərsliyin, 1 metodik tövsiyənin müəllifidir.

 

Akademik fəaliyyət

2005 – 2009 ATU-nun Mikrobiologiya, immunologiya və virusologiya kafedrasında müəllim;

2009 – 2013 ATU-nun Mikrobiologiya, immunologiya və virusologiya kafedrasında Assistent;

2013 – 2014 ATU-nun Mikrobiologiya, immunologiya və virusologiya kafedrasında Baş müəllim

2014 – 2022 ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent;

2022 – hal-hazıra kimi ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasının müdiri, dosent

Təhsil

1986 -1996 Göyçay şəhər M.Füzuli adına 6 saylı orta məktəb;

1997 – 2003 Ali təhsil Azərbaycan Tibb Universiteti;

2004 – 2009 Tibb üzrə fəlsəfə doktoru Azərbaycan Tibb Universiteti

Nailiyyətlər (adlar)

09.04.20121 “Tərəqqi” medalı

Tibb Təhsili üzrə Beynəlxalq Konfransa (ICME) dəyərli töhfəyə görə təşəkkürnamə 9 – 10 oktyabr 2023 Bakı

Peşə və pedaqoji inkişaf

“Təməl səviyyə Word-Excel” sertifikat proqramı (16 saat), 01-31 Dekabr 2023, Ege Universiteti

“Təməl İlk Yardım treyninqi” sertifikat proqramı (16 saat), 01-31 Dekabr 2023, Ege Universiteti

“Basic Academic Writing Skills” certificate programme (16 hour), 01-31 December 2023, Ege University

“Tədqiqat texnikaları təlimi” certificate programme (16 saat), 01-31 Dekabr 2023, Ege Universiteti

“Basic Latex Package Certificate Program For Academic Level” (16 hour), 01-31 Dekabr 2023, Ege Universiteti

“Designing, Conducting and Utilizing Applied Qualitative Health Research” webinar series, 21.09 - 14.12. 2023, McMaster University

“İmmunizasiya üzrə Tədris proqramının Təkmilləşdirilməsi” seminar, 15-20 dekabr 2023, WHO Azərbaycan

TUFH2023 “Sərhədlərdən kənar: Öyrənmə mədəniyyəti vasitəsilə sağlamlıq bərabərliyi”, 23.10 - 27.10.2023, Şarjah, BƏƏ

“Effektiv təqdimata dair texnikalar” mövzusunda vebinar (1 saat), WHO Azərbaycan, 02.06.2023

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Daxili keyfiyyət təminatı mexanizmləri"nə dair 1-ci Modul ekspert təlimi, Bakı, 2023, İD: 100155

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Xarici keyfiyyət təminatı"na dair 2-ci Modul ekspert təlimi, Bakı, 2023, İD: 200155

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarlar"na dair 3-cü Modul ekspert təlimi, Bakı, 2023, İD: 300155

""CORE" Clinically Oriented Reasoning Examination" kurs, Samsun, Türkiyə, 19-22 May 2022

"Təməl Tədrisçi inkişafı" təlim (60 saatlıq), ÜST, Azərbaycan, dekabr 2021

"Seminar on Malaria Prevention and Control for Belt and Road Countries", Jiangsu İnstitute of Parasitic Diseases, China, 19.10.2021 - 01.11.2021, İD №21A0777023

"Komanda quruculuğu" kursu, Azərbaycan, 28.08.2021 - 29.08.2021

"IV Cloning Course"in Inonu University, 27/05/2013 - 31/05/2013 Aydin, Turkey

Practical Laboratory Training of Notifiable Parasitic Diseases, Certificate, 10/12/2012 – 14/12/2012, Ankara, Turkey

Training in Central Laboratory of Ondokuz Mayis University, Certificate, 01/02/2010 – 01/03/2010, Samsun, Turkey

3rd Disinfection, antisepsis and Sterilization – Practice Course, Certificate, 08/02/2010 – 12/02/2010, Ankara, Turkey

Training in Microbiology and clinical microbiology department of Ege University. 16/06/2008– 27/06/2008 Izmir, Turkey

Use of molecular methods in determining of antimicrobial resistance - Practice Course, 09/06/2008 – 13/06/2008, Ege University, Izmir, Turkey

Training in Microbiology and clinical microbiology department of Yeditepe University, 01/06/2007– 30/07/2007 Istanbul, Turkey

 

Kitab

Javadov S.S., Qarayev Z.Ö., Əliyeva H.M., Seyidova G.M., Qurbanov A.İ. Microbiology and İmmunology (Laboratory manual in general microbiology) / Dərslik, “MSV Nəşr” Nəşriyyatı, Bakı 2018

Qədirova H.Ə., Cavadlı S.S., Novruzova M.S., Qurbanova S.F., Muradova S.A., Bayramova R.S.,

Süleymanova T.H., Qasımova M.Ç., Hüseynova R.M. Tibbi parazitologiya. Dərslik, Təbib nəşriyyatı, Bakı 2024

Məqalə

Jon Salmanton-García, Pauline Wipfler, Janina Leckler, Pontus Nauclér, Patrick W Mallon, Patricia CJLB Verhagen, Heinz-Joseph Schmitt, Ullrich Bethe, Ole F Olesen, Fiona A Stewart, Kerstin Albus, Oliver A Cornely, Martin Busch, Ulrike Seifert, Andreas Widmer, Miki Nagao, Jordi Rello, Tatina Todorova, Sabina Cviljević, Christopher H Heath, Ligita Jančorienė, Thea Koelsen Fischer, Hans Martin Orth, Isik Somuncu Johansen, Mehmet Doymaz, Athanasios Tragiannidis, Samir Javadli.Prediciting the next pandemic :  VACCELERATE ranking of the World Health Organization's Blueprint for Action to Prevent Epidemics / Travel Medicine and Infectious Disease (Q1: IF-5.69), 2024 (57) 102676, p.1-6,

 


orcid DOI

Məqalə

Turan S .Harmancı H., Javadli S., Durak H.İ. Enhancing teaching and learning in health in Azerbaijan: WHO's contributions (2020 - 2023) / TUFH 2023, Sharjah UAE, 23.10 – 26.10.2023, TUFH Documentary – TUFH365

Ismayılova R.İ., Baylarov R.O., Javadli S.S. Biosafety as an area of study / The Modern Achieviment of Azerbaijan Medicine, Baku, №2, 2023, p.3-9

Taqiyeva N.A., Javadlı S.S., Taqiyev B.T. The study of intestinal microbiota in patients with Metabolic syndrome and Type 2 diabet. / The Modern Achieviment of Azerbaijan Medicine, Baku, №1, 2023, p.73 – 78

Məqalə

Huseynov R.M., Javadli S.S., Osmanov A., Xasıyev Sh., Valiyeva S.R., Almammadova E., Denning D. The Burden of Serious Fungal Infections in Azerbaijan/ Therapeutic Advances in Infectious Disease (online), 2021, p.1-13 (Q1: IF-4.04),


orcid DOI

Məqalə

Huseynov R.M., Javadli S.S., Kadirova H.A., Bozdogan B., Asgarova Sh.M., Taqiyev B.T., Karaltı İ., Bayramov A.K. / Azole and amphotericine B reisitance strains of Aspergillus fumigatus, isolated from clinical specimens / Biomedicine, 2020, №3, p.10-15,


orcid DOI

Məqalə

Huseynov R.M., Javadov S.S., Taqiyev B.T., Karalti İ. Pulmonary Aspergillosis: A Case Report of Invasive Aspergillosis Caused by Aspergillus fumigatus / The Journal of Fungus, 2020, p.101-104 (IF-5.816)

Huseynov R.M., Javadov S.S., Kadirova H.A., Bozdoğan B., Orayshin E., Asgarova S.M., Taqiyev B.T., Karalti İ., Denning D. / Azole- and amphotericin B-resistant Aspergillus fumigatus strains isolated from clinical specimens and environment in Azerbaijan / 9th Advances Against Aspergillosis and Mucormycosis (2020)

Huseynov R.M., Javadov S.S., Kadirova H.A., Asgarova S.M., Taqiyev B.T., Karalti İ., Hashimova L.N. /Allergic broncho-pulmonary aspergillosis as complication of bronchial asthma / Medical News,Belarus 2020, p. 61-63

Huseynov R.M., Javadov S.S., Kadirova H.A., Asgarova S.M., Taqiyev B.T., Karalti İ., Hashimova L.N. / Diagnostic Significance of Aspergillus Species Isolated from Clinical Specimens / The Journal of Fungus 2020, 1(11), p.94-100 (IF-5.816)

Bayramov A.K., S.S.Javadov, Sadiyeva N.A. Frequency of intestinal parasites in children / 3rd Eurasia İnfection Diseases congress, Baku 2009, p.183-184

Javadov S.S., Suleymanova Т.Х. Candida colonisation of intestinal tarct and developming of systemic candida infection in patients with leukemia / Georgian Medical Nеws, №5 (170), 2009, p. 61-63, Tbilisi, EID: 2-s2.0-70349767200

Üzv olduğu qurum

Səhiyyə Mütəxəssislərinin təhsili üzrə Beynəlxalq Assosiasiya  

Amerika Mikrobioloqlar Cəmiyyəti (ASM), ABŞ, ID: 40161824

Amerika Mikrobioloqlar Cəmiyyətinin (ASM) Azərbaycan üzrə ölkə təmsilçisi

Avropa Klinik Mikrobiologiya və İnfeksion xəstəliklər Cəmiyyəti (ESCMID), ID: 135261

Mikrobioloqlar və immunoloqlar İctimai Birliyi, Azərbaycan

Gənclərin elmi araşdırmalarına dəstək (GEAD) İctimai Birliyi, Azərbaycan

Tibb üzrə fəlsəfə doktoru

Tibbi mikrobiologiya və immunologiya kafedrasının assistenti Ravil Hüseynov “Azərbaycanda azollara davamlı Aspergillus fumigatus ştamlarının genetik aspektləri”

Tibbi mikrobiologiya və immunologiya kafedrasının doktorantı Nuranə Taqiyeva “Metabolik sindrom və 2-ci tip şəkərli diabeti olan xəstələrdə bağırsaq mikrobiotasının öyrənilməsi”