Parviz Babayev
Assistent
Parviz Babayev

orcid 0009-0006-4133-3778


orcidİctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası


orcid [email protected]

Bioqrafiya

Doktor Pərviz Babayev 1996-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun farmasiya fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra  Bakı şəhəri 27 saylı aptekdə provizor ixtisası üzrə internatura keçib. 2000-2005- ci illər ərzində Bakı şəhəri V.Axundov ad. Milli E.T.T.P. institutunda elmi işçi vəzifəsində çalışmışdır.

            Doktor Pərviz Babayev 2005-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında fəaliyyətini davam etdirir.

            Doktor P.Babayev 2010-cu ildən bu günədək Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistentidir. Azərbaycan Tibb Universitetinin assistenti kimi doktor  P. Babayevin səhiyyə sahəsində gələcək mütəxəssislərin formalaşmasında rolu danılmazdır.

Doktor  P. Babayev eyni zamanda kafedranın elmi-tədqiqat işlərinin yerinə yetirilməsində aktiv iştirak edir. O, səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması, səhiyyə xidmətinə çıxış imkanları və səhiyyə siyasəti kimi mövzularda nüfuzlu jurnallarda çoxsaylı məqalələr dərc edib. Fəaliyyəti müddətdə özünü əməksevər, təşəbbüskar təşkilatçı bir işçi və intizamlı müəllim kimi tanıtmışdır. Bununla da o, kafedra və tələbə kollektivi arasında dərin hörmət qazanmışdır. Bir müəllim kimi o, təcrübə məşğələlərini elmi-nəzəri səviyyədə aparır, tədris-metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edir, eyni zamanda özünün elmi biliklərinin yüksəldilməsi üzərində müntəzəm çalışır.

Akademik fəaliyyət

  1. Assistent Azərbaycan Tibb Universiteti * 2010 – hal-hazıradək
  2. Baş laborant  Azərbaycan Tibb Universiteti * 2005 - 2010

Təhsil

  1. Tibbi – profilaktika  ixtisası üzrə bakalavriat
  2. Azərbaycan Tibb Universiteti * 1991 – 1996