Bioqrafiya
Doktor Rafail Musayev 1978-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra 1979-ildə internaturanı bitirib, 1980-ildən xəzər dəniz gəmiçilik idarəsinin poliklinikasında terapiy şöbəsinin müdiri, 2000-ildən isə xəmin poliklinikada baş həkim vəzifəsində çalışmışdır.
Doktor Rafail Musayev 2012-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında fəaliyyətini davam etdirir.
Doktor Rafail Musayev 2012-cu ildən bu günədək Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistentidir. Azərbaycan Tibb Universitetinin assistenti kimi doktor Rafail Musayevin səhiyyə sahəsində gələcək mütəxəs-sislərin formalaşmasında rolu danılmazdır.
Doktor Rafail Musayev eyni zamanda kafedranın elmi-tədqiqat işlərinin yerinə yetirilməsində aktiv iştirak edir. O, səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması, səhiyyə xidmətinə çıxış imkanları və səhiyyə siyasəti kimi mövzularda nüfuzlu jurnallarda çoxsaylı məqalələr dərc edib. Fəaliyyəti müddətdə özünü əməksevər, təşəbbüskar təşkilatçı bir işçi və intizamlı müəllim kimi tanıtmışdır. Bununla da o, kafedra və tələbə kollektivi arasında dərin hörmət qazanmışdır. Bir müəllim kimi o, təcrübə məşğələlərini elmi-nəzəri səviyyədə aparır, tədris-metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edir, eyni zamanda özünün elmi biliklərinin yüksəldilməsi üzərində müntəzəm çalışır.
Akademik fəaliyyət
Assistent
Azərbaycan Tibb Universiteti * 2012 - hal-hazıradək
Təhsil
Müalicə-profilaktika ixtisası üzrə bakalavriat
Azərbaycan Tibb Universiteti * 1972 – 1978