0000-0003-0786-1607
We0xVkMAAAAJ&hl
Tibb və sağlamlıq elmləri təhsili kafedrası
aydan.gadimli@amu.edu.az
Bioqrafiya
Qədimli Aydan İsrafil qızı 2010-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə “Əczaçılığın texnologiyası” ixtisası üzrə magistr təhsili almışdır. 2017-2018-ci illərdə “Zeytun Pharmaceuticals” MMC-nin tabeliyində olan “Nəsimi-125” saylı “Aspirin” aptek məntəqəsində provizor vəzifəsində çalışmışdır. 2018-2021-ci illərdə Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında “Əczaçılıq kimyası və farmakoqnoziya” ixtisası üzrə doktorantura təhsili almışdır. 2021-ci ildən 2022-ci ilə qədər Farmakoqnoziya kafedrasında baş laborant kimi fəaliyyət göstərmişdir. 2021-2022-ci tədris ilində Əczaçılıq fakültəsinin bakalavr pilləsində yekun dövlət imtahanları üzrə Dövlət Attestasiya Komissiyasının məsul katibi olmuşdur. Azərbaycan Tibb Universitetinin Türkiyənin Hacəttəpə Universiteti arasında bağlanmış müqaviləyə əsasən 2019-2020-ci illərdə Hacəttəpə Universitetinin Farmakoqnoziya kafedrasında elmi ezamiyyətdə olmuş və dissertasiya işinin bir hissəsini Hacəttəpə Universitetində yerinə yetirmişdir. 2022-2024-cü illərdə Tibb və sağlamlıq elmləri təhsili kafedrasında assistent kimi fəaliyyət göstərmişdir. Çalışdığı müddət ərzində 10 məqalə, 18 tezis və 2 farmakopeya məqaləsinin müəllifidir. Məqalələrdən altısı Web of Science, Scopus, Publons bazalarına daxil olmuş və impakt faktoru 4,932 olan “Metabolites”, 6,312 olan “Antioxidants” və 0,809 olan “Chemistry of natural compounds” jurnallarında dərc olunmuşdur. 2024-cü ildən hal-hazıra qədər Tibb və sağlamlıq elmləri təhsili kafedrasında baş müəllim, eləcə də həmin kafedranın tədris işləri üzrə müdir müavini vəzifəsində çalışır
Akademik fəaliyyət
2021-2022 ATU-nun Farmakoqnoziya kafedrasında baş laborant
2022-2024 ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasında assistent
2024- hal hazıra qədər ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasında baş müəllim və tədris işləri üzrə müdir müavini
Təhsil
2010-2014 Bakalavr Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan
2014-2016 Magistratura ATU, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası, “Əczaçılığın texnologiyası” ixtisası
2018-2021 Doktorantura ATU, Farmakoqnoziya kafedrası, “Əczaçılıq kimyası və Farmakoqnoziya” ixtisası
Peşə və pedaqoji inkişaf
Noyabr-dekabr, 2018 “Conduct of Scientific Research. İntroduction to Biostatistics and Epidemiology”, Psixoloji sağlamlıq mərkəzi, Bakı, Azərbaycan
20-22 dekabr, 2021 “Dərman tətbiqləri təlimçinin” təlimi, ATU, Bakı, Azərbaycan
15-24 fevral, 2022 “Təməl tədrisçi inkişafı” təlimi ATU, Bakı, Azərbaycan
Aprel 2022 “Nüvə maqnit rezonans spektroskopiyasının kimyada tətbiqi” təlimi, AZMİİB Kimya Departamenti, Bakı, Azərbaycan
10-14 aprel, 2023 USAID-in maliyyə dəstəyi ÜST-nin Ölkə ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” lahiyyəsi çərçivəsində İcma yönümlü səhiyyə xidmətinin tətbiqi Bakı, Azərbaycan
9 və 19 aprel, 2023 Workshop for development of learning plan based on WHO-ASPHER competencies for public health capacity group Bakı, Azərbaycan
6 iyun 2023 Effektiv təqdimata dair texnikalar (onlayn)
8 oktyabr, 2023 "Quantitative research in medical education-choosing the right design and the test" Bakı, Azərbaycan
16-18 noyabr, 2023 "Puanlayıcı Hataları ve Puanlayıcı Hatalarını Azaltmak Adına Alınabilecek Önlemler" Ankara, Türkiyə
24 noyabr 2023 Səhiyyə işçiləri üçün kommunikasiya bacarıqları (onlayn)
15-19 dekabr 2023 İmmunizasiya üzrə tədris proqramının təkmilləşdirilməsi Bakı, Azərbaycan
24 sentyabr 2024 Himayəçilər və Pasiyentlərlə Vaksinasiya ilə bağlı Kommunikasiya Bakı, Azərbaycan
TƏLİMÇİ KİMİ FƏALİYYƏTLƏRİ:
Elmi araşdırma sahəsi
Məqalə
1.Qədimli, A., Süleymanova, T., İsayev, C. (2024). Azərbaycanda yayılan bəzi acıçiçək növlərinin antibakterial və antifunqal təsir xüsusiyyətləri. Azərbaycan Tibb Jurnalı, (2), 131–135. https://doi.org/10.34921/amj.2024.65.47.001
2.İsayev, C., Hacıyeva, E., Babayeva, N., Səfərova, N., Cəfərova, G., Qədimli, A., (2024) Azərbaycanın Naxçıvan dağlıq geobotanik ərazisində həzm sistemi xəstəliklərinin müalicəsinə dair etnofarmakoloji tədqiqat. Azərbaycan Tibb Jurnalı, (4), 151–157.
3.İsayev, C., Hacıyeva, E., Mustafayeva, X., Yaqubov, K., Babayeva, N., Səfərova, N., Qədimli, A., Cəfərova, G. (2024). Azərbaycanın Zuvand geobotanik ərazisində tənəffüs sistemi xəstəliklərinin müalicəsinə dair etnofarmakoloji .https://doi.org/10.34921/amj.2024.3.021
4.Olennikov, D.N., Kashchenko, N.I., Gadimli, A.I. et al. Polysaccharides from Three Species of Gentiana. Chem Nat Compd 58, 799–803 (2022). https://doi.org/10.1007/s10600-022-03801-y
5.Gadimli, A. I. (2021). The study of antioxidant activity of willow gentian (Gentiana asclepiadea L.) extracts. Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal, 21(2), 29-33.
6.İsayev C. İ., Qədimli A. İ. (2020) Gentiana septemfida L. (Yeddidilim acıçiçək) bitkisinin yayılma arealının və xammal ehtiyyatının öyrənilməsi. Tibb və Elm jurnalı, №3 21, s. 48-52
7.Olennikov, D. N., Gadimli, A. I., Isaev, J. I., Kashchenko, N. I., Prokopyev, A. S., Kataeva, T. N., Chirikova, N. K., & Vennos, C. (2019). Caucasian Gentiana Species: Untargeted LC-MS Metabolic Profiling, Antioxidant and Digestive Enzyme Inhibiting Activity of Six Plants. Metabolites, 9(11), 271. https://doi.org/10.3390/metabo9110271
8.Olennikov, D. N., Kashchenko, N. I., Chirikova, N. K., Vasil’eva, A. G., Gadimli, A. I., Isaev, J. I., & Vennos, C. (2019). Caffeoylquinic Acids and Flavonoids of Fringed Sagewort (Artemisia frigida Willd.): HPLC-DAD-ESI-QQQ-MS Profile, HPLC-DAD Quantification, in Vitro Digestion Stability, and Antioxidant Capacity. Antioxidants, 8(8), 307. https://doi.org/10.3390/antiox8080307
9.İsayev C.İ., Qədimli A.İ., Əliyeva A.Ə. (2019) Gentiana gelida bitkisinin farmakoqnostik tədqiqi, Azərbaycan təbabətinin müasir nailiyyətləri jurnalı, №2
10.İsayev C.İ., Qədimli A.İ. (2019) Acıçiçək növlərinin farmakoqnostik tədqiqi və tibbdə istifadəsi, Sağlamlıq,elmi-praktik jurnal, №1, 34-42 s.
Ön Çap
1. Piylənmə, onun digər xəstəliklərlə əlaqəsi - Obesity, its relationship with other diseases, features of phytotherapy in the prevention and treatment, https://www.researchgate.net/publication/343362868, 2020
2. Koronavirus və digər kəskin respirator virus infeksiyalarının müalicəsində fitoterapiyanın özəllikləri - The role of phytotherapy in the treatment of coronavirus and other acute respiratory viral infections, https://www.researchgate.net/publication/343206481, 2020
3. Benefits of detox, https://www.researchgate.net 348277504, 2021
4. Arterial hipertoniya və arterial hipotoniya xəstəliklərinin fitoterapiyası- Phytotherapy of hypertension and hypotension, https://www.researchgate.net/publication/357974504, 2022
5. Giləmərzə - Pulqar yarpızı – Menhta pulegium L. – European pennyroyal - Мята блошница - Filiskin, Yarpuz Xalq təbabətində, elmi təbabətdə istifadəsi, kimyəvi tərkibinin öyrənilməsi.- Use in traditional and scientific medicine, study of its chemical composition of European pennyroyal, https://www.researchgate.net/publication/362558793, 2022