Bioqrafiya
Cəfərova İlhamə Məmməd qızı 1977 ci il oktyabrın 16-da anadan olmuşdur. 1984-cu ildə Şəki şəhəri 8 saylı orta məktəbin I sinfinə qəbul olunmuşdur, 1994-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1995 -2001-cü illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində təhsil almışdır . 01.08.2001-ci ildən 01.07.2002-ci ilədək Bakı şəhəri 6 saylı Şəhər Klinik Uşaq Xəstəxanasında həkim-pediatr internatura kursu keçmişdir. 2002-ci il 07 dekabr tarixindən Azərbaycan Tibb Universitetinin Uşaq xəstəliklərinin propedevtikası kafedrasına baş laborant vəzifəsinə işə qəbul olunmuşdur, 2011-ci ilin sentyabr ayından isə Terapevtik və pediatrik propedevtika kafedrasında baş laborant vəzifəsində fəaliyyətimi davam etdirmişdir.
2021ci ilin dekabr ayında ÜST tərəfindən təşkil olunmuş “Təməl Tədrisçi İnkişafı Proqramı” “Təməl Yaşam Dəstəyi” “Dərman tətbiqləri təlimçinin təlimi” təlimlərində iştrak edərək təlimçi sertifikatları almışdır
2022-ci ilin sentyabr ayından Azərbaycan Tibb Universitetinin Tibb və sağlamlıq elmləri təhsili kafedrasında baş laborant vəzifəsinə işə qəbul olunmuşdur 3 oktyabr 2022-ci ildən hal-hazıra qədər isə Tibb və sağlamlıq elmləri təhsili kafedrasında assistent kimi çalışır.
Xarici dillərdən rus dilini sərbəst və “pre - intermediate” səviyyəsində ingilis dili bilir, MS Office proqramları və SPSS statistika proqramında çalışmağı bacarır.
Çalışdığı müddət ərzində Tibb təhsili sahəsində 10 tezisin müəllifidir.
Akademik fəaliyyət
2002-2011 Baş laborant, pediatr Uşaq xəstəlikləri propedevtikası kafedrası, 6 saylı BŞX
2011-2022 Baş laborant ,pediatr Terapevtik və pediatrik propedevtika kafedrası,TTK
2022ci ildən Asistent Tibb və sağlamlıq elmləri təhsili kafedrası
Təhsil
1995-2001 - ATU, Pediatriya fakultəsi
2001-2002 - 6 saylı uşaq xəstəxanası, həkim-interna
Peşə və pedaqoji inkişaf
1.15 – 24 dekabr, 2021 “Təməl tədrisçi inkişafı” təlimi, ATU, Bakı, Azərbaycan.
2.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” mövzusunda Beynəlxalq elmi-praktiki konqres, 3-6 may, 2023
3. İnternational of Conference on Medical Education (ICME) 2023 07.10. – 10.10.2023 (Məruzə)
4. Türkiyənin Başkent Universitetində təşkil olunan XIII Ulusal Tıp Eğitimi Konqresi (UTEK23) – 16.11. – 18.11.2023 (Poster)
5. ÜST təşkil etdiyi “İmmunizasiya üzrə Tədris proqramlarının təkmilləşdirilməsi” üzrə seminar – 15.12. – 20.12.2023
6. I Müalicə-profilaktika fakültəsinin 50 illik yubileyinə həsr olunmuş elmi konfrans, 1 may 2024
7. “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqres, 7 may 2024
8. ÜST təşkil etdiyi “Himayəçilər və Pasiyentlərlə Vaksinasiya ilə bağlı Kommunikasiya” üzrə təlim 24.09.2024
TƏLİMÇİ KİMİ FƏALİYYƏTLƏRİ:
1.2022-ci ildən- hal hazıra qədər
“Pedaqoji peşəkarlığın inkişafı” təlimi, Azərbaycan Tibb Universiteti, Tibb və sağlamlıq elmləri təhsili kafedrası, Bakı, Azərbaycan
Elmi araşdırma sahəsi
Tibb təhsili, effektiv tədrisin təşkil edilməsi məqsədilə böyük və kiçik qruplarda tətbiq edilən tədris metodlarının, eləcə də bacarıq təlimləri üçün standartların araşdırılması və tətbiqi. Müxtəlif qiymətləndirmə-dəyərləndirmə üsullarının (OSCE, OSPE, DOPS, Mini-CEX və s.) araşdırılması və onların tətbiq sahələrinin müəyyənləşdirilməsi;
Sosial töhfə
ÜZV OLDUĞU QURUM:
Səhiyyə Mütəxəssislərinin təhsili üzrə Beynəlxalq Assosiasiya