Bioqrafiya
1955-ci ildə Xaldan orta məktəbinin 1-ci sinfinə daxil olmuşam, 1963-cü ildə həmin məktəbin 8-ci sinfini bitirib, Şəki pedaqoji texnikumunun ibtidai sinif müəllimi bölümünə daxil olmuşam.
1966-cı ildə Xaldan orta məktəbində sinif müəllimi işləmişəm. 1967-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşam, 1974-cü ildə oranı bitirmişəm. 1984-cü ildən 1988-ci ilə qədər Azərbaycan Tibb Universitetində nəşriyyatda korrektor vəzifəsində çalışmışam
Akademik fəaliyyət
1966-cı ildən Xaldan orta məktəbində ibtidai sinif müəllimi.
1988-ci ildən ATU-nun Azərbaycan dili kafedrasında baş laborant.
1989-cu ildən həmin kafedrada müəllim.
1995-ci ildə fil.ü.f.d. dərəcəsi elmi adını almışam.
2014-cü ildən Azərbaycan Tibb Universitetində dosent.
Təhsil
1955-1963 – orta məktəb.
1963 – Şəki rayonu pedaqoji texnikum.
1967-1974 – Bakı Dövlət Universitetinin filologiya fakültəsi.
Kitab
Azərbaycan dilində işlənən leksik-qrammatik şəkilçilər. Dərs vəsaiti. “Təbib” nəşriyyatı, Bakı 2022, 103 səhifə
Məqalə
1.Azərbaycan dilində omonim şəkilçilər. Filologiya məsələləri №7 “Elm və təhsil”, Bakı – 2022, səh. 222-229;
2. M.P.Vaqifin şeirlərinin dil xüsusiyyətləri. Filologiya məsələləri №8 “Elm və təhsil”, Bakı – 2022, səh. 313-319;
3. Azərbaycan dilinin inkişaf təmayülü: Dil və nitq. Filologiya məsələləri №9 “Elm və təhsil”, Bakı – 2022, səh. 91-97;
4. Morfologiyanın tədrisi məsələlərinin xüsusiyyətləri. Filologiya məsələləri №9 “Elm və təhsil”, Bakı – 2022, səh.106-111;
5. Azərbaycan dilində sinonim və antonim şəkilçilər. Dil və ədəbiyyat. Beynəlxalq Elmi-nəzəri jurnal 2 (119), Bakı-2022, səh.396-398;
6. Konstruktiv tipli toponimik vahidlərdə paralellik. AMEA, Terminologiya məsələləri №2, Bakı – 2022, səh. 38-41;
7. Şəki şivələrinin leksik xüsusiyyətləri. Filologiya məsələləri №10 “Elm və təhsil”, Bakı – 2022, səh. 21-27;
8. Qədim inamlar, etnik anlayışlar və məişətlə bağlı toponimlərdə paralellik. Filologiya məsələləri №11 “Elm və təhsil”, Bakı – 2022, səh. 3-8;
9. Müasir dövrdə ədəbi dilimizdəki bəzi yeniliklər. Gəncə Dövlət Universiteti. Elmi xəbərlər, fundamental, humanitar və təbiət elmləri seriyası №2, Gəncə 2022, səh.440-444;
10. Bədii mətn, bədii dil və bədii üslub. Bakı Qızlar Universiteti. “Elmi əsərlər” jurnalı №3. Bakı-2022, səh.33-40;
11. Müstəqil dövlətçilik ənənələri və dil məsələləri. Dil və ədəbiyyat. Beynəlxalq Elmi-nəzəri jurnal 3 (120), Bakı-2022, səh. 24-27;
12. Sosial-məişət anlayışlı toponimlərin paralelliyi. Filologiya məsələləri №15 “Elm və təhsil”, Bakı – 2022, səh. 71-76;
13. Qazi Bürhanəddinin “Divan”ında feilin məsdər forması. AMEA Nəsimi adına Dilçilik İnstitutu Tədqiqlər № 3-4 Bakı, 2022, səh. 50-53;
14. Qazi Bürhanəddinin “Divan”ında şəxs əvəzlikləri. Filologiya məsələləri №1 “Elm və təhsil”, Bakı – 2023, səh. 111-116;
15. Toponimik vahidlərdə sintaktik paralellik. Filologiya məsələləri №1 “Elm və təhsil”, Bakı – 2023, səh. 194-199;
16. “Kitabi Dədə Qorqud”da işlənən təyini söz birləşmələri. Filologiya məsələləri №2 “Elm və təhsil”, Bakı – 2023, səh. 18-23;
17. Ümumtürk arealında teonim anlayışlı paralel toponimlər. Filologiya məsələləri №2 “Elm və təhsil”, Bakı – 2023, səh.66-72;
18. “Kitabi Dədə Qorqud”un söz inciləri. Terminologiya məsələləri №1, 2023.