BİOQRAFİYA
Hüseynova İlhamə Yelmar qızı 1974-cü ildə anadan olmuşdur. 1991-ci il Şuşa şəhər 4 saylı orta məktəbi bitirib, həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuşdur. 1997-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirmişdir. 1997-1998-ci illərdə Bakı şəhər, Azərsu tikintisi xəstəxanasında «Pediatriya» ixtisası üzrə internatura keçmişdir. 2008-2015-ci ilə qədər Yeni həyat klinikasında, 2017-2019-cu illərdə Bakı şəhər 3 saylı Uşaq Somatik sanatoriyasında həkim pediatr vəzifəsində işləmişdir. 25.02.2019-cu il tarixində Azərbaycan Tibb Universiteti Doktorantura və Dissertantura şöbəsinə qəbul olmuşdur. 21.09.2023-cü ildə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasına baş laborant təyin edilmiş və hal -hazırda bu vəzifədə çalışır.
ELMİ ARAŞDIRMA SAHƏSİ
Uşaqlarda tənəffüs yolları xəstəliklərində sitokinlərin klinik-diaqnostik və proqnostik əhəmiyyəti.
Məqalə
Erkən yaşlı uşaqlarda kəskin respirator xəstəliklər zamanı İl-21 və γ-İNF səviyyəsi. Azərbaycan Tibb Jurnalı. №4, 2021.