Əliyeva İradə
Dosent
Əliyeva İradə

orcid 0009-0009-2711-0772


orcidSitologiya, embriologiya və histologiya kafedrası


orcid [email protected]

Bioqrafiya

Əliyeva İradə Oqtay qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə 20 saylı məktəbin birinci sinfinə getmiş. 1982-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Həmin il ATU-nun II müalicə-profilatika fakültəsinə daxil olmuş və 1988-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildən 1994-cü ilə qədər ATU-nun histologiya, embriologiya və sitologiya kafedrasında baş laborant vəzifəsində işləmişdir.

1994-cü ildə ailə vəziyyəti ilə əlaqədar işdən çıxmışdir. 2004-cü ildən həmin kafedraya assistent vəzifəsinə qəbul olmuşdur. Hal-hazırda həmin kafedrada dosent vəzifəsində işləyir.

“Normada və şiş transformasiyası zamanı sümük matriksi komponentlərinin immunhistokimyəvi tədqiqi və kliniki əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüşəm. 2015-ci il yanvar 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən №2 protokol qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm. Diplomun №: FD№09248

Azərbaycan, rus, ingilis dillərində sərbəst danışır, elmi məqalələr yazıram. Kompyuterdə bütün ofis və qrafik dizayn proqramlarından sərbəst istifadə edə bilirəm. Mətbuatda 35 elmi işlərim (13 yerli məqalə, 20 tezis, xaricdə 2 məqalə) çap olunmuşdur.

Ailəliyəm 3 övladım var.

Yoldaşım-Rəşidov Əlhəm Rahul oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub.

1988-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişdir. Hal-hazırda işləmir.

Qızım - Rəşidova Könül Əlhəm qızı 1989-cu ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Tibb Universitetini bitirib. EGE hospitalda həkim-oftalmoloq işləyir.

Qızım - Rəşidova Nigar Əlhəm qızı 1991-ci ildə Bakı şəhərində anadan olub. BDU-nun məzunudur. Azərbaycan Respublikası Milli Məclisdə baş məsləhətçi vəzifəsində işləyir.

Oğlum - Rəşidov Ruhaləmin Əlhəm oğlu 2000-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan İqtisad Universitetinin məzunudur. Azərbaycan Texniki Universitetin magistraturasında təhsil alır. “Təmiz qaz” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə departamentində maliyyəçi işləyir. İstanbul Doğuş Universitetinin doktorantıdır.

Əliyeva İ.O tibb ictimaiyyətinin hörmətli üzvüdür, onun bilik, bacarıq və təcrübəsi tələbələrin səhiyyənin təşkili sahəsində biliklərinin formalaşmasına və təkmilləşdirilməsinə böyük töhfə verir.

Akademik fəaliyyət

1988-ci ildən 1994-cü ilə qədər ATU-nun histologiya, embriologiya və sitologiya kafedrasında baş laborant vəzifəsində işləmişəm.

1994-cü ildə ailə vəziyyəti ilə əlaqədar işdən çıxmışam.

2004-cü ildən həmin kafedraya assistent vəzifəsinə qəbul olmuşam.

2005 -2022-ci  ildə baş müəllim vəzifəsində olmuşam .

2022-ci ildən hal haziradək dosent vəzifəsində çalışıram

Təhsil

ATU-nun II müalicə-profilatika fakültəsi

 1982-1988

Nailiyyətlər

Dosent

Məqalə

Morphofunctional properties of vascularization of dorsal root ganglia. Specificity of precapillary arterioles under light and electron microscopic study. (Danish Scientific Journal, 74, (ISSN 3375-2389). 2023


orcid DOI

Məqalə

Morphological peculiarities of extraorganic arterial vessels of spinal ganglia. Light and electron microscopic analysis. Slovak international scientific journal, ISSN 5782-5319, №74, 2023,


orcid DOI

Məqalə

Overview of aspect of vascular permeability of sensory spinal ganglia. II International Scientific and Practical Conference «Questions. hypotheses. answers: science XXI century», July 25-26, 2023, Toronto. Canada.


orcid DOI

Tezis

  1. Клинические, рентгенологиоческие и статистические методы исследование лимфомы кости. ATU-nun ETM-nin elmi-praktik jurnalı, “Sağlamlıq” №2, Bakı 2020.
  2. Sümüklərin iltihabi və şiş transformasiyası zamanı immunhistokimyəvi tədqiqatı. İnsan Genetikası və Genetik xəstəliklər: problemlər və inkişaf perspektivləri birinci Beynəlxalq Elmi Praktik Virtual Konfransının xəbərləri. Azərbaycan, Bakı may 30-31, 2020.
  3. Sümüklərin iltihabi  və şiş transformasiyası zamanı sitoloji tədqiqatı. Əməkdar Elm Xadimi, Tibb elmləri doktoru, professor Mina Müzəffər qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş  Beynəlxalq  Elmi Konfransın Materialları. Bakı sentyabr 25-26, 2020.
  4. Modern methods of diagnosis of malignant lymphoma of bones.  Norwegian Journal of development of the International Science № 70/2021, DOI: 10.24412/3453-9875-2021-70-1-31-35
  5. Uşaqlıq boynu karsinomalarında gözətçi limfa düyünlərinin aşkar edilməsi. “Təbabətin aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları, Bakı, ATU, 2022.
  6. Yumurtalıqların sistadenokarsinomalarının klinik-morfoloji xüsusiyyətləri ilə interleykin-2 arasında korrelyasion əlaqələr. “Təbabətin aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları, Bakı, ATU, 2022.
  7. Endometrial adenokarsinomalarda gözətçi limfa düyününün aşkar edilməsi və onların metastatik zədələnib-zədələnməməsinin təcili patohistoloji müayinə ilə müəyyənləşdirilməsi. “Təbabətin aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları, Bakı, ATU, 2022.
  8. Morphological deformation of the arterial vessels of sensory ganglia during acute experimental endotoxemia. The scientific heritage 2022.
  9. Long-term effects of lps-induced neuroinflammatoin on different brain areas. National and 1st international congress of Histology and Embryology 26-28 may 2022.