Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Akif Məmməd oğlu Bağırov 1976-cı ildə orta məktəbi bitirib Azərbaycan Tibb İnstitutuna qəbul olunmuş, 1982-ci ildə İnstitutu adlı təqaüdlə bitirmişdir. 1983-cü ilin sentyabrında Tibb İnstitutunun elmi şurasının qərarı ilə İnstitutun Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti seçilmişdir.

Akif Bağırov 1990-cı ilin fevral ayının 5-də Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda “Transvezikal adenomektomiya zamanı birincili və ikincili qanaxmaların profilaktikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O 1993-1997-ci illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində Orqan transplantasiyası bölümündə doktorantura keçmiş və bu dövrdə İstanbul Universiteti Araştırma fondu və TUBİTAK tərəfindən dəstəklənən 3 elmi lahiyə hazırlayaraq orqan transplantasiyası sahəsində ciddi elmi axtarışlar həyata keçirmişdir.

1997-ci ildən başlayaraq klinik və elmi fəaliyyətini Tibb Universitetinin urologiya kafedrasında davam etdirmiş və tibb aləmində yeni işlənib hazırlanan müalicə üsullarının, o cümlədən radikal prostatektomiya, parsial nefrektomiya, bir çox rekonstruktiv uroloji əməliyyatların ölkəmizdə geniş tətbiqinə nail olmuşdur. Respublikamızda və MDB məkanında ilk dəfə 1997-ci ilin sentyabr ayında total sistoprostatektomiya, Maynz-Pouch II siqmoid rezervuar və 1998-ci ilin aprelində radikal prostatektomiya əməliyyatlarını uğurla həyata keçirmişdir.

Akif müəllim 1998-ci ildə kafedranın dosenti seçilmiş və 2002-ci ildə dosent elmi adı almışdır. 2000-ci ildə “Renal transplantasiyada orqanın işemiyada qorunması üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək,  2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. O 2018-ci ilin mart ayının 14-də Azərbaycan Tibb universitetinin Urologiya kafedrasının professoru vəzifəsinə seçilmiş və 2023-cü ilin dekabr ayının 22-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülmüşdür.

Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, ingilis və rus dillərində müxtəlif ölkələrdə (Türkiyə, Qazaxıstan, Rusiya, ABŞ, Çin) nəşr olunmuş 109 elmi məqalənin, 2 metodik dərs vəsaitinin, “Türkcə-Azərbaycanca terminoloji tibb lüğəti”-nin, 2020-ci ildə nəşr olunmuş Tibb Universiteti tələbələri üçün “Urologiya” dərsliyinin, 4 monoqrafiyanın və 1 elmi ixtiranın, 7 səmərələşdirici təklifin müəllifidir.

Akademik fəaliyyət

1983 - 1986 – Azərbaycan Tibb İnstitutu, Urologiya kafedrası - baş laborant

1986 – 1998 – Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası – assistent

1998 – 2018 – Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası – dosent

2018 – Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası – professor

Təhsil

Orta məktəb: 1966-1976 - Şahbuz rayonu, Nurs kənd orta məktəbi

İnstitut: 1976 – 1982 – Azərbaycan Tibb İnstitutu, II müalicə-profilaktika fakultəsi

İnternatura: 1982 – 1983 – Respublika Klinik Xəstəxanası

Müəllimlik kursu: 1989 – Seçenov adına III Rusiya Tibb İnstitutu

Doktorantura: 1993-96 – İstanbul Universiteti, Cerrahpaşa Tıp Fakultesi

 

Nailiyyətlər (adlar)

1990 – cı il: Prostat adenomektomiyasında əməliyyatdan sonrakı erkən və gec qanaxmanın qarşısının alınması.Moskva.Tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyası.

2000 – ci il: Renal transplantasiya zamanı böyrəyin işemiyadan qorunma üsulları. Bakı. Tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya.

 

Elmi araşdırma sahəsi

1983 - 1991 – Prostat adenomektomiyası zamanı qanaxmaların profilaktikası.

1993 - 2000- ci ilər – Renal transplantasiya zamanı böyrəyin işemik zədələnmədən qorunma üsullarının işlənib hazırlanması və yeni pefuziya üsulunun praktik tətbiqi.

2001 – 2006 – ci illər – Hidronefroz zamanı subadventisial pieloureteroplastika metodunun işlənib hazırlanması və praktik tətbiqi.

2007 – 2015 – ci illər – Total sistoprostatektomiya zamanı sidiyin diversiya üsullarının öyrənilməsi.

2018 – 2025 – ci illər – Böyrəyin müxtəlif patalogiyalarında (renal karsinoma) parsial nefrektomiya zamanı işemiyanın öyrənilməsi.

Peşə və Pedaqoji İnkişaf

Renal transplantasiya təlim – 2007 - İstanbul Universiteti, Çapa Tıp Fakultesi

Urologiya təlim 2024, dekabr - Misir, El-Mənsuriyyə universiteti

Kitab
  1. Urologiyada diaqnostik alqoritmlər. Metodik dərs vəsaiti. Bakı. 2001.
  2. Kəskin və xroniki böyrək çatışmazlığı, hemodializ və periton dializi. Böyrək köçürülməsi. Metodik dərs vəsaiti. Bakı 2001.
  3. Управляемая локальная гипотермия при чреспузырной аденомектомии простаты. Соавтор: Джавадов Ф.Г. Баку 1992
  4. Böyrək köçürülməsi. Bakı, işıq Nəşriyyatı. 1998, 180 səh.
  5. Türkçə - Azərbaycanca Tibb Terminləri Lüğəti. Bakı 2009; 2015; 2019, 576 səh.
  6. Uroonkologiya. Həmmüəllif: İsmayılov V.Ə. Bakı 2012; 568 səh.
  7. Urologiya. Tibb Universitetləri üçün dərslik. Bakı, Şirvannəşr, 2020, səh.453
  8. Böyrək şişləri Bakı, Şirvannəşr, 2022, səh.251

 

Məqalə
  1. Prostat xərçəngi zamanı radikal prostatektomiya ilə bağlı ilk klinik təcrübələrimiz. Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı. 2002; N 1-2; Səh 43-47
  2. Sidik kisəsi xərçəngində radikal sistektomiya və Mainz pouch II siqma rezervuarı ilə bağlı ilkin klinik təcrübələrimiz Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı. 2002; N 1-2; Səh 47 – 51
  3. Yeganə böyrəkli və anuriyalı xəstədə eyni zamanda 5 müxtəlif cərrahi əməliyyat. Sağlamlıq Jurnalı. 2002; N 9: Səh 59-60
  4. Ginekoloji əməliyyat sonrası sekretor və ekskretor mənşəli anuriya və sidik peritonitinin birgə rastlanması klinik müşahidəmiz Sağlamlıq Jurnalı. 2002; N 10: Səh 57-58
  5. Uroloji əməliyyatlar zamanı irinli  iltihabi ağırlaşmaların profilaktikası. Azərbaycanda tibb elmi və praktik səhiyyənin  müasir  nailiyyətləri. 2004; Cild 1. Səh 13-19.
  6. Спонтанный разрыв почки у больных с гемангиомой почки и нефрогенной гипертонией Урология, № 6 Москва, Медицина 2005; Стр. 48-49
  7. Renal adenokarsinomada böyrək rezeksiyası. Klinik müşahidə. Sağlamlıq Jurnalı. 2006; N 4: Səh 154-157.
  8. Böyrək xərçənginin diaqnostikası və cərrahi müalicəsinin bəzi aspektləri. Cərrahiyyə, elmi-praktik jurnal 2006; N 2: Səh 76 – 82
  9. Hidronefroz ilə ağırlaşmış sidik kisəsi xərçəngi zamanı Maynz-Pouch siqma rezervuarı əməliyyatı. Azərbaycan Onkologiya və Hematologiya Jurnalı. 2008; N 1; səh 96 – 99 (həmmüəllif Е.C.Qasımov)
  10. Unilateral üçləşmiş böyrək, ureter triplikasiyası (trifid ureter) və natamam meqaureter anomaliyası – nadir klinik müşahidə. Sağlamlıq Jurnalı. 2008; N 7: Səh 157-162.
  11. Subadventisial pieloureteroplastika-ləyən sidik axarı seqmenti darlığına bağlı hidronefrozun cərrahi müalicəsin-də yeni üsul. Cərrahiyyə, elmi-praktik jurnal. 2008; N 2: səh.48 -55
  12. Sidik axarı önü aşağı boş vena anomaliyası. Nadir kliniki müşahidə Sağlamlıq Jurnalı. 2009; N 2: Səh 142 - 146. (həmmüəlliflər: Е.Y. Binnətova; C.А.Cəlilov; R.T. Hüseynzadə)
  13. Sidik axarının stendləşdirilməsi zamanı çətinliklər  və rast gəlinən ağırlaşmalar Sağlamlıq Jurnalı. 2010; N 6: Səh 179 - 184. (həmmüəllif: Е.Y. Binnətova)
  14. Uroloji praktikada ön lümbotomik kəsiyin tətbiqi haqqında Cərrahiyyə, elmi-praktik jurnal. 2013; N 2: səh.15 – 19
  15. An Asymptomatic intramural leiomyoma of bladder in male patient.Austin J Urology; 2014: N1(2); 3 pages (Coauthors:  JS Musayev,  AB Hasanov, E.Mammadov)
  16. Spontaneous rupture of the kidney in the patients with synchronous renal hemangioma and nephrogenic hypertension. Turkish Journal of Urology (indexed in pub-Med); 2015: volume 41; Issue 4: pages 231-234 (Coauthors:  JS Musayev)
  17. Yeganə böyrəyin xərçəngi və nefrolitiazı. Müalicə taktikası barədə Sağlamlıq Jurnalı; 2016: N4; səh. 200-203
  18. Sidik kisəsi xərçənginə görə radikal sistoprostatektomiya və ya qadınlarda sistektomiya zamanı urinar diversiya üsuluna bağlı klinik nəticələrimiz. Cərrahiyyə jurnalı; 2017: N 3: səh. 34-39
  19. Parsial nefrektomiya: göstərişlərin seçilməsinə müasir baxış və klinik təcrübələrimiz. Urologiya və reproduktiv təbabət jurnalı; 2018; Cild 1 N1: Səh 22-28
  20. Sporadik sinxron bilateral böyrəklərin həcmli törəmələri: klinik müşahidələrimiz və seçilən müalicə taktikası haqqında. Azərbaycan Onkologiya Jurnalı; 2018: N 2: Səh 86-89
  21. Subadventisial ureteroplastika ilə ləyən-sidik axarı seqmenti və sidik axarı-sidik kisəsi birləşməsi darlıqlarının eyni seansda cərrahi korreksiyası. Azərbaycan Tibb Jurnalı; 2018: N4: səh 97-101
  22. Böyrəkhüceyrəli karsinoma zamanı kontrlateral böyrəküstü vəziyə metas-taz üzrə klinik müşahidələr və müalicə taktikası. Azərbaycan Tibb Jurnalı; 2020: N2: səh 11-115
  23. Wunderlich sindromu ilə ağırlaşmış renal hemangioma xəstələri ilə bağlı klinik müşahidələrimiz. Cərrahiyyə, elmi-praktik jurnal; 2023: N 3: Səh 14-16
  24. Choosing method of renal iscaemia in partial nephrectomy. Cərrahiyyə, elmi-praktik jurnal; 2023: N 3: Səh 187-188 (Coauthor Jetro F.T)
  25. Total sistoprostatektomiya və qadınlarda çanağın ön ekzentrasiyası zamanı sidiyin diversiya üsullarının müqayisəli təhlili. Urologiya və reproduktiv təbabət jurnalı; Xüsusi Buraxılış: 2024: səh 50-58.
  26. Böyrəyin müxtəlif xəstəliklərində parsial nefrektomiya əməliyyatının seçilməsi haqqında. Urologiya və reproduktiv təbabət jurnalı; Xüsusi Buraxılış: 2024: səh 61-67.
  27. Subadventitial resection of the ureter – new method for surgical corrections of the ureteropelvic junction and ureterovesical jinction obstructions. Asian Journal of Urology Volume 10, Issue 2 Pages 195-200
Məqalə

Subadventitial dismembered pyelouretero-plasty – new surgical technique for correction of uretero-pelvic junction stenosis. Journal of clinical medicine of Kazakhstan 2021; N18(1): Pages  53-56


orcid DOI
Xarici qrantlar

1.İstanbul Universiteti, Araştırma Fondu, 1994

2.TUBİTAK, Türkiyə, 1995

3.İstanbul Universiteti, Araştırma Fondu 1996

 

Üzv olduğu qurum

1.Avropa Urologiya Assosasiyası

2.Dünya Türk Transplantasiya Assosasiyası

3.Azərbaycan Urologiya Assosasiyası

4.Azərbaycan Andrologiya Assosasiyası

5.Azərbaycan Endourologiya Assosasiyası