Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əlizadə Çingiz Şamil oğlu 15 iyun 1961-ci ildə Bakı şəhərində həkimlər ailəsində anadan olmuşdur. Orta təhsilini 1968–1978-ci illərdə Bakı şəhərində Azərbaycan Dəmir Yolunun 1 nömrəli orta məktəbində almışdır.

Orta məktəbi bitirdikdən sonra 06 dekabr 1978-ci ildən 01 sentyabr 1979-cu ilədək Bakı şəhərinin Təcili Yardım Xəstəxanasında sanitar vəzifəsində çalışmışdır. 1979-cu ildə Azərbaycan Tibb Universitetinin Nəriman Nərimanov adına I Müalicə-Profilaktika fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni bitirmişdir.

Ali təhsilini başa vurduqdan sonra Sumqayıt şəhərinin 1 nömrəli Təcili Yardım Stansiyasında həkim-interna kimi fəaliyyətə başlamış, internaturanı başa vurduqdan sonra 1987–1988-ci illərdə həmin müəssisədə təcili yardım həkimi kimi çalışmışdır.

1987-ci ildə Urologiya və Nefrologiya üzrə təkmilləşdirmə kurslarında iştirak etmiş, həmçinin Rusiyanın Çelyabinsk şəhərində urologiya–nefrologiya üzrə ixtisasartırma proqramında olmuşdur. 21–31 yanvar 2025-ci il tarixlərində Ə.Əliyev adına Urologiya İnstitutunda urologiya-nefrologiya üzrə növbəti təkmilləşdirmə kursunu uğurla keçmişdir.

1990–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Nəriman Nərimanov adına Urologiya kafedrasında Bakı şəhəri Qədirli adına xəstəxananın bazasında kliniki ordinator kimi fəaliyyət göstərmişdir. 1993–2014-cü illərdə Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında baş laborant vəzifəsində çalışmışdır.

2014-cü il sentyabrın 1-dən etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının TCK bazasında baş laborant vəzifəsində fəaliyyət göstərməkdədir.

Çingiz Əlizadə xarici elmi jurnallarda dərc olunmuş 3 məqalənin müəllifidir. O, universitetin elmi və tədris prosesində fəal iştirak edir, müxtəlif mövzular üzrə yerli və beynəlxalq konfransların iştirakçısıdır. Azərbaycan Uroloqlar və Androloqlar Cəmiyyətinin, eləcə də Azərbaycan Endouroloji Cəmiyyətinin üzvüdür.

Akademik fəaliyyət

·  1990–1992 – ATU-nun N.Nərimanov adına Urologiya kafedrası, Bakı şəhəri Qədirli adına xəstəxana – Kliniki ordinator

·  1993–2014 – Mir-Qasımov adına Respublika Klinik Xəstəxanası – Baş laborant

·  2014–indiyədək – Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası, TCK bazası – Baş laborant

Təhsil

·  1968–1978 – Bakı şəhəri, Azərbaycan Dəmir Yolunun 1 №-li orta məktəbi

·  1979–1985 – Azərbaycan Tibb Universiteti, N.Nərimanov adına I Müalicə-Profilaktika fakültəsi

Kitab

Imamverdiev SB. Alizade CH SURGERY OF STAGHORN AND MULTIPLE STONES IN BOTH KIDNEYS.

RENAL STONES ​Proceedings of the Sixth European Symposium on ​Urolithiasis RENAL STONES aspects on their formation,removal and prevention Akedemitryek AB. Edsbruk 1996 [12:12, 2025-12-10] Rauf NAĞIYEV: P.242-245

Üzv olduğu qurum

Azərbaycan Uroloqlar Androloqlar Cəmiyyətinin və Azərbaycan Endouroloji Cəmiyyətlərinin üzvüyəm.