Bizi izləyin:
Heydər Əliyev
Elçin Əfəndiyev
Dosent
Elçin Əfəndiyev
Kafedrada müdirinin tədris işləri üzrə müavini
Bioqrafiya

Əfəndiyev Elçin Nürəli oğlu 7 may 1965-ci ildə Moskva şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Bakı şəhəri 160 nömrəli orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin I Müalicə–Profilaktika fakültəsinə qəbul olunmuşdur. 1988-ci ildə fakültəni bitirdikdən sonra birillik internaturanı keçmişdir.

1989–1993-cü illərdə institutun təyinatı ilə Tovuz şəhər xəstəxanasında 0,5 ştat həkim-anestezioloq və 0,5 ştat həkim-urolog vəzifələrində çalışmışdır. 1993–1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında kliniki ordinatura keçmiş, 1995-ci ildə isə həmin kafedrada aspiranturaya qəbul olunmuşdur.

1998-ci ildə “Prostat vəzinin adenoması olan xəstələrdə simultan əməliyyatlar” mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə Urologiya kafedrasında 0,5 ştat assistent vəzifəsinə seçilmiş və 2001-ci ildən tam ştat assistent kimi fəaliyyətini davam etdirmişdir. 2021-ci ildən etibarən kafedrada dosent vəzifəsində çalışır.

O, 60-a yaxın elmi məqalənin müəllifidir. Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü, Avropa Endouroloqlar Assosiasiyasının, Azərbaycan Endourologiya Cəmiyyətinin, Azərbaycan Uroloqlar Assosiasiyasının üzvüdür. Həmçinin Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının idarə heyətinin üzvüdür. Bir sıra xarici ölkələrdə keçirilən elmi simpoziumların iştirakçısı olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.06 Dissertasiya şurasının üzvüdür. Kafedrada müdirin tədris işləri üzrə müavini vəzifəsini yerinə yetirir.

Azərbaycan, rus və türk dillərini sərbəst, ingilis dilini isə yaxşı səviyyədə bilir.

Akademik fəaliyyət

·  1989–1993 – Tovuz şəhər xəstəxanası, həkim-anestezioloq (0,5 ştat) və həkim-urolog (0,5 ştat).

·  1993–1995 – ATU Urologiya kafedrası, kliniki ordinator.

·  1995–1998 – ATU Urologiya kafedrası, aspirant.

·  1998 – Urologiya kafedrasında 0,5 ştat assistent seçilməsi.

·  2001 – Urologiya kafedrasında tam ştat assistent.

·  2021–hazırda – ATU Urologiya kafedrasında dosent.

Təhsil

1982 – Bakı şəhəri 160 nömrəli orta məktəbi bitirib.

·  1982–1988 – Azərbaycan Tibb Universiteti, I Müalicə–Profilaktika fakültəsi (ali təhsil).

·  1988–1989 – Birillik internatura.

·  1993–1995 – ATU, Urologiya kafedrası – kliniki ordinatura.

·  1995–1998 – ATU, Urologiya kafedrası – aspirantura.

·  1998 – “Prostat vəzinin adenoması olan xəstələrdə simultan əməliyyatlar” mövzusunda dissertasiya müdafiəsi; tibb elmləri namizədi

Üzv olduğu qurum

·  Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü

·  Avropa Endouroloqlar Assosiasiyasının üzvü

·  Azərbaycan Endourologiya Cəmiyyətinin üzvü

·  Azərbaycan Uroloqlar Assosiasiyasının üzvü

·  Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının idarə heyətinin üzvü

·  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının
ATU nəzdində fəaliyyət göstərən ED 2.06 Dissertasiya Şurasının üzvü