Əhmədov İlham 18 mart 1964-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur. 1981-ci ildə Nohurqışlaq orta məktəbini əla qiymətlərlə bitirmiş, 1986–1992-ci illərdə Azərbaycan Tibb İnstitutunun II Müalicə-Profilaktika fakültəsində təhsil almış və “Lenin” təqaüdü ilə məzun olmuşdur.
1992–1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant kimi fəaliyyət göstərmiş, 1999–2013-cü illərdə isə həmin kafedrada assistent vəzifəsində çalışmışdır. 2000-ci ildə “Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 2010-cu ildə isə “Erektil disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını təqdim etmişdir.
2013–2015-ci illərdə dosent, 2015-ci ildən Azərbaycan Tibb Universitetinin professoru olmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsi tərəfindən professor diplomu ilə təltif edilmişdir.
Əhmədov İlham həmçinin peşəkar ixtisasını artırmaq üçün bir sıra beynəlxalq kurslarda iştirak etmişdir. Bunlara 2003–2004-cü illərdə İstanbul Universitetində andrologiya kursu, 2007-ci ildə İstanbulda protez implantasiya kursu, 2008-ci ildə Ankara’da rekonstruktiv androloji əməliyyat kursu, 2010-cu ildə Səlcuq Universitetində endouroloji kurs, 2011-ci ildə Konya’da laparoskopik urologiya kursu, 2012-ci ildə İstanbulda endoskopik uroloji kurs, 2014-cü ildə İstanbul Universitetində penil protez kursu, 2018-ci ildə Fırat Universitetində mikroskopik andrologiya kursu və 2024-cü ildə Eskişehir, Türkiyədə penis cərrahiyyə kursu daxildir.
2018-cu ildə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya komitəsinin (AAK) diplomu- Professor
1. 2003-2004 İstanbul Universitetinin Tibb fakultəsi (ÇAPA)- andrologiya kursu
2. 2007 – Türkiyə-İstanbul- Protez implantasiya kursu
3. 2008 Ankara - Rekonstruktiv Androloji Əməliyyat Kursu
4. 2010 Türkiyə Səlcuq Universiteti - Endouroloji Kurs
5. 2011 Konya – Laparoskopik urologiya kursu
6. 2012 İstanbul - Endoskopik uroloji kurs
7. 2014 İstanbul Universiteti- Penil protez kursu
8. 2018 Türkiyə Fırat Universiteti – Mikroskopik andrologiya kursu
9. 2024-cü il Türkiyə (Eskişehir)- Penis cərrahiyyə kursu
İstanbul Universiteti Androloji Bilim Dalı’nda Androloji eğitimi
01.10.2003-01.04.2004
Participated in the 28th Annual Congress of the European Association of Urology 15.03.2013-
19.03.2013 Milan, İtaly
Certificate Azərbaycan Urologiya və Andrologiya Assosiasiyasının VII Simpoziumu 11.05.2013
Azərbaycan, Bakı Sertifikat Vebhi Koç Vafkı Sağlık Kuruluşları tarafından düzenlenen Üroloji Konferansı 28.10.2016 Türkiyə
Sertifikat Symposium update andrology 11.05.2018-13.05.2018 Türkiyə, Bodrum
Sertifikat Türk Androloji Derneği-Ulusal Androloji Konqresi 18.04.2019-21.04.2019 Türkiyə, Muğla
Sertifikat Europan Pediatric Urology Course 16 Baku Course 06.10.2018 Azerbaijan, Bakı
Certificate Turkish World Transplantion Society 01.06.2016- 03.06.2016 Azerbaijan, Bakı
Certificate Azərbaycan Uroloq və Androloqlarının X Simpoziumunda iştirak etmişdir 03.06.2016-05.06.2016
Azərbaycan, Bakı Sertifikat Azərbaycan Uroloq və Androloqlarının XI toplantısında iştirak etmişdir 23.11.2018
Azərbaycan, Bakı Sertifikat Türk Androloji Derneği-Güncel Androloji Sempozyumu 11.03.2018- 13.03.2018
Türkiyə, Bodrum Sertifikat ESAU Meeting 21.03.2017 Turkey, Bodrum Certificate Azərbaycan Uroloqlar və Androloqlarının XII Simpoziumu 23.06.2018 Azərbaycan,Bakı Sertifikat
I Dərslik,II Monoqrafiya,III Metodik vəsait və 80 məqalə. 17 məqalə xaricdə çap olunmuşdur.
2024-cü il Avropa Urologiya Dərnəyi Protokolları
Cinsi və Reproduktiv Sağlamlıq Bölməsinin tərcüməsi Prof.İ.S.Əhmədovun rəhbərliyi ilə həyata keçirilmişdir
Azərbaycanda ilk dəfə icra olunan aşağıdakı əməliyyatlar məhz İ.S.Əhmədovun adı ilə bağlıdır
2004-cü il Mikroskopik Varikoselektomiya
2006- cı il Mikroskopik Tese, TUR-ED
2006-cı il Peyroni xəstəliyində intravenoz yama texnikası (Böyük gizli vena və düz əzələ fasiyası ilə plastika)
2006-cı il Penil protez implantasiyası
Penil əyriliklərdə rekonstruktiv əməliyyatlar və plastik əməliyyatlar
Penil böyütmə aqumentasiyası
Həmçinin,Urologiya və Andrologiya cəmiyyətinin qurucusu və sədridir. Bu cəmiyyətin adı ilə 24 böyük elmi simpozium və 10 androloji kurslar təşkil edilmişdir. Professor İlham Əhmədov, Akademik S.B.İmamverdiyevlə birgə “Urologiya və Reproduktiv Təbabət” jurnalını təsis etmiş,və Andrologiya dərsliyinin redaktoru olmuşdur. Həmin dərslik Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının tədrisinə daxil edilmişdir. Onun operativ rəhbərliyi ilə ölkəmizdə ilk dəfə Penis cərrahiyyəsi əməliyyatı canlı olaraq interaktiv həyata keçirilmişdir.
1. Penil rekonstruktiv cərrahiyyədə təcrübələrimiz Cabbarlı E.F., Əhmədov İ.S., S.B.İmamverdiyev., Hüseynov- 2015
2. Ən mükəmməl seçim - mikroskopik varikoselektomiya Hüseynov Q.R., Əhmədov İ.S., S.B.İmamverdiyev., Cabbarlı E.F. -2014
3. Andrologiya” Dərslik Əhmədov İ.S., İmamverdiyev S.B.368 səh., -2024
4. Prof.İ.S.Əhmədov,Prof.Ateş Kadıoğlu- Qadın cinsi funksiyasının pozulmasının patofiziologiyası 2004, s.620-629
5. Urologiya və Reproduktiv Təbabət Jurnalı., cild 4. 2/2021 Çanaq üzvlərin sallanması zamanı urdinamik pozğunluqlar və onların eynimomentli cərrahi korreksiyası; Prof.İ.S.Əhmədov -2021
6. Professor Nurəli Lətif oğlu Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş həsr olunmuş xüsusi buraxılış.,(Bakı-2024) / Böyrək daşının patofizialogiyası, qiymətləndirilməsi və idarə edilməsi; Prof.İ.S.Əhmədov
7 . Urologiya və Reproduktiv Təbabət Jurnalı., cild 6. 2/2024 Qadınlarda cinsi dissfunksiyanın idarə edilməsi; Prof.İ.S.Əhmədov
8. Urologiya və Reproduktiv Təbabət Jurnalı., cild 6. 2/2024 SİDİK YOLU İNFEKSİYALARINDA ORAL FOSFOMİSİNİN İSTİFADƏSİ: ƏDƏBİYYATA BAXIŞ KƏSKİN SİSTİT MÜALİCƏSİNDƏ URFOCIN´IN (FOSFOMYCIN) EFFEKTİVLİYİ: ŞƏXSİ NƏTİCƏMİZ. Prof.İ.S.Əhmədov
9. Urologiya və Reproduktiv Təbabət Jurnalı., cild 6. 2/2024 DERMATOLOJİK XƏSTƏLİKLƏRDƏ SEKSUAL FUNKSİYA POZĞUNLUQLARI VƏ ONLARIN İDARƏ EDİLMƏSİ: ƏDƏBİYYATA BAXIŞ. Prof.İ.S.Əhmədov
10. İnternational journal of impotence research 16(6) 492-497. TGF-neutralizing antibiodies decrease the fibroticeffects of ischemic priapism. İ.Ahmedov
11. Priapism as first clinical manifestation of chronic myeloid leucosis. İ.Ahmedov