Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Nağıyev Rauf Nəriman oğlu 9 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı şəhərinin 276 nömrəli orta məktəbini fərqlənmə ilə bitirmişdir. Həmin ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə qəbul olmuş və 2000-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

2000-ci ildə Elmi Şuranın qərarı ilə Urologiya kafedrasında klinik ordinatura təhsili almış və onu 2002-ci ildə başa vurmuşdur. 2002-ci ildə Bakı şəhərində keçirilən II Beynəlxalq Gənc Alimlərin Konfransında elmi işini təqdim edərək qalib olmuşdur.

2003-cü ildə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının aspiranturasına qəbul olunmuş və 2006-cı ildə təhsilini tamamlamışdır. Həmin ildə “Результаты резекции в лечении рака мочевого пузыря” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq görülmüş, 2008-ci ildə bu dərəcə rəsmi olaraq təsdiq edilmişdir.

2010-cu ildə İstanbul Universitetinin Tibb Fakültəsində “Laparoskopik və endouroloji” kursunu keçmişdir. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra elmi fəaliyyətini davam etdirərək ölkədə ilk dəfə laparoskopik uroloji əməliyyatların tətbiqini həyata keçirmişdir.

2018-ci ildə İstanbul Universiteti və Azərbaycan Tibb Universitetində apardığı elmi-tədqiqat işini tamamlamış, “Оптимизация хирургического лечения больных с заболеваниями почек и верхних мочевых путей с применением лапароскопических и ретроперитонеоскопических операций” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2019-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

2006–2016-cı illərdə ATU-nun Urologiya kafedrasının assistenti, 2016–2023-cü illərdə isə dosenti olmuşdur. 2022-ci ildə ona dosent elmi adı verilmişdir. 2023-cü ildə kafedranın professoru seçilmiş, 2024-cü ilin fevral ayından Urologiya kafedrasının müdiri kimi fəaliyyət göstərir.

O, Azərbaycan və Avropa Uroloqlar Cəmiyyətlərinin, Ümumdünya Endouroloji Cəmiyyətinin üzvü, Mərkəzi Asiya uroloqlarının konqresinin idarə heyətinin və Türk Uroloji Dərnəyinin beynəlxalq üzvüdür. Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının üzvü, Cərrahiyyə üzrə Problem Komissiyasının sədr müavini olmuş, həmçinin ATU-nun cərrahiyyə üzrə Aprobasiya Şurasında və AMEA nəzdində Respublika Elmi Tədqiqatlarının Əlaqələndirmə Şurasında fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Urologiya üzrə ekspert-mütəxəssisidir. 2020-ci ildə VI çağırış Milli Məclis seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüşdür. 2021-ci ilin fevral ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və Əczaçılıq Ekspert Şurasının üzvüdür.

2023-cü ilin iyulunda “Azərbaycan Endouroloji Cəmiyyəti” İctimai Birliyini təsis etmiş və sədr seçilmişdir. 2023–2025-ci illər ərzində cəmiyyət tərəfindən iki beynəlxalq uroloji konqres, Gəncə şəhərində canlı əməliyyatlı simpozium, üç praktiki kurs (iki TUR-R və bir URS), rezidentlər üçün çoxsaylı seminarlar təşkil olunmuşdur. 2025-ci ilin avqustunda ölkədə ilk dəfə “Donuz modelində laparoskopik kurs”u təşkil etmişdir.

2025-ci ilin noyabrında Cənub-Şərqi Avropa Uroloji və Türk Uroloji Cəmiyyətləri tərəfindən keçirilən FEBU imtahanına hazırlıq kursunda təlimçi qismində çıxış etmiş, məruzə təqdim etmişdir. 2025-ci ildə Türk Uroloji Dərnəyi tərəfindən beynəlxalq elmi töhfələrinə görə “International Academic Contribution Award” mükafatına layiq görülmüşdür.

Rauf Nağıyev bir çox beynəlxalq kurslarda iştirak etmiş, müxtəlif ölkələrdə laparoskopik və uroloji təlimlər keçmişdir. Onun 74 elmi məqaləsi, 1 dərs və 1 metodik vəsaiti mövcuddur. 102 beynəlxalq və yerli konqresdə iştirak etmiş, 52-də çıxış etmiş, 22-də sədrlik etmişdir. 

Peşə və Pedaqoji İnkişaf

2000–2002 – Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası – klinik ordinatura

·  2002 – II Beynəlxalq Gənc Alimlərin Konfransında qalib

·  2003–2006 – ATU Urologiya kafedrası – aspirant

·  2006–2016 – ATU Urologiya kafedrası – assistent

·  2010 – İstanbul Universitetində “Laparoskopik və endouroloji” kursunu tamamlayaraq klinik fəaliyyətin inkişafı

·  2016–2023 – ATU Urologiya kafedrası – dosent

·  2018–2019 – Doktorluq dissertasiyası müdafiəsi və tibb elmləri doktoru dərəcəsinin alınması

·  2022 – AAK tərəfindən dosent elmi adı

·  2023 – ATU Urologiya kafedrası – professor

·  2024 (fevral ayından) – ATU Urologiya kafedrasının müdiri

·  2021–hal-hazıradək – Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Tibb və Əczaçılıq Ekspert Şurasının üzvü

·  2023–hal-hazıradək – “Azərbaycan Endouroloji Cəmiyyəti” İctimai Birliyinin sədri

·  2023–2025 – Beynəlxalq uroloji konqreslərin, simpoziumların, praktiki kursların və seminarların təşkilinin rəhbəri

·  2025 (avqust) – Ölkədə ilk dəfə “Donuz modelində laparoskopik kurs”un təşkili

·  2025 (noyabr) – Cənub-Şərqi Avropa Uroloji və Türk Uroloji Cəmiyyətləri tərəfindən təşkil edilən FEBU hazırlıq kursunda təlimçi

·  2025 – Türk Uroloji Dərnəyi tərəfindən “International Academic Contribution Award” mükafatı

·  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Urologiya üzrə ekspert-mütəxəssisi

·  102 beynəlxalq və yerli konqresin iştirakçısı, 52 çıxış, 22 sədrlik

·  74 elmi məqalə, 1 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifi

Akademik fəaliyyət

·  2002 – II Beynəlxalq Gənc Alimlərin Konfransında qalib

·  2006–2016 – ATU Urologiya kafedrası – assistent

·  2010 – İstanbul Universiteti, laparoskopik və endouroloji kurs

·  2016–2023 – ATU Urologiya kafedrası – dosent

·  2022 – Dosent elmi adı

·  2018–2019 – Doktorluq dissertasiyasının müdafiəsi və elmlər doktoru

·  2023 – Urologiya kafedrasında professor seçilməsi

·  2024-fevral – Urologiya kafedrasının müdiri

·  2021–hal-hazıradək – AAK Tibb və Əczaçılıq Ekspert Şurasının üzvü

·  2023 – “Azərbaycan Endouroloji Cəmiyyəti”nin təsis edilməsi və sədr seçilməsi

·  2023–2025 – Cəmiyyət tərəfindən beynəlxalq konqreslər, kurslar və seminarların təşkili

·  2025-avqust – Ölkədə ilk “Donuz modelində laparoskopik kurs”un təşkili

·  2025-noyabr – FEBU hazırlıq kursunda təlimçi və məruzəçi

·  2025 – “International Academic Contribution Award” mükafatı

Təhsil

·  1994 – Bakı şəhəri, 276 nömrəli orta məktəb – fərqlənmə ilə bitirmişdir

·  1994–2000 – Azərbaycan Tibb Universiteti, I müalicə-profilaktika fakültəsi – fərqlənmə diplomu

·  2000–2002 – ATU, Urologiya kafedrası – klinik ordinatura

·  2003–2006 – ATU, Urologiya kafedrası – aspirantura

·  2008 – Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi

·  2018–2019 – Doktorluq dissertasiyası müdafiəsi və tibb elmləri doktoru dərəcəsi

Nailiyyətlər (Adlar)

2005 – Türkiyə, İstanbul – Laparoskopik kurs

·  2005 – Avstriya, Salzburq – Uroloji kurs

·  2009 – Türkiyə, Ankara – Uroloji kurs

·  2010 – Türkiyə, İstanbul Universitetinin Tibb Fakültəsi – “Laparoskopik və endouroloji” kurs

·  2011 – Avstriya, Vyana – Laparoskopik uroloji kurs

·  2011 – Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutu – bir aylıq təlim kursu

·  2012 – Fransa, Strasburq Universiteti – Təkmilləşdirmə kursu və Avropada laparoskopik cərrahiyə üzrə diplom

·  2013 – Fransa, Paris, Sorbonna Universiteti – “Masterclass on laparoscopy in urology” kursu

·  2016 – Yunanıstan, Afina – Avropa Uroloqlar Assosiasiyası tərəfindən təşkil edilmiş laparoskopik və robotik kurs

·  2017 – ABŞ, Los-Anceles – Urologiya İnstitutunda robotik və laparoskopik kurs

·  2023 (dekabr) – Misir, Mansura Universitetinin Urologiya və Nefrologiya Mərkəzi – Uroloji kurs

Kitab

1.Metodik vəsait: S.B. İmamverdiyev, R.N. Nağıyev “Böyrək xəstəlikərində laparoskopik cərrahiyə” Bakı, 2013

2.Dərs vəsaiti: R.N. Nağıyev Böyrək və yuxarı sidik yolları xəstəliklərinin laparoskopik müalicəsi. “ECOprint”nəşriyyatı. Ümumi həcmi – 203472 simvol. Söz sayı – 25383. Bakı-2021. Səh 164.

Məqalə

1. С.Б. Имамвердиев, Р.Н. Нагиев. «Резекция как органосохраняющее лечение рака мочевого пузыря». Экспериментальная и клиническая медицина. Тбилиси, 2005, № 3, с. 48-53.

2. Öner Şanlı, Tzevat Tefik, Rauf Naghiyev, Mazhar Ortaç, Doğu Taber, Jens Rasswiler    The impact of laparoscopic fellowship programme on laparoscopic nephrectomy experience: a brief report. Türk uroloji dergisi. V. 36, № 3, 2010, s. 238-243

3. Öner Şanlı, Fikret Fatih Önol, Tzevat Tefik, Abdülhamit Şimşek, Rauf Naghiyev, Şinasi Yavuz Önol. Transperitoneal laparoscopic ureteroureterostomy for the treatment of retrocaval ureter: analysis of 3 consecutive cases - Case Report. Türk uroloji dergisi. V. 36, № 3, 2010, s. 309-314

4. Necmettin Penbegül, Rauf Naghiyev, M. Öner Şanlı. Benign böbrek kitleleri. Endouroloji buleteni. № 11, 2010, s. 1-6.

5. Öner Şanlı, Selçuk Erdem, Rauf  Nağıyev. Obesite Laparoskopik Renal Cerrahi icin olumsuz bir Faktör müdür?  Endoskopik laparoskopik ve minimal invaziv cerrahi dergisi. 2011, 15(3), s.97-106.

6. Имамвердиев С.Б., Годжаев М.А., Талыбов Т.А., Мамедов Р.Н., Нагиев Р.Н., Гусейн-заде Р.Т. Перфторан как метод выбора антиишемической защиты почки. Здоровье мужчины (Украина), 2011, № 4 (39), с.148-150

7. Имамвердиев С.Б., Нагиев Р.Н., Астанов Ю.М. Лапароскопическое удаление гигантской кисты почки. Фундаментальные исследования (Россия), 2012,5, с. 31-35.

8. И.С. Ахмедов, С.Б. Имамвердиев, Р.Н. Нагиев, Е.Ф. Джаббарлы. Наш опыт применения имплантации пенильных протезов в лечении больных с эректильной дисфункцией. Андрологiя та сексуальна медицина. 2013,№ 2. с. 21-23. Украина.

9. Erdem S., Boyuk A., Tefik T., Yucel B., Naghiyev R., Ozsoy M., Verep S. and Sanli O. Warm Ischemia-Related Postoperative Renal Dysfunction in Elective Laparoscopic Partial Nephrectomy Recovers During Intermediate-Term Follow-Up. JOURNAL OF ENDOUROLOGY, Volume 29, Number 9, September 2015.  p. 1083-1090.

10. Нагиев Р.Н., Имамвердиев С.Б., Шанлы О.М. Лапароскопическая радикальная нефрэктомия. Урология, 2016, № 2, с. 66-69.

11. Naghiyev R, Imamverdiyev S, Sanli O. THE RESULTS OF LAPAROSCOPIC PARTIAL NEPHRECTOMY DEPENDING ON THE TYPE OF ACCESS AND THE TUMOUR SIZE. Georgian Med News. 2016, Oct;(259):10-17.

12. Rauf Naghiyev, Sudeyf Imamverdiyev, Elchin Efendiyev, Oner Sanli. Laparoscopic transperitoneal and retroperitoneal simple nephrectomy: The impact of etiological factors of the results of surgical treatment. Türk uroloji derğisi, 2017, Vol.43, № 3, p.319-324.

13. Нагиев Р.Н., Имамвердиев С.Б., Шанлы О.М. Результаты лапароскопической уретеролитотомии в зависимости от вида доступа и локализации конкремента. Урология, 2018, № 1, с. 58-62.

14. S.B.Imamverdiyev, E.C.Qasımov, R.N.Naghıyev. Comparative results of modern examination methods in early diagnosis of bladder cancer, determination of the degree of invasion and selection of radical treatment tactics. Georgian Medical News. 1(334), yanvar 2023, p.98-102.

15. S.B.Imamverdiyev, E.C.Qasımov, A.F.Ahadov,  R.N.Naghıyev. Comparative results of the use of modern examination methods in the early diagnosis of kidney cancer, in determining the stage of invasion, and in choosing strategies for its radical treatment. Georgian Medical News. 3(336), mart 2023, p.95-99

16. Hasan Cem Yakut, Rauf Nağıyev, Alper Ötünçtemir. Üriner Sistem Taş Hastalığında Metabolik Deyerlendirme ve Rekürrensi Önleme. Güncel Üroloji. Genişletilmiş ve Güncellenmiş 4 Baskı. 2025. s.643-651.

17. R.N. Naghiyev, F.A. Ahmadov, E.M. Nasibova. Anesthetic management of percutaneous nephrolithotripsy in an 11 year old girl with Rett Syndrome: a case report. Pediatric Anesthesia and Critical Care Journal. 2025,13 (2), p. 51-53.

Üzv olduğu qurum

Azərbaycan Uroloqlar Cəmiyyəti

·  Avropa Uroloqlar Assosiasiyası

·  Ümumdünya Endouroloji Cəmiyyəti (World Endourological Society)

·  Mərkəzi Asiya Uroloqlarının Konqresinin İdarə Heyəti

·  Türk Uroloji Dərnəyi – beynəlxalq üzv

·  Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurası

·  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Urologiya üzrə ekspert-mütəxəssisi

·  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və Əczaçılıq Ekspert Şurası