Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əbdürəhimova Vəfa Yaşar qızı  1983-cü  ildə Bakı şəhərində orta məktəbi “Qızıl medal”la bitirdikdən sonra 1983 – 1989-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicı-profilaktika fafultəsində təhsil almışdır. Təhsilini  “Fərqlənmə diplomu” ilə bitirmiş və İnstitutun Elmi Şurasının qərarı ilə urologiya kafedrasında kliniki ordinaturada saxlanılmışdır. 1997–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında əyani aspiranturada təhsil almış, 2001-ci ildə “Nefroptozun cərrahi müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi adını almışdır .2001-ci ildən kafedranın assistenti vəzifəsində çalışmış, 2024-cü ildə dosent vəzifəsinə seçilmişdir. “Pedaqoji peşəkarlığın inkişafı” və urologiya üzrə təlimlərdə iştirak etmişdir, yerli və beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. ATU-nun “Urologiya” üzrə Elmi Seminarının katibidir. Azərbaycan Uroloqlar Assosiasiyasının, Azərbaycan Endouroloji Cəmiyyətinin, Azərbaycan Reproduktiv Təbabət Assosiasiyasının üzvüdür. 60-dan çox elmi məqalə və tezisin, 1 metodik vəsait, 1 monoqrafiya, 1 dərs vəsaitinin müəllifidir.

Akademik fəaliyyət

1989-1991 - kliniki ordinatura, ATU-nun Urologiya kafedrası

1997-2000 - əyani aspirantura, ATU-nun Urologiya kafedrası

2001-2024 – assistant, ATU-nun Urologiya kafedrası

2024-hal hazıradək – dosent, ATU-nun Urologiya kafedrası

Təhsil

Orta məktəb – 1973-1983 Bakı şəhəri, 254 sayılı orta məktəb

Ali məktəb – 1983-1989 Azərbaycan Tibb Universiteti, II Müalicə-profilaktika fakultəsi

Klinik ordinatura – 1989-1991, Azərbaycan Tibb Universiteti, Urologiya kafedrası

Aspirantura – 1997-2000, Azərbaycan Tibb Univesriteti, Urologiya kafedrası

Nailiyyətlər (Adlar)

2001 – Tibb elmləri namizədi elmi dərəcəsi

 

Məqalə

“Uroloji şöbədə tibb bacısının işi” Metodik vəsait, Bakı 2004

“Nefroptozun cərrahi müalicəsi” Monoqrafiya, Bakı 2011

“Urologiya” orta tibb işçiləri üçün Dərs vəsaiti, Bakı 2017

Üzv olduğu qurum

“Urologiya” ixtisası üzrə Elmi Seminarın üzvü (2021-2023)