0009-0005-7596-4423
Sitologiya, Embriologiya və Histologiya kafedrasının baş müəllimi
[email protected]
Bioqrafiya
Quliyeva Nigar Taryel qızı 1981-ci ildə Xankəndi şəhərində anadan olmuş, 1996-cı ildə Ağdam şəhər 37 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Həmin ildə də ATU-nun pediatriya fakültəsinə qəbul olunub, 2002-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Bir il müddətində Bakı şəhəri Təcili Tibbi Yardım Xəsətəxanasında internatura keçmişdir. 2004-cü ilin fevral ayında ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasına baş laborant vəzifəsinə qəbul olmuş, 2005-ildə müsabiqə yolu ilə həmin kafedranın assistenti vəzifəsinə seçilmişdir. 2013 –cü ildə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə müsabiqədə iştirak edərək, həmin kafedrada baş müəllim vəzifəsinə seçilmiş və hal- hazırda da həmin vəzifədə çalışır. N.Quliyeva kafedranın aparıcı müəllimlərindən biri kimi tədris etdiyi fənnin tələbələrə çatdırılmasında əyani vasitələrdən istifadə etməklə interaktiv keçdiyi dərslərlə yüksək nailiyyətlər əldə etmişdir. Məhz bu xüsusiyyətinə görə tələbələrin sevimli müəlliminə çevrilmişdir. Onun yüksək səviyyədə keçirdiyi “Açıq Dərs”lər həm tələbələr, həm də kafedra əməkdaşları tərəfindən yüksək qiymətləndirilmişdir. Tələbə elmi cəmiyyətinin işində fəal iştirakının nəticəsidir ki, elmi rəhbər olduğu iki tələbə Unversitet TEC Konfransda birinci yer tutaraq diploma layiq görülmüşdür. Çoxsaylı elmi konfrans və konqreslərdədə iştirak etmişdir. Daima öz üzərində işləyir. Məhz onun nəticəsidir ki, hazırda elmilər doktoru pilləsi üzrə ATU-nun dissertantı kimi uğurla elmi-tədqiqat işi aparır.
Akademik fəaliyyət
Baş müəllim
Azərbaycan Tibb Universiteti * 2018-ci ildən hal-hazıradək,
Assistent
Azərbaycan Tibb Universiteti * 2005- 2018
Baş labarant
Azərbaycan Tibb Universiteti :* 2004- 2005
Təhsil
Ali- tibb, Pediatriya fakultəsi fərqlənmə diplomu
Azərbaycan Tibb Universiteti * 1996- 2002
Peşə və pedoqoji inkişaf
Tibb Universitetini bitirdikdən sonra 2004-cü ildə ilk əmək fəaliyyətimə Histologiya kafedrasında baş laborant kimi başlamış. Qısa müddətdən sonra yəni 2005-ci ildə müsabiqə yolu ilə həmin kafedranın assistenti vəzifəsinə seçilmiş. 2013- cü ildə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2018-ci ildə elan edilmiş müsabiqədə iştirak etməklə həmin kafedranın baş müəllimi seçilmişəm. Hazırda elmlər doktoru pilləsi üzrə ATU-nun dissertantıdır.
Nailiyyətlər (adlar)
Disertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, kafedranın laborantı vəzifəsindən baş müəllim vəzifəsinə qədər yüksəlmiş, çoxsaylı Diplom və Sertifikatlarla təltif edilmişdir. 2021-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ayrılmış yerlər barədə olan müsabiqədə iştirak edərək elmlər doktoru üzrə Tibb Universitetinə Dissertant kimi qəbul edilmiş və bu Universitetin Rektoru tərəfindən rəsmi qaydada əmirləşdirilmişdir.
Elmi araşdırma sahəsi
Molekulyar biologiyadır. Tibb üzrə fəlsəfə doktoru işi zamanı Endotoksinin periferik sinir sisteminə təsirini araşdırmış,nəticədə əldə edilən elmi yeniliklər və eləcədə periferik sinirlərin demielinizasiyasının qarşısının alınması üçün praktik məsləhətlər metodik tövsiyələr kimi çap olunub paylanmışdır.
Hazır ki, elmlər doktoru dərəcəsi üzrə apardığı elmi tədqiqatlarla demək olarkı tamamilə yeni bir sahəni, yəni bir “qeyri adi” (bir çox xarici ədəbiyyatlarda da belə adlandırılır) sitokin olan Makrofaq İnhibitor Faktoru (MİF) -təsirindən reproduktiv sistem üzvülərində baş verən morfoloji dəyişikliklərin Elektron mikroskop vasitəsilə ultrastruktur səviyyədə müqayisəli şəkildə öyrənilməsidir.
Kitab
« Патобиохимические изменения в тканях при ишемии » Санкт- Петербург – 2017, monoqrafiyanın ( 143 səhifə) həmmüəllifidir.
Tezis
Xaricdə və ölkə daxilində 70 elmi işi çap olunmuşdur.
Üzv olduğum qurum
Elmi rəhbər
TEC-nin konfransında iştirak edib birinci yer tutmuş iki nəfər tələbənin elmi rəhbəri olmuşdur.